Memarlıq” fakültəsi “Memarlıq layihələndirilməsi və şəhərsalma ” kafedrası Fənnin adı: Memarlıq tipologiyası



Yüklə 1,25 Mb.
səhifə24/41
tarix30.03.2022
ölçüsü1,25 Mb.
#115051
1   ...   20   21   22   23   24   25   26   27   ...   41
bina və qurğuların tipologiyası (2)[7]

Fakültənin Elmi- metodiki

şurasında təsdiq olunmuşdur

27.01.2012

BAKI – 2012

Çoxmərtəbəli yaşayış binaları

  1. Ümumi qaydalar. Təsnifat.

Çoxmərtəbəli çoxmənzilli binalar ölkəmizin şəhərlərində və iri qəsəbələrində hakim yaşayış tipinə çevrilir. Belə yaşayış tipi ərazidən daha səmərəli istifadə etməyə imkan verir, mühəndis şəbəkələrinin, küçələrin, şəhər nəqliyyat yollarının uzunluğunu azaldır.

Şəhər tipli yaşayış binalarını mərtəbəliliyinə görə üç qrupa bölürlər: azmərtəbəli – 2 mərtəbədə; çoxmərtəbəli – 4-9 mərtəbədə; yüksək mərtəbəli – 12-16 mərtəbədə. Planlaşdırma quruluşuna görə artıq qeyd etdiyimiz kimi seksiyalı, koridor tipli, qalereya tipli, qarışıq tipli planlı evlərə bölünürlər, qarışıq quruluşda seksiyalı quruluş koridor və ya qalareya quruluşu ilə uyğunlaşır.

Planlaşdırma quruluşu və mərtəbəlilik binanın konstruktiv sxemini, konstruksiyaların və inşaat materiallarının xüsusiyyətini müəyyənləşdirir.

Yaşayış evlərinin planlaşdırma sxeminin seçimi tikinti yerinin iqlim şəraitindən, həmin yerdə əhalinin demoqrafik tərkibi üçün olan mənzillərin xarakterindən asılıdır. Evlərin mərtəbəliliyi tikinti həyata keçirilən şəhərin və ya qəsəbənin ölçüsündən (böyüklüyündən), onun abadlaşdırılmasından, tikintinin intensivliyindən, tikinti rayonunun tikinti sənayesi bazasının xarakterindən asılı olaraq seçilir.

Ölkəmizin şəhər və qəsəbə tikintisində konstruktiv həllinə görə sadə olan və kifayət qədər qənaətli dörd- və beşmərtəbəli evlər daha geniş yayılmışdır.

Lakin tikinti təcrübəsi göstərmişdir ki, intensiv tikintisi və yüksək inkişaf etmiş mühəndis avadanlığı və abadlaşdırılması olan böyük şəhərlərdə belə tikinti iqtisadi cəhətdən məqsədəuyğun deyil. Burada daha çox mərtəbəli binalar tətbiq edilməlidir (9-16 mərtəbəli). Belə binaların tikintisi köhnə şəhərlərin məhəllələrinin rekonstruksiyası zaman, xidmət müəssisələrinin və yaşıllığın yerləşdirilməsi üçün tikintinin sıxlaşdırılması tələb olunur.

Bundan başqa yaşayış binalarının tikintisində müxtəlif mərtəbəliliyini tətbiq edilməsi yaşayış komplekslərinin maraqlı və müxtəlif kompozisiya həllərini yaratmağa imkan verir.



  1. Yüklə 1,25 Mb.

    Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin