Memarlıq” fakültəsi “Memarlıq layihələndirilməsi və şəhərsalma ” kafedrası Fənnin adı: Memarlıq tipologiyası



Yüklə 1,25 Mb.
səhifə8/41
tarix30.03.2022
ölçüsü1,25 Mb.
#115051
1   ...   4   5   6   7   8   9   10   11   ...   41
bina və qurğuların tipologiyası (2)[7]

Mətbəxlərin əsas tipləri.

a- mətbəx-oyuq; b- işçi mətbəx; c-mətbəx –yemək otağı.

Bütün mətbəx tipləri – stasionar mətbəx avadanlığı və xüsusi mebellə təhciz edilir. Mətbəx avadanlığının forması, rəngi, materialı əsasən interyerin kompozisiyasını həll edir, onun səmərəli yerləşdirilməsi isə ev sahibəsi üçün rahatlıq yaradır və onun əmək və vaxtına qənaət edir. Buna görə də memarlar müasir mətbəx avadanlığına xüsusi diqqət verməlidirlər. Mətbəx avadanlığının yerləşdirilməsi yerləşgənin nisbətlərindən, boşluqların yerindən asılıdır. O, birsıralı, ikisıralı və künclərdə ola bilər.



Sanitar qovşağı mənzilin vanna və ya duş kabinəsi, əlüzyuyan və unitaz yerləşdirilən yerləşgələri daxil edir. Mənzilin ölçülərindən asılı olaraq sanitar qovşağı tipləri müxtəlif ola bilər. Birotaqlı və bəzən də ikiotaqlı mənzillərində sanitar-texniki cihazları bir yerləşgədə yerləşdirilən sanitar qovşaqlarının olması mümkündür. Böyük ailələr üçün nəzərdə tutulmuş mənzillərdə cihazları ayrı-ayrı yerləşgələrdə yerləşdirmək lazımdır: vanna ilə əlüzyuyan – vanna otağında; unitaz isə – ayaqyolunda. Sanitar qovşaqlarının avadanlığı üçün standart ölçülərdə sanitar-texniki cihazlar buraxılır.

Sanitar qovşağı yerləşğələrinin ölçüləri avadanlığın ölçüləri və onların yerləşdirilməsi ilə müəyyənləşdirilir. Vanna və duş kabinələrinin ölçüləri mənzilin isti su təhcizatının xarakterindən asılı ola bilər. Suyun qızdırılmasi mərkəzləşmiş, yaxud fərdi bərk yanacaq və ya qazla su qızdıran cihaz ola bilər. Odun və ya kömürlə su qızdıran cihaz döşəmədə xüsusi yer tələb edir, qazla su qızdıran cihaz vannanın üstündə divardan asılır. Qazla suqızdırıcısı olan vanna otağının sahəsi 7,5m²-dan az olmamalıdır. Bununla yanaşı qapı bayıra açılmalı və aşağısında ventilyasiya çərçivəsi və ya qapı ilə döşəmə arasında hava axını üçün qapıda deşiklər olmalıdır.

Ayaqyolunun ölçüləri unitazın tipindən və qapının açılma istiqamətindən asılıdır. Ayaqyolunun eni bütün hallarda 0,8m-dən az olmamalı, uzunluğu isə ehtiyat su çəni olduqda və qapı bayıra açılan halda 1,3m və qapı içəri açılan halda isə 1,5m olmalıdır.

Mülayim və soyuq iqlimli rayonlarda çoxmənzilli binalarda sanitar qovşaqlarını, bir qayda olaraq, təbii işıqlanmasız və küləklənməsiz layihələndirirlər (bəzi hallarda mətbəx tərəfdən divarın yuxarısındakı framuqa vasitəsilə ikinci işıqla işıqlandırırlar). İsti iqlimli rayonlarda işıqlanma və, ən başlıcası, küləklənmə üçün sanitar qovşaqlarında şimal və şimal-şərqə istiqamətlənmiş pəncərələr nəzərdə tutulur. Pəncərələri, adətən, divarın yuxarı hissəsində yerləşdirirlər.






Yüklə 1,25 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin