24
Sxem 2. [1. sə
h 202.]
İ
darə
etmə
metodları
Hazırda iqtisadi ədəbiyyatlarda idarəetmə metodlarının 3 qrupu işıqlandırılır və
təcrübədə tətbiq edilir. Bunlar aşağıdakılardır:
1. İnzibati – sərəncam;
2. İqtisadi;
3. Sosial – psixoloji və ideoloji.
Vadaretmə metodları (inzibati – sərəncam). Vadaretmə metodları kimi
planlaşdırma, uçot və nəzarət əsasdır. Bu metod istehsalın idarəedilməsi metodları
içərisində mühüm yer tutur.
İ
nzibati – sərəncamverici metod direktiv xarakter daşıyır, idarəetmə obyekrinə
birbaşa təsir göstərir və müəssisənin təsərrüfatının təşkili – nizamlama məsələlərinin
həllini müəyyən edir. İnzibati – sərəncam metodları özündə idarəedən və idarəolunan
koməkçi
sistemlərin, başqa sözlə, idarəetmə aparatının və istehsal sisteminin bütün
elementlərinin müəyyən məqsədə yönəldilmiş planauyğun
müntəzəm və səmərəli
fəaliyyət göstərməsini təmin edən üsul və vasitələrinin məcmusunu birləşdirir.
Təhriketmə metodları (iqtisadi). Təhriketmə metodları (iqtisadi) ehtiyatların
qənaətinə, mal və xidmətlərin, infrastrukturun keyfiyyətinin, rəqabətqabiliyyətinin
yüksəldilməsinə, hazırki sistemin inkişaf ideologiyası və siyasətinə müvafiq əhalinin
həyat səviyyəsinin yaxşılaşdırımasına yönəldilmişdir.
Bu metodun son məqsədi
İ
drəetmə metodları
İ
qtisadi
İ
nzibati
Hüquqi
Sosial-psixoloji
Təşkilati
Sərəncam
25
ehtiyatlara qənaət, hər bir obyrktin rəqabət qabiliyyətinin artırılması, həyat tərzinin
yaxşılaşdırılmasından ibarətdir.
İ
nandırma metodları (sosial – psixoloji və ideoloji). Sosial – psixoloji metodlar
kollektiv və onun üzvləri üzərində daimi fasiləsiz müşahidənin həyata keçirilməsinə
ə
saslanır. Bu müşahidənin məqsədləri isə aşağıdakılardır:
- şəxsiyyətin psixoloji portreti, onun motiv və dəyərlərinin parametrlərinin
müəyyənləşdirilməsi;
-
şəxsiyyətin fizioloji, sosial və digər tələbatlarının ödənilməsi yollarının
tapılması;
- şəxsiyyət və kollektivin işləri keyfiyyətlə, qoyulmuş vaxtda,
minimal
xərclə yerinə yetirilməsi zərurətinə inandırılması metod və vasitələrinin
axtarışı.
Sosial – psixoloji metodlar kimi ideoloji, yəni sosial – siyasi (tərbiyə)
metodları da kollektiv üzvlərinin dünya görüşünün formalaşmasına və estetik
tərbiyəsinə təsir göstərir.
Bu metodlar həyata keçirilən zaman kollektivdə tez-tez söhbətlər aparılır,
dövlətin iqtisadi siyasəti kütlələrə çatdırılır.