Mənzil və onun elementləri. Mənzilin tərkibi.
Mənzilin planlaşdırılması burada baş verən bütün həyat proseslərini nəzərə almalıdır, ona görə də, mənzilin ölçülərini yerləşgələrinin tərkib və ölçüləri müəyyən edir. Hər bir mənzil aşağıdaki yerləşgələrdən ibarətdir: yaşayış otaqları, mətbəx, giriş, vanna və ya duş otaqları, tualet, tikilmiş dolablar və ya təsərrüfat anbarı, və ya eləcə də cənub iqlim zonasına xas olan yay yerləşgələri – eyvan, veranda (şüşəbənd), balkon və ya lociya.
Yaşayış otaqları mənzilin əsas hissəsidir. Onların müxtəlif təyinatı var və ümumi və yataq otaqlarına bölünürlər. Böyük mənzillərdə əlavə olaraq iş və məşgələ üçün kabinet (iş otağı) nəzərdə tutulur.
Bütün yaşayış otaqları elə layihələşdirilməlidirlər ki, onların ölçüləri və nisbətləri, pəncərə və qapıların, qızdırıcı cıhazların yerləşdirilməsi mənzildə zəruri əşyaların rahat yerləşdirilməsi üçün şərait yaransın. Yaşayış otaqlarının hamısı lazım olan işıqlanma normasına uyğun olaraq təbii işıq ilə işıqlandırılmalıdırlar (pəncərə boşluqlarının işıq sahəsinin otağın döşəmə sahəsinə olan nisbətinə uyğun). Minimal işıqlanma norması – 1:8; cənub rayonları üçün isə – 1:10 götürülür.
İki və üçotaqlı mənzillərdə ümumi otağın sahəsi 15m²-dan az, dörd və beş-otaqlı mənzillərdə 18m²-dan az olmamalıdır. Onun eni isə 3m-dən az olmamalıdır. Ən yaxşı nisbətlər (otağın eninin uzununa nisbəti) 1:1 – 1:1,5-dir. Ümumi otağın mebelenin səmərəli yerləşdirilməsi yemək, qonaq, çalışma yerləri kimi izolə olunmuş guşələrin ayrılması kimi həll oluna bilər.
Yataq otaqları bir, iki, üç nəfərlik layihələşdirilir, böyüklər və uşaqlar üçün nəzərdə tutulur. İki otaqlı mənzillərdə, yataq otağının üç və dörd otaqlı mənzillərdə, yataq otaqlarının birinin sahəsi (enin ən az 2,5m olmaqla) minimum 10m² ola bilər. Yataq otaqlarını keçid otağı olaraq layihələndirmək olmaz. Burada divar içində tikilmiş dolablar və ya qarderob otaqları nəzərdə tutmaq lazımdır. Mebellərin mümkün düzülüşünü diqqətlə düşünmək lazımdır, bu zaman nəzərə almaq lazımdır ki, burada otağın əsas təyinatından (yatmaq yeri) başqa, əlavə funksiyalar da yerinə yetirilir – azyaşlı uşaqların oyun yeri, yeniyetmə uşaqların məşğulluq yeri, böyüklərin isə çalışma yeri kimi xidmət edə bilər.
Mətbəx mənzilin çox vacib yerləşgələrindən biridir. Burada yemək hazırlanması ilə, süfrəni düzəltmək (qab-qacaq düzmək və b.) ilə, bulaşıq qab-qacağın yuyulması ilə bağlı proseslər baş verir. Buna görə də mənzillər layihələşdirilən zaman mətbəxin planlaşdırılmasına və avadanlığına qoyulan sanitar tələblərin yüksək səviyyədə təmin olunması nəzərə alınmaqla ciddi diqqət verilməlidir.
Bütün mətbəx avadanlığının asan yuyula bilən forması və səthi olmalıdır. 160-180sm hündürlüyə qədər divarlar yağlı boya ilə rənglənməli, avadanlıq yerləşən divar isə şirələnmiş tavalarla üzlənməlidir. Həmçinin döşəmə də asan yuyula bilən materiallardan (linoleum, keramik tavalar və b.) yerinə yetirilməlidir.
Ailə tərkibindən və sayından, ailənin ev təsərrüfatının xarakterindən asılı olaraq mətbəxin ölçüləri, avadanlıq və mebeli dəyişir. Tikinti təcrübəmizdə əsas üç mətbəx tipi tətbiq edilir: mətbəx – oyuq, işçi mətbəx, mətbəx – yemək otağı.
Dostları ilə paylaş: |