Мцндяриъат


Dissertasiya işlərində biblioqrafik istinadlar



Yüklə 1,07 Mb.
səhifə10/12
tarix25.05.2018
ölçüsü1,07 Mb.
#51463
1   ...   4   5   6   7   8   9   10   11   12

6.6. Dissertasiya işlərində biblioqrafik istinadlar


Biblioqrafiya aparatı yeni elmi ideyaların, işləmələrin tətbiqini asanlaşdırır və informasiya mənbəyi kimi çox qiymətlidir. Biblioqrafik istinalar müəllifin elmə gətirdiyi yenilikləri təyin etməyə xidmət edir. Biblioqrafik siyahıdan dissertantın öz işinə dair ədəbiyyatlar və mənbələri nə qədər dərindən mənimsədiyi haqqında apponentlər məlumat toplaya bilir. Qaydalarda qeyd olunur ki, hər hansı bir material tstifadə edildikdə (sitat, cədvəl, düstur və s.) onun mənbəyi göstərilmələdir, əks halda təkrar müdafiə hüququ alınmaqla dissertasiya ləğv olunur.

Biblioqrafik istinadlar dörd növə bölünür: mətnxarici, mətndaxili, sətraltı, yerindən asılı olaraq sətraltı və mətndaxili istinadların kombinə edilməsi.

Texniki ədəbiyyatda, o cümlədən, dissertasiya işlərində mətndaxili, çox az hallarda isə sətiraltı istinadlardan istifadə olunur.

Elmi işə dair əsas istifadə olunan ədəbiyyatlar siyahısı yazıldıqda mətndaxili istinadlardan istifadə olunur. Mətndaxili biblioqrafik istinadlar əsas mətndə sitatdan sonra qeyd olunur. Texniki ədəbiyyatda sitat verildikdə kvadrat mötərizədə sitatın ədəbiyyat siyahısındakı sıra nömrəsi qeyd olunmalıdır. Ədəbiyyat siyahısında qeyd olunmayan ədəbiyyatdan istifadə etməyə icazə verilmir. Xarici müəlliflərə istinad olduqda, onların adları orjinalın dilində yazılır. Texniki ədəbiyyatda sətiraltı biblioqrafik istinadlar qəzet materialları daxil edildikdə istifadə olunur.

Dissertasiyanın ədəbiyyat siyahısına kütləvi kitabçaların, elmi-kütləvi jurnallardan məqalələr, qəzet materialları, reklam xarakterli materiallar, dərslik, dərs vəsaiti və s. daxil etmək məqsədə uyğun sayılır. Bu siyahıya referatlar, dərc olunmamış tədqiqatlar daxil edilməməlidir.

Sərbəst bölmədə «fond ədəbiyyatının» işləri daxil edilə bilər. Buraya axtarış işlərinin hesabatları, onlara dair xəritələr və izahatlar aiddir. Bu materiallar fondlarda, geoloji istehsalat müəssisələrdə, ali məktəb və ETİ-nin kitabxanalarında saxlanılır.

Dissertasiya işlərinə yazılan biblioqrafik siyahının adı əksər hallarda düzgün qeyd olunmur: «Ədəbiyyat», «Ədəbiyyat siyahısı», «Sitatlar və ədəbiyyat» və s.

«Dissertasiyanın biblioqrafik aparatı» /23/ kitabçasının müəllifləri bu siyahının ən dolğun adının «əsas ədəbiyyat siyahısı» və ya «əsas istifadə olunan ədəbiyyat və dərc edilməmiş sənədlər (mənbələr) siyahısı» olmasını təklif edirlər.

Əsas istifadə olunan ədəbiyyat siyahısının sayı qaydalarda təyin olmayıb, çünki bu işdən asılıdır.

Texniki elmlərə dair dissertasiyalarda ədəbiyyat siyahısı statistikaya müvafiq yazılır: fəlsəfə doktoru işində -57...201, doktorluq işində isə-81... 440 adda olmalıdır.

Biblioqrafik siyahının qruplaşdırma üsulu (əlifba, mövzu, xronoloji və s.) müəllif tərəfindən seçilir. Adətən bu müvafiq sahələrin nəşriyyatlarının qəbul etdiyi qaydada aparılır. Mənbələri nəşriyyat növünə görə qruplaşdırmaq məqsədə uyğun sayılmır.

Bir çox hallarda əlifba üsulundan istifadə edilir. Bu siyahıda əvvəl rus, bir qədər intervaldan sonra isə əlifba sırası ilə xarici ədəbiyyat siyahısı verilir. Texniki elmlərə dair işlərdə yalnız bu üsullardan istifadə etmək məsləhət görülür.

Riyazi və kimyəvi düsturlar əl ilə qara mürəkkəbdən (tuş) istifadə etməklə yazılır.

Dissertasiyanın avtoreferatının sonunda verilən biblioqrafik siyahı başlıqsız yazılır. Onun əvəzinə «Dissertasiyanın əsas müddəaları aşağıdakı işlərdə öz əksini tapmışdır»… sözləri yazılır və xronoloji ardıcıllıqla siyahı verilir.

Dissertasiyanın məzmununu əks etdirən işlərin sayı çox olduqda onların ümumi həcmi biblioqrafik siyahıdan sonra çap vərəqi ilə göstərilir. Dissertasiya mövzusuna dair nəşr olunmuş işlərin ümumi həcmi təlimata uyğun olmalıdır.

6.7. Nəşriyyat əsərlərinin biblioqrafik təsviri misalları


Ədəbiyyat siyahısında biblioqrafik təsvir DST 7.1-76 uyğun olmalıdır.

Kitab təsviri aşağıdakı qaydada aparılır: tərtib sahələri bir-birindən nöqtə və tire ilə ayrılır (DST 7.1.-76). Mətndə hər hansı bir buraxılmış hissə üç nöqtə ilə qeyd olunur. Hər bir təsvirin sonunda nöqtə qoyulur.

MDB dövlətlərindən olan müəlliflərin əsərləri müvafiq dildə tərtib olunur. Mətn rus dilində verildikdə onun ilkin yazılmış dili qeyd olunmalıdır.

Bir, iki və daha artıq müəllif tərəfindən yazılmış kitabların tərtib nümunəsi aşağı-dakı kimi verilir. Novitskiy Y.Y. Traktor və avtomobil mühərrikləri: K.t. mexanikləşdirilməsi institutlarının tələbələri üçün dərs vəsaiti – 2-ci nəşr, Minsk, Urojay, 1982.–134 s.

İki müəllifin kitabı:

Danko P.E., Popov A.Q. Ali riyaziyyat çalışmalarda və məsələlərdə: Üç hissədə. ali məktəblər üçün dərs vəsaiti, 2-ci nəşr. Kiyev: Vısşaya şkola, 1974.

I hissə. -416 s.

Kitab 4 müəllif tərəfindən yazılıbsa onun tərtibi iki üsulla aparıla bilər – başlıq və ya sərlövhə altında:

a) Həcmi hidroötürücülərin nəzəriyyəsinin layihələndirilməsinin əsasları.

A.V.Kulaqin, Y.Ş.Demidov, V.N.Prokofyev və L.A.Kondakov. – M.Vısşaya şkola, 1968. – 400 s.

b) Kulaqin A.V., Demidov Y.S., Prokofyev V.N. və Kondakov L.A. Həcmli hidroötürücülərin nəzəriyyəsinin və layihələndirilməsinin əsasları. M.: Vısşaya şkola, 1968-400 səh.

Dissertasiya işlərində istifadə olunan ədəbiyyat siyahısını, bir, iki və daha artıq müəllifin kitabının təsvirini sərlövhə altında vermək məqsədə uyğun sayılır.

Müəllifi göstərilməyən kitablar başlıq altında yazılır: Nəşr iki yerdə aparıldıqda onları nöqtə və vergülə ayırmaqla ikisi də qeyd olunmalıdır: M.;L. Əgər sətirlərdən hər hansı birinin adını ixtisarla yazmaq mümkün deyilsə, onda hər iki şəhərin adı tam yazılmalıdır: Moskva, Novosibirsk.

Nəşriyyatın adı qısaldılmış formada (Politizdat) dırnaq işarəsi qoyulmadan yazılır. İki nəşriyyat qeyd edildikdə onların hər ikisinin adının önündə iki nöqtə qoyulur. Məsələn: L.Nauka, Leninqrad bölməsi.

Kitabın kəmiyyət göstəricisi onun nömrələnmiş səhifələrinin sayıdır. Buraya düzəlişlər, nəşriyyat elanları, oxuculara müraciət olan səhifələr daxil edilmişdir.

Mətndə olan nömrələnməyən səhifələrin sayı dörddən çox olduqda onların sayı kitabdakı səhifələrin sayından ayrıca, kvadrat mötərizədə göstərilir. Məsələn: 280 (120) s.

Analitik biblioqrafik təsvir–əsərin nəşrinin hər hansı bir hissəsini əks etdirir.

Nəşrə daxil olan məqalə və ya fəsilin təsviri, həmin nəşrin təsvirindən nöqtə və tire ilə ayrılır.

Məqalə dərc olunmuş nəşriyyat haqqında məlumatda cildin, hissənin nömrələri nəşr olunma ilindən sonra yazılır, ümumi səhifə sayı əvəzinə isə məqalənin səhifə sayları qeyd olunur.

Məqalələrin analitik təsvirində işarələrdən istifadə qaydaları aşağıdakı kimidir:

Məsələn, jurnal məqaləsinin təsviri:

Çerepanov S.S. Maşınların iş qabiliyyətinin mühəndis təminatı. Kənd təsərrüfa-tının mexanikləşdirilməsi və elektrikləşdirilməsi, 1979, №12, s.35-36.

Javoronkov N.M. Redaktorun ön sözü «Elm və həyat», 1967, №2, s.69.

Davam edən nəşriyyatda məqalənin təsviri:

Boyko A.İ. Özüitilənən bıçaqların yeyilmə həddinin təyini. – Heyv. Maş. AETİ əsər. 1982. 7-ci buraxılış. Heyvandarlıq və yem istehsalı üçün maşınların tətbiqi və layihələndirilməsi. S.24-28.

Qeyri dövrü topluda məqalənin təsviri:

Tematik və ya problem işlər onlara ehtiyac olduqca materialların yığılması nəticəsində əmələ gəlir. Bu səbəbdən də qeyridövrü nəşrlərə aid edirlər:

Lixaçov V.S. Mühəndis tədqiqatlarında riyazi üsulların tətbiqi - kitabda. Kənd təsərrüfatında mexanikləşdirmə proseslərinin tədqiqi üsulları: KTMEAETİ elmi-metodik konfransın əsərlərinin toplusu. – Rostov, 1970,

1 nəşr. Riyazi üsullar. Heyvandarlıq, s.24 – 41.

Namizədlik dissertasiyasının avtoreferatı:

TSİSİN B.N. Tsiklik işləyən maşınların hidromotorlarının qiymətləndirilməsi və azaldılma üsulları: T.e.n. dis. -avtoref, Kiyev, 1982, -19 s.

Doktorluq dissertasiyasının avtoreferatı: Yanson V.M. Kənd Təsərrüfatı texnikasının hidro istismar etibarlılığının artırılması: t.e.d. dis. Avtorefer. Minsk, 1982. – 31 s.

Depozitə olunmuş əlyazmaları:

Həsənov R.M. Iqtisadi mexanizmin tədqiqatına bir yanaşma. M., 1977.-30 s. – SSRİ EA əlyazmaları 1 fevral 1977 il. AETİ çap olunub. № 380-77.

Müəllif şəhadətnamələri:

M.S. 739256 (SSRİ) Nasos qurğusu V.A.Berber, V.İ.Mozyakov, Y.İ. Krasnov …nəşr olunub, 1980, № 21.

Elmi qurultayların, konfransların materialları:

Boqdanoviç V.P.Traktorun hidrosisteminin sorucu borusunun iş prosesinin əsaslandırılması – Kitabda: Kənd təsərrüfatı maşınlarının və traktorlarının hidrofi-kasiyasının inkişafı: ÜETK-in tez. Məruzə. M., 1975, s.31-32.



Yüklə 1,07 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin