Irimiqyaslı xəritələmə. İrimiqyaslı xəritələməni (1:25000
– 1:10000), adətən hakim sahələri istifadə etmədən, bütöv
planalma kimi aparırlar. İrimiqyaslı profilləmə zamanı, əsasən
zondlama üsulları (ŞEZ, ŞEZ – YP, BUS, SDÜ), buruq quyuları
olduqda isə, QGT kimi informativ kompleks geofiziki üsullar
tətbiq edilir. Qeyd etmək lazımdır ki, tədqiqat aparılan geoloji
mühitin qeyri – birсinsliliyinin ölçüləri ilə təyin edilən
mühəndisi – geofiziki planalmanın miqyası və məqsədi bir –
biri ilə əlaqədar olmalıdır.
Planalmanın müasir məqsədlərindən biri də, xüsusən
şəhər və sənaye aqlomerasiyasında, geoloji mühitin texnogen
dəyişməsini öyrənməkdir. Bu dəyişikliklər əsasən mühəndisi –
geoloji proseslərin (subasmalar, çökmələr, suffoziya)
intensivliyi, texnogen litogenez, istilik, elektromaqnit,
qravitasion, titrəyişli sahələr və s. təsiri hesabına fiziki
çirklənmənin nətiсəsində əmələ gəlir. Geofiziki üsulların
məqsədi təsir mənbəyini və onun intensivliyini təyin etmək,
geoloji mühitin reaksiyasını qiymətləndirmək və süxur
massivində baş verən dəyişiklikləri aşkar etmədən uzun
müddətli müşahidələr aparmaqdır. İrimiqyaslı xəritələmə
zamanı yer səthində və
daх – qazıma işlərində elektrik və seysmik kəşfiyyat, istilik və
qravimaqnit planalması, həmçinin geniş kompleksdə quyularda
geofiziki tədqiqatlar (QGT) tətbiq olunur. Hazırda geofiziki
24
tədqiqatların nətiсələrinə əsasən, geoloji mühitin nəzarəti
sistemi yaradılır (geofiziki monitorinq).