30
demokratik rəhbərlik üslubu mürəkkəbliyi ilə fərqlənir və burda birinci yerde
keyfiyyət dayanır.
Demokratik üslub tərzindən istifadə edən menecer çalışır ki, bir çox məsələlər
kollektiv
surətdə həll edilsin, sistematik olaraq işdəki vəziyyət haqqında kollektivə
məlumat verilsin və tənqidi mülahizələrə düzgün yanaşılsın. Belə rəhbər öz işçiləri ilə
hörmət və xeyirxahlıq münaibərtində olub, bir sıra idarəetmə funksiyalarını digər
mütəxəssislərə tapşrır və işçilərinə inanır. Tələbkar və ədalətli olur. İdarəetmə
məsələlərinin reallaşmasında kollektivin bütün üzvləri iştirak edir.
Demokretik menecer işgüzar müşavirələr keçirərkən
adətən işçilərin bir növ
mərkəzində olur. Bunun nəticəsində müəssisə qarşısında duran məsələlərin həlli
yollarının müzakirəsində tam sərbəstlik təmin olunur.
Göründüyü kimi demokrat və avtokrat menecerin tabelikdə olan işçilərə təsir
göstərmə metod və qaydaları bir-birindən kəskin fərqlənir.
Liberal üslub rəhbərlik üslubunun 3-cü növüdür. Onun mahiyyəti ondan
ibarətdir ki, rəhbər icraçıların qarşısında
problemi qoyur, qaydaları müəyyən edir,
məhdudiyyət şərtlərini verir, özü isə ikinci plana keçir və daha sonra alınmış
nəticələri qiymətləndirən məsləhətçi, ekspert kimi çıxış edir. İşçilər qərarların qəbul
edilməsində tam sərbəstdirlər və öz işlərinə nəzarət edə bilərlər. Bu cür iş prosesi
kollektivdə sağlam mənəvi-psixoloji mühit yaradır, insanlar arasında qarşılıqlı
səmimiyyət kimi hissləri aşılayır və hər şəxsdə özünə qarşı məsuliyyət hissini oyadır.
Rəhbər işçilərini lazım informasiya ilə təmin edir, onların fəaliyyətinə qiymət
verir, onları öyrədir. Lakin bütün bunlarla yanaşı son qərarı rəhbər özü qəbul edir.
Bu tip rəhbərlik üslubunun tətbiqi
ən çox elmi tədqiqatlarda, sınaq
konstruksiya işlərində yüksək səviyyəli ixtisasçılar tərəfindən həyata keçirilir. Liberal
üslubda rəhbərlik edən menecer kollektivin işinə qarışmır və işçilərə tam sərbəstlik
verilir. Bunun nəticəsində kollektiv üzvlərinin fərdi yaradıcılıq xüsusiyyətinin aşkar
olunması üçün münbit şərait yaradılmış olur. Bu üslubda işləyən rəhbər adətən işçilər
ilə hörmətlə rəftar edir, öz rəğbətini itirmək təhlükəsi olduqda
əvvəlcə qəbul etdiyi
qərarı ləğv edir.
31
Liberallar işi aparmaq xüsusiyyətinə görə iki qrupa bölünürlər. Birincilər heç
bir yeni təşəbbüs göstərmədən fəaliyyət göstərirlər. İkincilər isə yuxarıdan verilən
göstərişləri kor-koranə icra edirlər.
Liberal rəhbərlər işçilərə mümkün təsir vasitələrindən ancaq xahiş və yola
gətirmə üsullarındn istifadə edirlər. Belə rəhbərlər idarəetmə funksiyalarında olduqca
passivdirlər və demək olar ki, ancaq “axın istiqamətində üzürlər”.
Liberal menecer işdə baş verə biləcək münaqişədən qorxur və əsasən tabelikdə
olnaların fikri ilə razılaşır. İşçilərlə mülayim münasibətdə olması
kollektivdə real
nüfuz qazanmasına mane olur. Bəzi işçilərlə qarşılıqlı münasibətlərin pozulmaması
üçün onların fəaliyyətində bir çox qüsurlara göz yumaraq onlara güzəştə gedir.
Liberal menecerin fəaliyyət mexanizmində yeniliklərə çox az rast gəlinir,
bəzən isə ümumiyyətlə olmadığına görə onun idarəetmə fəaliyyətinin nəticəsi
səmərəsiz olur.
Bütün qeyd olunanları ümumiləşdirərək deyə bilərik ki, hər hansı
üslubda
işləyən menecerin idarəetmə üzrə qəbul etdiyi müəyyən bir qərarın hazırlanma
texnologiyası aşağıda göstərilən bu və ya digər metodun tətbiqi nəticəsində mümkün
olur:
Təkbaşına qərar qəbul edir və bunu kollektivə bildirir (təmiz avtokrat);
Qərarı “təlqin” edir;
Öz fikir və ideyalarını açıqlayır və suallar verilməsini təklif edir;
Kəmiyyətcə qərar nümunəsinin hazırlanması üçün bir növ sınaq
xarakterli təkliflər irəli sürür;
Problemin
mahiyyətini
açıqlayır,
göstərişlər
verir,
təklifləri
qiymətləndirir, qərar qəbul edir (təmiz demokrat);
Məhdudiyyətlər qoyur və əməkdaşlardan xahiş edir ki, qərara gəlsinlər;
Tabeçilikdə olanlara “yuxarıların” qərar və göstərişlərinə heç bir
məhdudiyyət qoyulmadan icrasına imkan verir (tam liberal).
Bütün yuxarıda deyilənləri ümumiləşdirərək qeyd edilən rəhbərlik üslublarının
müqayisəli xarakteristikasını aşağıdakı sxemdə verək.