Мцндярижат


İnsanların cəmiyyətlər şəklində



Yüklə 4,6 Mb.
səhifə5/67
tarix10.01.2022
ölçüsü4,6 Mb.
#108774
1   2   3   4   5   6   7   8   9   ...   67
İnsanların cəmiyyətlər şəklində

yaşamaları haqqında1
İctimai həyat insanlar üçün bir zərurətdir. Filosoflar bunu “İnsan tə­bi­ə­ti etibarilə mədənidir” cümləsi ilə ifadə edirlər. Yəni insan üçün ictimai hə­yatın təbii bir ehtiyac olduğunu bildirirlər. Filosoflar bir yerə toplaşaraq yaşanılan yerə ter­min olaraq Mədinə (şəhər) adını verirlər. Um­ra­nın da mənası budur. Bunun izahı belədir: bütün qüsurlardan uzaq olan Al­lah in­sa­nı yaradarkən onu qidadan başqa heç nə ilə yaşaya bilməyəcək və hə­yatını tə­min edə bilməyəcək bir forma və xüsusiyyətdə yaratmışdır. İn­sa­nın sövq-tə­biisi ona qida axtarmaq yolunu göstərir. Eyni zamanda, Allah in­sanı öz qi­da­sını əldə edə biləcək bir gücdə yaratmışdır. Lakin, bir adam tək­ba­şına möh­tac olduğu qidanı təmin etməyə qadir deyil. Bu qida maddəsinin mi­ni­mal həddini, məsələn bir adamın bir gün yaşaması üçün lazım olan buğ­da­nı gö­türsək, buğdadan un, undan xəmir, xəmirdən isə çörək hazırlamaq zə­ru­rə­ti var. Bu üç işin hər birini həyata keçirmək üçün qab, alət və sə­bəb­lə­rə eh­ti­yac var. Bunlar dəmirçi, dülgər və dulusçu tərəfindən həyata keçirilir. İn­sa­nın buğdadan un və çörək hazırlamadan onun dənələrini yediyini tə­səv­vür etsək, hətta buğdanın dənələrinin istehsalı belə, un və çörək ha­zır­la­maq­dan daha ağır olan iş prosesini, o cümlədən toxum kimi yerə əkməyi, ye­tiş­dik­dən sonra biçməyi və buğda dənələrini sünbüllərdən çıxartmaqla döy­mə­yi və bunlardan çörək hazırlamaq üçün lazım olandan daha çox bəzi alətləri və məharət(bacarıq) və peşələri zəruri edir. Bunların hamısını və ya bə­zi­lə­ri­ni həyata keçirmək bir adamın gücü və imkanı daxilində deyildir. Özünə və baş­qalarına kifayət edəcək qədər qida maddəsi istehsal edə bilmək üçün bu mad­dənin istehsalına kifayət edəcək sayda və keyfiyyətdə insanların birləş­mə­si lazımdır. Bu birləşən insanlar bir-birilərinə yardım edərək öz sayların­dan qat-qat artıq olan insana kifayət edəcək qədər qida maddələri istehsal edə bilərlər. Bundan başqa hər bir insan özünü qorumaq və təhlükəsizliyini tə­min etmək üçün başqa insanlardan yardım almağa məcburdur. Çünkü, bü­tün qüsurlardan uzaq olan Allah Təala heyvanların xarakter və təbiətlərini ya­radarkən gəmirici və yaralayıcı bir çox heyvanlara insandan daha çox fi­zi­ki güc verib. Məsələn, at insana nisbətən çox güclüdür; uzunqulaq, öküz, fil v.s. insandan qat-qat güclüdür. Bir-birinə hücum etmək heyvanların təbi­ətin­də mövcud olduğuna görə, Allah Təala hər bir heyvana ona hücum edən baş­qa bir heyvanın təcavüzündən özünü qoruması üçün o heyvanlara məx­sus olan üzvlər verib. İnsana isə bütün bunların əvəzində düşüncə və əl ve­rib. İnsan əl, düşüncə və ağılın nuru və yardımı ilə, eyni zamanda məharət və peşələr sayəsində bütün heyvanlardakı yaralama və hücum vasitəsi olan bə­dən üzvlərinin bənzəri olaraq əlləri ilə özünü qorumaq üçün lazım olan alət və silahları düzəldir. İnsanın düzəltdiyi süngü heyvanlardakı deşmə va­si­təsi olan buynuzun, qılınclar yaralamaq vasitəsi olan dırnaqların, qalxanlar isə heyvanların sipər vəzifəsini yerinə yetirən qalın dərilərinin bir bənzə­ri­dir. Qalen “Üzvlərin faydası” adlı əsərində yazır: “İnsan təkbaşına öz gücü ilə gə­mirici və xüsusilə də yaralayıcı heyvanlara müqavimət göstərə bilməz. O, tək­başına özünü heyvanlardan qorumaqdan acizdir. Müdafiəni təmin et­mək üçün zəruri olan silahlar, alətlər və peşələr çox olduğundan, bu silah və alət­­lər­dən istifadə etməyə və hazırlamağa da bir insanın gücü və qüvvəsi ki­fa­yət et­məz; insan bunların hər birində başqa insanların yardımına möhtac­dır; on­lar yardım etməsələr həm bunları hazırlamaqdan, həm də ərzaq və qida mad­dələrindən məhrum qalar”. Bütün nöqsanlardan uzaq olan Allah Təala in­sanları yaşaya bilmələri üçün qidaya möhtac yaratdığından insan tək başı­na yaşaya bilməz; tək başına silah hazırlamaqdan aciz olduğundan, özü­nü qo­ru­ya bilməz, yırtıcı heyvanların yaralanmış və öldürülmüş ovlarına çev­­ri­lər; həyatı boyu əzab-əziyyət içində olar, fəlakətlərlə qarşılaşar və insan nəs­­li tükənər. Qarşılıqlı olaraq bir-birinə kömək etmək insana yemək üçün qi­­da­sını və özünü qorumaq üçün silahını təmin etdiyindən Allahın insanın var­­­lığını qorumasını təmin etməsinin əsl səbəb və hikməti aydın olur. De­mə­­li, insan üçün ictimai həyat bir zərurətdir. Əks təqdirdə, insanlar yaşaya bil­məzlər və Allahın insanlar vasitəsi ilə dünyanı abadlaşdırması və tək­mil­ləş­dirməsi və insanları yer üzündə özünün xəlifəsi təyin etməklə bağlı qərarı ye­rinə yetməzdi. Bu elmin mövzusu kimi qəbul etdiyimiz ümranın mənası da bax budur. Beləliklə, tədqiq etdiyimiz elmin mövzusunu da bu elmin çər­çivəsi daxilində bir növ isbat etmiş olduq. Məlumunuz olsun ki, mən­tiq elminin əsas işi isbat olduğuna görə, hansısa bir elmin (fənnin) möv­zu­sunu isbat etmək əsəri yazanın çiyinlərindəki bir vəzifə olmasa da məntiq alim­lərinə görə, müəllifin o elmin mövzusunu isbat etməsi qeyri-normal bir şey də deyil. Müəllif o elmin mövzusunu isbat edərsə bu onun bəxşişi olar. Al­lah müvəffəq edəndir.

İctimai həyat formalaşdıqdan sonra insanlar bir-birinin aqressivliyin­dən özlərini qorumaq üçün qadağan edici bir gücə (hökumət və hökmdara) möh­tacdırlar. Əks təqdirdə, insanda ədavət və zülm (qəddarlıq) kimi hey­va­ni təbiət xüsusiyyətləri olduğu üçün insanlar bir-birilərinə hücum və təcavüz edər­lər. Əgər hökumət olmazsa onları bu təcavüzlərdən heç kim qoruya bil­məz. Hətta, gəmirici və yaralayıcı heyvanlara qarşı istifadə etdiyi silah və alət­lər də insanları bundan qoruya bilməz. Çünkü, bu silahlardan onların ha­mısında var. Ona görə də, özlərini başqalarının təcavüzündən qorumaq üçün baş­qa vasitələrə möhtacdırlar. Heyvanlar bunu dərk etmək qabiliyyətində ol­ma­dıqlarına görə bu vəzifəni yerinə yetirə bilməzlər. Ona görə də bu qa­da­ğan edici gücün insanların öz növündən olması zəruridir. O qadağan edici güc onlara qalib gəlmiş, iqtidarı ələ almış və onları özünə itaət etdirmiş ol­du­ğuna görə heç kim başqalarına təcavüz edə biməz. Dövlət və hökumətin mə­nası da elə bundadır. Bu izahdan sonra hakimiyyətin qaçınılmaz olaraq in­sana məxsus olduğu aydın olur. İnsanlar üçün bu hakimiyyət bir zə­ru­rət­dir. Filosoflar belə düşünürlər ki, hətta heyvanlarda da qayda-qanuna və əm­rə itaət xüsusiyyəti vardır. Məsələn, arı və çəyirtgə öz növündən olan və ya­ra­dılışı və cismi etibarilə onların içində xüsusi seçilən bir başçıya boyun əyə­rək və ona itaət edərək onun əmrlərini yerinə yetirirlər. Lakin insan xari­cin­dəki canlılarda bu xüsusiyyət düşüncə və siyasətdən yox, yaradılışdan və Al­lahın heyvanı buna istiqamətləndirməsindən irəli gəlir. “Allah heyvanları yaratdıqdan sonra onlara yaşamaq yollarını göstərdi”. (Quran)



Filosoflar peyğəmbərliyi əqli dəlillərlə isbat edəndə bu dəlillərə əlavə ola­raq peyğəmbərliyin insan üçün təbii bir xüsusiyyət olduğunu irəli sürür və bununla bağlı dəlillərini söyləyirlər. Bu dəlillərə əsasən insanlar üçün bir qa­dağa qoyucunun olması zəruridir və bu qadağa qoyucunun insanların ara­sın­dan seçilərək Allah tərəfindən göndərilən peyğəmbərin gətirdiyi şəriət və Al­lahın fərz etdiyi dinin hökmləri olması və qövmünün ona itaət etməsi və hök­mün yerinə yetirilməsi üçün Allahın bu peyğəmbəri hidayət (doğru yol) nur­larından ona əmanət edilən xüsusiyyətlərlə onu digər insanların ara­sın­dan seçməsi və şəxsində bu xüsusiyyətləri cəm edən bu şəxsə qövmünün inkar etmədən və yalançı saymadan ona inanması vacibdir. Filosofların bu fi­kirləri göründüyü kimi qüsurludur. Çünki insanların yaşamaları hökm­da­rın birbaşa özü tərəfindən qoyulan qanunlar və yaxud arxasında özünü qo­ru­yan­ların (və yaxud ətrafında toplanmış tabeçiliyində olanların) köməyi ilə də təmin oluna bilər. Hökmdar istəsə onları yolundan azdıraraq özünə tabe edər, onları özünə itaət etdirər. Xristianların, yəhudilərin və Allahın elçi­lə­ri­nə iman edənlərin sayı əməl etmək üçün kitaba sahib olmayan məcusilərin sayından azdır. Məcusilər dünyada yaşayan qövmlər arasında sayları ən çox olan insanlardır. Müqəddəs kitabları olmadığı halda onlar dövlətlər qurmuş və tarixi izlər qoyublar. Hal-hazırda da şimal və cənub tərəflərdəki iq­lim­lər­də onların dövlətləri hakimiyyət başındadır. Təbii olaraq onların həyat tərzi din və iman əhlindən olan insanların həyat tərzinə bənzəmir və onların ara­sın­da nizamsızlıq vardır. Onların qadağa qoyanları yoxdur, çünkü (ilahi ki­tab­ları olmadığı üçün) onların arasında qadağa qoyucunun olması da müm­kün deyildir. Bu dediklərimizdən filosofların peyğəmbərliyin lüzumunu is­bat edərkən yanılmalara yol verdikləri aydın olur. Çünki peyğəmbərlik əqli (rasional olaraq isbat edilə bilən bir şey) deyildir. Bu, peyğəmbərliyi ancaq şəriət yolu ilə bilməyin mümkün olduğunu və isbat edildiyini və filosofların bu mövzuda yanıldıqlarını göstərir. Doğru yolu göstərən Allahdır.



Yüklə 4,6 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin