12
xüsusən Xotorndakı “Uestern Elektrik”“ zavodunda aparılan tədqiqatları, menecment
nəzəriyyəsində yeni istiqamət açdı. E.Meyo aşkar etdi ki, dəqiq müəyyənləşdirilmiş
iş əməliyyatları və yaxşı əmək haqqı heç də elmi idarəetmə məktəbi
nümayəndələrinin
hesab etdikləri kimi, həmişə əmək məhsuldarlığının artmasına
gətirmir. Adamlar arasında olan qarşılıqlı əlaqələr zamanı yaranan münasibətlər çox
vaxt rəhbərlərin səylərini üstələyir. Bəzən işçilər, rəhbərlərin istək və maddi
stimullarına rəğmən öz qruplarındakı iş yoldaşlarının istəklərinə daha üstün reaksiya
verirlər.
Abraham Maslou və başqa psixoloqların da tədqiqatları
bu hadisənin
səbəblərini başa düşməyə imkan verdi. A.Maslouya görə adamların işə münasibətləri
və hərəkətləri, heç də pulun köməyi ilə qismən yerinə yetirilə bilən yalnız iqtisadi
maraqlarla yox, həm də müxtəlif tələbatlarla bağlıdır.
Bu nəticələrə əsaslanaraq
davranış məktəbin tədqiqatçıları hesab edirdilər ki, əgər rəhbərlik öz işçilərinə çox
qayğı
göstərirsə, onda onların razılığının səviyyəsi artar, bu isə məhsuldarlığın
artmasına gətirib çıxarar. Onlar insan münasibətlərinin idarə edilməsi üsullarından
istifadə etməyi məsləhət görürdülər. Bu üsullardan birbaşa rəhbərlərin daha effektiv
hərəkət etmələri, işçilərlə məsləhətləşmələr və onlara bir-biri ilə əlaqə yaratmaq üçün
daha geniş imkanlar verməyi göstərmək olar.
Davranış məktəbinin baniləri, əsas etibarı ilə şəxslər arasında
münasibətlərin
yaradılması metodlarına diqqət yetirməklə, insani münasibətlər məktəbini daha çox
zənginləşdirdilər. Yeni yanaşma, əsasən təşkilatların qurulması və idarə edilməsində
davranış konsepsiyalarının tətbiqi ilə şəxsin özünün imkanlarının
dərk edilməsində
ona kömək göstərmək idi. Ümumiyyətlə demək olar ki, bu məktəbin əsas məqsədi
insanların qabiliyyətləri və səyləri hesabına təşkilatların effektlivliyini artırmaq idi.
Psixologiya və insan münasibətləri
məktəbinin idarəetmədə rolu
aşağıdakılardır:
əmək məhsuldarlığının səviyyəsinin, əmək nəticələrindən razı qalmaq
hissinin yüksəldilməsi üçün şəxsiyyətlərarası
münasibətlərin idarə
edilməsi metodlarının tətbiq olunması;
13
idarəetməyə insan davranışı haqqında elmin tətbiqi. Məqsəd: hər bir
işçinin onun potensialına müvafiq şəkildə istifadə etməkdir.
Dostları ilə paylaş: