22
Son nə
zarə
t– iş yerinə yetirildikdən sonra aparılır. Onun məqsədi gələcəkdə
səhvlərə yol verilməməsidir. Son nəzarətdə əks əlaqə iş yerinə yetirildikdən sonra,
cari nəzarətdə isə işin yerinə yetirilməsi gedişində həyata keçir. Son nəzarət düzəliş
etmək baxımından çox gec həyata keçir. Lakin onun iki mühüm funksiyası var:
- gələcəkdə anoloji işlərin yerinə yetirilməsi
nəzərdə tutulmuşdursa, son
nəzarət təşkilatın rəhbərliyinə planlaşdırma üçün zəruri olan informasiya
verir;
- motivasiya baxımından son nəzarət əhəmiyyət kəsb edir.
Yuxarıda qeyd etdiyimiz kimi, idarəetmə mexanizminin 3-cü ünsürü idarəetmə
metodlarıdır. İdarəetmə metodlarının təsnifatını verməzdən əvvəl bu anlayışa tərif
verək.
“Metod” yunan sözü olub, “tədqiqat üsulu” deməkdir. Metod –
istehsal
kollektivinə və ya onun hər hansı bir üzvünə məqsədyönlü təsir edilməsi vasitəsidir.
Anlayış etibarilə metod – fənd, üsul və ya hər hansı idarəetmə, insan fəaliyyətinin
fəndlərinin məcmusu, hər hansı məqsədə çatmaq imkanı, hər hansı
vəzifənin,
tapşırığın, sərəncamın, göstərişin, təlimatın həlli yolları və onların yerinə yetirilməsi
vasitəsidir.
İ
darəetmə metodu idarəetmə subyektinin idarəetmə sisteminin strateji və taktiki
məqsədlərinin praktik həyata keçirilməsi üzrə idarəetmə obyektinə təsir metodudur.
İ
darəetmə metodunun başlıca rolu və məqsədi idarəetmə prosesinin düzgün təşkilinə
şə
rait yaratmaq, qarşıya qoyulan məqsədə tam çatmaq üçün müasir texnikadan,
ə
məyin və istehsalın təşkilinin mütərəqqi formalarından
səmərəli istifadə etməkdən
ibarətdir. Bütün idarəetmə metodlarının əsas vəzifəsi istehsalın səmərəliliyini
yüksəltməkdə, idarəetmə komandalarının dürüst və vaxtında yerinə yetirilməsində
maraq və onu inkişaf etdirməkdir.
İ
darəetmədə bir çox metodlardan istifadə edilir
və onlar öz təbiətinə və
tərkibinə, məzmununa, fəaliyyət dairəsinə,
təsir meaxanizminə, ayrı-ayrı idarəetmə
münasibətlərinə, obyektinə, bilavasitə və dolayı təsirinə görə fərqlənirlər.
Bilavasitə (birbaşa) təsir metodları aşağıdakı kimi təsnifləşdirilir:
23
1. Mənəvi təsir metodları
a) siyasi tərbiyə
b)
sosial - psixoloji
2. Maddi təsir metodları
Dostları ilə paylaş: