27
o Həmişə ciddi şəkildə gözlənilməli olan şərt-aksioma - bütün işlər üçün
müddətin müəyyən edilməsidir.
o Bütün qərarları öz vaxtında reallaşdırmaq lazımdır. Bu onların
səmərəliliyini təmin etməklə bərabər idarəetmə aparatındakı intizamı
təmin edir.
o Öz fikrini söyləyənə qədər tabeçilikdə olan işçilərin fikrini öyrənmək
lazımdır.
o Funksiyalar rəhbər tərəfindən tabeçilikdə olanlar arasında
dəqiq
bölüşdürülməlidir.
o Tabeçilikdə olanlara maksimum fəaliyyət azadlığı vermək və xırda
qəyyumluqdan əl çəkmək lazımdır.
o Rəhbər yalnız o işləri yerinə yetirməlidir ki, həmin işlər onun şəxsən
iştirakını tələb etsin. Rəhbər tabeçilikdə olanların
yerinə yetirə biləcəyi
işləri yerinə yetirməməlidir.
o Rəhbər öz üzərinə nə qədər çox iş götürürsə bir o qədər az
müvəffəqiyyət qazanır.
o Uzun –uzadı nitq söyləməkdən və danışıqlardan qaçmalı. Fikri qısa və
son dərəcə aydın şəkildə ifadə etməli.
o Nəzarət daima olmalıdır, lakin alçaldıcı və zəhlətökən olmamalıdır, o
işgüzar olmalıdır.
o Xırda çatışmamazlıqlardan dərhal yaxa qurtarmaq lazımdır, əks halda o
böyüyə bilər və ciddi problemə çevrilər.
o Bütün faydalı təşəbbüsləri hər cür həvəsləndirmək lazımdır. Bu
tabeçilikdə olanların fəaliyyətini yüksəldir və s.
Birinci dəfə rəhbərliyin üslub məsələlərinə K.Levim tərəfindən baxılıb.
Rəhbərlik üslubunun təsnifatının bir neçə tipi vardır. Ən çox yayılmış
tip özündə
aşağdakı 3 növü birləşdirir:
1) Direktiv (bunu çox vaxt avtoritar üslub adlandırırlar);
2) Demokratik;
28
3) Liberal.
Tarixən yaranmış və indiyə qədər praktikada ən geniş yayılmış rəhbərlik tipi
Dostları ilə paylaş: