11
A. Fayolun idarəetmə nəzəriyyəsinə əsas töfhəsi ondan ibarətdir ki, o,
idarəetmə prinsiplərini sistemləşdirdi və bir neçə qarşılıqlı əlaqəli funksiyaları
menecmentin universal funksiyaları kimi təqdim etməklə onların tətbiqinə tam proses
kimi baxdı. Bu funksiyalara aşağıdakıları göstərmək olar:
• planlaşdırma;
• təşkiletmə;
• kadrların seçilməsi və yerləşdirilməsi;
• motivasiya (rəhbərlik);
• nəzarət.
Bu məktəb ona görə klassik adlanır ki, tarix boyu
yaranan bütün idarəetmə
prinsipləri, funksiyaları və metodları bu məktəb tərəfindən sistemləşdirilib
nizamlanmış və menecmentdə tətbiq olunmağa başlanmışdır. Klassik idarəetmə
məktəbinin cəmiyyət üçün həyata keçirdiyi başlıca yenilik,
əvvəllər tətbiq olunan
idarəetmə təcrübəsi əsasında yeni elmi yanaşmalar və çalarlar gətirməsidir. Bu
məktəb, idarəetmə prinsiplərini, funksiyalarını, metodlarını və üslublarını müəyyən
etməklə yanaşı, onların təcrübi olaraq həyata keçirilməsi (icrası)
mexanizmini də
hazırlamış oldu.
İ
nzibati (klassik) idarəetmə məktəbi
idarəetmə prinsiplərini aşkarladı,
idarəetmə funksiyalarını təsvir etdi və təşkilatın bütünlüklə idarə olunmasına sistemli
yanaşmanı izah etdi.
Klassik məktəbin idarəetmədə rolu aşağıdakılardan ibarətdir:
idarəetmə prinsiplərinin işlənib hazırlanması;
idarəetmə funksiyalarının təsviri;
təşkilatın idarə edilməsinə sistemli yanaşmanın işlənib hazırlanması.
İ
Dostları ilə paylaş: