Yeni təhsil qanununda orta məktəbləri qızıl və gümüş medallarla bitirənlərə və olimpiada qaliblərinə güzəştlərin olacağı bildirilir. Sizcə, bu doğrudurmu?
– Bizim tərtib etdiyimz qanun layihəsində güzəşt söhbəti yoxdur. Hamı üçün ümumi qayda var. Burada məsələ qoyulub ki, olimpiada nəticələri nəzərə alına bilər ki, bu da güzəşt deyil. Burada TQDK rəhbərliyinin mövqeyində ehtiyatlanma məqamı budur ki, guya ali məktəblər yerləşdirməni aparanda onlar testin nəticələrini deyil, başqa şeyi nəzərə alarlar. Bununla da özbaşınalıq yarana bilər. Amma hesab edirəm ki, burada ehtiyatlanmaq üçün heç bir əsas yoxdur. Çünki ali məktəblərə belə bir icazə verilə bilməz ki, yüksək ballılar qala-qala başqaları qəbul olunsun. Onu da nəzərə almaq lazımdır ki, təkcə test insanın qabiliyyətini və istedadını aşkar edə bilmir. Əgər bu belə olsaydı o zaman bütün dünya ölkələri testlə kifayətlənərdilər. Onlarda test ancaq göstəricilərdən biridir. Bizdə isə mən deyirəm ki, test ən əsas göstərici olsun, amma yeganə göstərici olmasın. Məsələn, yazı imtahanlarının ləğvi Azərbaycan təhsilinə böyük ziyan vurdu. Çünki ali məktəblərə qəbul zamanı həmişə öz ixtisas fənlərindən başqa abituriyentlər Azərbaycan dili və ədəbiyyatından yazılı imtahan verirdilər. Düzdür, bu fənn üzrə sualları testə daxil ediblər, ancaq bu, yazılı imtahanı əvəz etmir. Çünki fikri ifadə etmək qabiliyyəti ancaq inşa yazarkən ortaya çıxır.
–
Dostları ilə paylaş: |