Мцндярижат



Yüklə 4,6 Mb.
səhifə11/67
tarix10.01.2022
ölçüsü4,6 Mb.
#108774
1   ...   7   8   9   10   11   12   13   14   ...   67
Səvvan Yoxuşu
Ətəkləri qərbə doğru yayılan Minbər təpəsi dəniz səthindən minlərcə metr yüksəklikdə yerləşir. Qırılmış və tökülmüş daşlarla örtülü geniş sahəsi, uzaqdan baxan üçün əl çatmaz, çox böyük və qorxulu bir mənzərə idi. Lakin ora tez-tez gedənlər orda iki yolun olduğundan danışırdılar: biri cənubda di­gə­ri isə şimalda. Hər ikisi ölüm vadisinin dərinlikləri arasında qıvrılan dar yol­lar idi. Eyni zamanda mənə bu yollarla təpəyə çıxmanın təhlükəli ol­ma­dı­ğını da dedilər. Ancaq mən bu yolların heç biriylə təpəyə çıxmağı dü­şün­mür­düm. İki yol arasında suları qurumuş bir çayı yatağı kimi dar və düz bir yoxuş görmüşdüm. Bu yoxuş təpənin zirvəsindən başlayır və ətəklərinə ya­xın bir yerdə bitirdi. Şəkli və yeri xoşuma gəldi və mənə zivrəyə çıxan ən yax­şı yol kimi göründü. Eyni zamanda elə bil daxilən məni ona çəkən bir ca­zibə hissi vardı. Buna görə də bu yoldan təpəyə çıxmağa qərar verdim.

Qərarımı dağda yaşayanlardan birinə dediyim zaman gözlərindən atəşlər saçaraq mənə dik dik baxdı və əllərini bir birinə vuraraq:

“Səvvan yoxuşu! Sənin üçün pis olacaq! Dəlilik etmə! Səndən əvvəl çox insan bunu etmək istədi ancaq heç kəs başına gələni anlatmaq üçün geri dönə bilmədi. Səvvan yoxuşu! Amandır etmə! Aman!” – deyə bağırdı.

Bunu dedikdən sonra təpəyə qədər mənə rəhbərlik etmək üçün mənə yalvarmağa başladı. Ancaq mən, nəzakətlə onun yardımını rədd etdim. Qor­xu­sunun nəyə görə mənə pis təsir etdiyini isə başa düşə bilmədim. Çünki məni qərarımdan döndərəcəyi yerdə qərarımda daha da qətiləşdirmişdi.

Bir səhər dan yeri söküldüyü an, yuxu meyxoşluğundan oyanıb, ço­ma­ğı­mı və yeddi tikə çörəyimi götürdüm və Səvvan yoxuşuna çıxmaq üçün yo­la qoyuldum. Gecənin son dəmləri, günün ilk işıqları və bir an üçün də olsa öz-özümü unudub sehirli rahibin sirrini öyrənmək üçün hiss etdiyim güclü is­təyim, elə bil ayağlarıma möhkəm qanadlar, ruhumu yerindən oynadan bir qüvvə olmuşdu.

Qəlbimdə böyük bir inanc və ümidlə yola çıxdım. Ancaq yoxuşun ətək­lərinə çatmadan həvəsim boğazımda qaldı. Sevinclə getdiyim yolda bir müd­dət sonra özümü həll edilməsi mümkün olmayan bir tapmacanın içində tap­dım. Uzaqdan mənə düzgün və doğru bir yol kimi görünən yoxuş, əslində aşılması çətin və dik bir yol imiş.

O dik yolun qarşısında təəccüblü baxışlarla dayanmışdım və ətrafa nə­zər salmağa başlamışdım. Ancaq hələ də zirvəni görə bilmirdim. Hara bax­sam ətrafda həyat izi tapa bilmirdim. Səvvan yoxuşunda gördüyüm tək şey, fərq­li həcim və şəkillərdəki cınqıl daşları idi. Bəziləri kəskin qılınc kimi bə­zi­ləri də iynə kimi idilər. Elə bil bir cin ordusu dağın o tərəfinə yayılmışdı. Sonra da oranı qorxu və dəhşət verici, səssiz qapqara kəfənlərə bürümüşdü. Zirvəni yoxuşun ətəklərindən görə bilmirdim.

Hələ də əzimli idim. Yoxuşdan çıxmağıma mane olmaq istəyən adamı xatırladım. Atəş çıxan qözləri ilə mənə baxırdı, ancaq məni məqsədimdən dön­dürə bilmirdi. Beləcə dırmaşmağa başladım. Lakin bir az sonra artıq bö­yük bir məsafə gedə bilməyəcəyimi anladım. Çünki cınqıllı Səvvan yoxuşu, ayaqlarımın altından sürüşürdükcə milyorlarla ağızdan çıxan hənirti kimi qorxulu səslər ətrafı bürüyürdü. Bir az daha gedə bilmək üçün əllərimin və dizlərimin köməyindən istifadə etməliydim. O zaman, keşkə bir keçi kimi yüngül olsaydım deyə düşündüm.

Özümə bir an belə dinlənmək üçün zaman vermədim, qısa-qısa addım­lar­la yoxuşu çıxırdım. Birdən zirvəyə çıxmadan o qorxunc, səssiz ərazidə ge­cənin düşməsindən qorxmağa başladım. Geriyə dönmək fikri isə heç ağ­lı­mın ucundan belə keçmirdi.

Aclığımı hiss etdiyim zaman gün sona çatırdı. Yemə və içmə ağlıma gəl­­mədən, günün necə başa çatdığına və dağdakı yolu necə qət etdiyimə mə­ət­təl qalmışdım. O an, yanımdakı yeddi tikə çörək, bir dəsmala sarıb ya­nım­da götürdüyüm o yeddi tikə çörək necə də qiymətli idi!

Durduğum yerdə əyləşdim; dəsmalı açdım və yeddi tikədən birini gö­tür­­düm. Elə ilk loxmanı çeynəməyə başlamışdım ki, qulağıma zil və ney sə­si­nə bənzər, sanki bağırtı səsi kimi bir səs gəldi. O səs, Səvvanın başında, qor­xunc bir səssizlik içində məni necə də qorxutmuş və ürkütmüşdü!

Çox keçmədi ki, yaxın bir təpənin üstündə keçidən böyük, qara bir qoç gördüm. Özümə hələ gəlməmişdim ki, ətrafımı hər tərəfdən keçilər bü­rü­­dü. Səvvan eyniylə mənim ayağımın altından sürüşdüyü kimi keçilərin də ayaq­­ları altında sürüşürdü. Ancaq mən sürüşdüyüm zaman çıxan qorxunc səs­­­lər eşidilmədin... və birdən elə bil çıxardığım səsə gələnlər kimi və elə bil on­larla görüşüm varmış kimi keçilər qoçun başçılığında mənə hücum et­mə­yə başladılar. Necə oldu və hardan geldiklərini başa düşmədim ancaq ço­ban­la­rın səsi olmasaydı çörəyi əlimdən qapacaqdılar. Çoban qarşımda durdu. Əy­nində önünü örtən dəri bir önlükdən başqa heçnə yox idi. Əlində isə sa­də­cə ney var idi. Onu başdan ayağa süzdüm. Uzun boylu və üzündən sağlıq, nə­şə və qüvvət fışqıran bir gənc idi. Danışa bilmək üçün hələ özümə gəl­mə­miş­dim ki, onun incə bir səslə və səmimi gülümsəməsiylə danışdığını eşitdim:

- Qoçumun etdiklərinə baxma! Biraz ərköyündür. Çörək olanda ona çörək yedirirəm həmişə. Çörək yeyən birini görməyəli aylar olmuş.

Bunu dedikdən sonra böyük qoça baxdı:

- Görürsənmi mənim dürüst qoçum, qismət necə də inanan kimsənin ayağına gəlir! Heç vaxt şansdan ümidini üzmə! – deyə onunla danışdı.

Əlini çörəyə üzatdi və bir tikə aldı. Onun ac olduğunu düşündüyüm üçün çox nəzakətlə və səmimiyyətlə ona dedim ki:

- Bu kiçik payı aramızda bölüşək. Yanımdakı çörək mənə də çatar sənə də. Hətta qoça da bir hissə verə bilərik.

Çoban sözüm bitən kimi ilk hissəni aldı. Bir loxma çeynədikdən sonra onu keçilərə atdı. İkincini, üçüncünü,.... altıncını hətta sonuncu da belə etdi. Elə təəccüblənmişdim ki elə bil məni şimşək vurmuşdu və hirsimdən az qala partlayacaqdım. Ancaq ona qarşı gələ biləcək taqətimin olmadığını anladım. Öz özümü sakitləşdirdim və təəccüblə çobana baxdım. Sonra bir az yal­va­rış­la, bir az da şikayətli bir səslə,

- Aclığın və yorğunluğun məhv etdiyi bir adamın yeməyini keçiyə verdin. İndi mənə biraz süd verə bilərsən? deyə soruşdum.

Mənə üzünü çevirmədən,

- Keçimin südündə dəliləri öldürən bir zəhər var. Mən isə ke­çi­lə­rim­dən birinin də cinayət etməsini istəmirəm. Öldürülən sənin kimi dəli olsa da, – deyə cavab verdi.

- Niyə mənim dəli olduğumu düşünürsən?

- Çünki sən yeddi il davam edəcək səfər üçün yeddi tikə çörək götürmüsən.

- Yeddi min götürməliydim ki?

- Xeyr! Bir tikə belə götürməməliydin.

- İndi deməli sən mənə bir tikə yemək götürmədən, belə təhlükəli və uzun bir səfərə çıxmağımı tövsiyə edirsən?

- Səyyahını yedirə bilməyən yolu getməyə dəyməz.

- Yaxşı, demək aclıq başıma vurduğu zaman Səvvanı çeynəyim, su­suz­luqdan yandığım zaman da tərimi içim?

- Sadəcə olaraq ətində səni yedirəcək şey var. Qanında da sənin susuzluğunu tələf edəcək şey var. Bu da yol!

- Dostum, mənimlə zarafat edirsən, yoxsa məni ələ salmısan? Mən sə­nin bu sözlərinə cavab verməyəcəyəm. İnancıma görə çörəyimi yeyən hər kəs, məni acından ölməyə tərk etsə də, mənim qardaşımdır. Dağın ətək­lərində günlər qısadır. Ona görə zirvəyə doğru yoluma davam etməliyəm. Zəhmət olmasa mənə oranın yaxın və ya uzaq olduğunu deyə bilərsənmi?

“Doğrudan da məhv olmağına az qalıb” dedi və neyini çalmağa baş­la­dı. Sonra isə arxasını mənə çevirib çıxıb getdi. Elə bil ipək xalçanın üstündə gə­­tirdi. Arxasınca qoç və keçi sürüsü onu izlədi. Məndən uzaqlaşan o qərib sü­rüyə baxdıqca, Səvvanın uğultusunu və sanki yerin dərinliklərindən yük­sə­lən bir fəryad kimi qulaqlarıma çinlədən neyin səsini dinlədim. Yal­nız­dım, ağlım qarışmış, əsəblərim də yerindən oynamışdı.

Bir az keçmişdi artıq aclığımı da unutmuşdum. İtirdiyim qərarlılığımı və cəsarətimi yenidən əldə edə bilmək üçün özümə gəlməliydim. Çünki əgər o səssiz, sürüşgən Səvvanda gecə qalası olsam, aşağıya doğru sürüşməmək üçün gecəni keçirə biləcəyim etibarlı bir yer tapmalıydım. Bunun üçün dır­maş­­mağa başladım. Aşağı baxdığım zaman dağın böyük hissəsini dır­man­dı­ğı­mı gördüyümdə gözlərimə inana bilmədim. Çünki yoxuşun ətəklərini görə bilmirdim. Təpə isə bir neçə metr yuxarıda idi.

Allaha çox şükür ki, gecə olduğunda, ortasında mağaraya oxşayan bir oyuğa sığındım. Bu qayalıq, zülmət kimi qaranlıq olan, dibi görünməyən bir çuxurun kənarında idi. Mağaranın ətrafındakı təhlükələr də o gecəni orada sığınmağıma mane ola bilmədi.

Ayaqqabılarımı çıxartmağa çalışdım. Bir də gördüm ki, bu sabah ge­yin­diyim ayaqqabılardan indi çırıq hissələr qalıb sadəcə. O hissələr də qana bo­yanmış və ətimə yapışmışdı. Ayaqqabılarımı ətimdən qopardığım zaman ətim­dən hissələr də onunla qopurdu. Əllərim cızıq cızıq idi. Dırnaqlarımın ət­rafı elə bil quru ağac qabığından sallanan zər şəklində idi. Paltarlarımın çox hissəsi Səvvanda qalmışdı. Yuxusuzluqdan şüursuz kimi olmuşdum. Yat­maqdan başqa heç nə düşünə bilmirdim.

Bir dəqiqə, bir saat yoxsa daha uzun müddət mürgülədiyimi xatırlaya bilmirəm. Tək yadımda qalan şey, məni qolumdan tutup çəkən bir quvvəni hiss etdiyimdir. Tərif edə bilmədiyim bir yuxu və qorxu içində düzəlib otur­dum. Əlində zəif işıqlı lampa tutan çılpaq bir qızın ayaq üstə durduğunu gör­düyümdə çox qorxmuşdum. Çox görəl bir üzü vardı. Qızın yanında isə çox çirkin yaşlı bir qadın əyilmiş vəziyyətdə durmuşdu. Məni qolumdan çəkən bu qadın idi. Onu gördüyüm an soyuq tərlər axdı bədənimdən.

- Görürsən balam, qismət inanan insanın necə də ayaqlarına gəlir! Şansdan ümidini kəsmə!

Yaşlı qadın jaketimi çıxara-çıxara belə deyirdi. Qorxudan, daha doğ­ru­su təəccübdən, dilim tutulmuşdu. Bir şey demək istədim, ancaq deyə bil­mə­dim; qadına qarşı gəlmək istədim, ancaq taqətim yox idi. Məni tərk edən ira­dəmdən boş yerə imdad diləyirdim. İradəm məni o yaşlı qadının qol­la­rın­da iflic vurmuş biri kimi çarəsiz buraxmışdı. Ona baxdığım zaman onu çu­xu­ra atmağı düşündüm. Lakin bunu etməyə güçüm yox idi.

Yaşlı qadın jaketimdən sonra əynimdəki hər şeyi bir-bir çıxardı. Nə­ha­yət, məni lüt buraxdı. Məndən çıxartdıqlarını qıza verirdi, qız isə onları ge­yi­­nir­di. Mən isə heç bir şey anlamadan bu mənzərəni seyr edirdim. Ma­ğa­ra­nın di­varında yaşlı qadın və qızın kölgəsi ilə üst-üstə gələn kölgəmi gör­dü­yüm za­man, oynaqlarımda və damarlarımda dolaşan bir diksinti hiss etdim və na­ra­hat olmağa başladım. Başıma gələnləri izah etməyə çalışdığım za­man isə, bu uğursuz vəziyyətdə ən çox ehtiyac hiss etdiyim nitqim tu­tul­muş­du. Nə­ha­yət bir neçə cəhddən sonra dilim açıldı və dedim ki:

- Ey qoca! Utanc hissini sən itirmisən, ancaq mən hələ itirməmişəm. Mən çılpaq olduğum üçün, sənin kimi utancsız bir yaşlı qadının yanında belə utanıram. Bu tər-təmiz qızdan da son dərəcə utanıram.

- O sənin utancına bürünəcək, sən də onun təmizliyinə!

- Bir qızın yorğunluqdan məhv olmuş, bu yerdə və belə bir gecədə yolunu itirmiş bir adamın cındırlarına nə ehtiyacı ola bilər axı?

- Yükünü azaltmaqla utancaqlığını xəfiflətmək istəyir bəlkə. Bəlkə də isinmək üçün istəyir. Çünki onun anasının və atasının soyuqdan dişləri takkıldayır.

- Bəs onda mənim soyuqdan dişlərim bir-birinə vuranda mən nə edim? Sənin qəlbində heç mərhəmət yoxmudur? Görmürsən ki, bu dünyada paltarlarımdan başqa heç nəyim yoxdur.


Yüklə 4,6 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin