Yaşayış otaqlarının qapılarından xarici və ya pilləkən
qəfəsinə qədər yol verilən ən böyük məsafə.
Yanğına davamlılıq dərəcəsi
|
Çıxışa qədər ən böyük məsafə, m.
|
Pilləkən qəfəsləri və ya xarici çıxışlar arasında yerləşən yaşayış otaqlarından
|
Dalan koridoruna çıxan yaşayış otaqlarından
|
I, II
III
IV
V
|
40
30
25
20
|
25
20
15
10
|
Pilləkən marşlarının ən az eni, onların ən böyük maililiyi (hündürlüyün enişə olan nisbəti) cədvələ əsasən qəbul edilir.
Pilləkən marşlarının yol verilən ən az eni və onların ən böyük maililiyi.
Marşın təyinatı
|
Marşın ən az eni, m.
|
Marşin ən böyük maililiyi
|
Binanın yaşayış mərtəbələrinə aparan əsas pilləkən marşları:
ikimərtəbəli
üç-beş mərtəbəli
|
0,9
1,05
|
1:1,5
1:1,75
|
Lifti olan pilləkənlər:
kabinənin dərinliyi 2m-dən az olduqda
kabinənin eni 2m və daha çox olduqda
|
1,05
0,9
|
1:1,75
1:1,5
|
Zirzəmi və kürsü mərtəbəsinə aparan pilləkən marşları və ikinci (ehtiyat) pilləkənin marşları
|
0,8
|
1:1,25
|
Ölkəmizin inşaat təcrübəsində əsas pilləkənlərin pillələrini adətən – 15,0 x 30 sm, zirzəmiyə aparan pilləkənin pillələrini – 17,3 x 26 sm ölçülərində edirlər.
Seksiyalı binalarda pilləkənlər daha çox mənzilə xidmət edir pilləkən marşlarının enini minimum 1,05m, marşların arasındakı məsafini isə 0,1m götürürlər. Yüksək mərtəbəli binalarda mənzildən çıxışda 2 pilləkən olduğu halda pilləkənin biri ehtiyat pilləkəni rolunu oynayır, onun eni 0,9m, maililik nisbəti isə (enişi) 1:1,25 götürülür.
Koridor və qalereya tipli binalarda, pilləkənə böyük sayda mənzil düşdüyündən, marşın eni binanın ən çox sakini olan mərtəbəsindəki (birinci mərtəbədən başqa) adamların sayına görə təyin edilir: iki mərtəbəli evlər üçün – 125 nəfərə marşın eni 1m; üç və daha çox mərtəbəli binalar üçün – 100 nəfərə marşın eni 1m.
Pilləkən meydançalarının eni marşın enindən az olmamalıdır, həmdə nəzərə almaq lazımdır ki, əsas pilləkənlərdə meydançaların eni 1,2m-dən az olmamalıdır. Lift qapıları açılan pilləkən meydançasının eni 1,6m-dən az olmamalıdır.
Yüksək mərtəbəli binalarda liftlər, mərtəbələr arasında əsas əlaqə vasitəsidir. Normalara görə beş mərtəbədən yuxarı binalarda, yəni ən yuxarı mərtəbənin döşəmə səviyyəsi səkinin səviyyəsindən 13m və daha yuxarı olduqda lift quraşdırılması vacib sayılır.
Seksiya mənzilli binalarda hər bir seksiyada: altı-doqquz mərtəbəli binalarda – bir lift, doqquz mərtəbədən yuxarı binalarda isə iki lift quraşdırılır. Koridor və qalereya tipli yaşayış binalarda hər mərtəbəyə xidmət edən iki və daha çox pilləkən olduqda liftlər hesabla götürülür, lakin hər pilləkənə minimum 1 lift düşmək şərti ilə.
Yaşayış tikintisində 350, 500 və 630 kq yükqaldırma qabiliyyəti olan liftlər tətbiq edilir. Liftlər, adətən, pilləkən qəfəsində və ya ona bitişik şaxtalarda yerləşdirilir. Bəzi hallarda liftlər binanın əsas ölçülərindən kənara çıxarılır.
Lift pilləkən marşlarının arasında yerləşdirildikdə onun şaxtası metal, torlu metal karkasla çəpərlənir, lift ayrıca şaxtada yerləşdirildikdə isə o, yanmayan, odadavamlı divarla çəpərlənməli və yaşayış otaqlarından səs izolyasiyası təmin olunmalıdır. Bu halda mənzilin planlaşdırılması elə həll edilməlidir ki, lift şaxtası qeyri-yaşayış yerləşgələrinə bitişik olsun (sanitar qovşağı, anbar və b.). Liftlərin maşın şöbəsini yaşayış yerləşgələrinin üstündə, altında və yaxud onlara bitişik yerləşdirmək olmaz.
Koridor tipli evlərdə koridorların təbii işıqlanması və kifayət qədər eni olmalıdır. Mövcud normalara görə ümumi koridorun eni hər bir düzxətli parçası üçün uzunluğu 40m-ə qədər olduqda 1,4m və 40m-dən çox olduqda isə 1,6m olmalıdır. Ümumi qalereyanın eni 1,2m-dən az olmamalıdır.
Dostları ilə paylaş: |