AzTU
“Humanitar fənlər” kafedrası
Azərbaycan dilində işgüzar və akademik kommunikasiya
55
Nizami “Xosrov və Şirin” poemasında boş və mənasız sözlərdən uzaq olmağı,
söhbəti uzatmamağı, məclisdə az danışmağı, sözün yerini bilməyi, onu urvatdan
salmamağı tövsiyə edir. Şair təmkinlə danışmağı,
fikri az sözlə ifadə etməyi,
duzlu-məzəli atmacalarla, zarafatlarla məclisə təsir göstərməyi, dinləyicilərin
qəlbinə yol tapmağı ilkin şərt kimi irəli sürür.
İ.Nəsimi məharətli natiq kimi hürufilik təriqəti ideyalarını təbliğ etmək məqsədilə
müxtəlif ölkələrdə, Yaxın Şərqdə kütlələr qarşısında etdiyi çıxışlarında natiqlik
məharəti, nitqin kamilliyi və təsir qüvvəsi, nitqdə forma və məzmun vəhdətinin
gözlənilməsi haqqında fikir və mülahizələr söyləmiş, söz sənətinə yüksək qiymət
vermişdir. Ş.İ.Xətai həyatda sözün böyük təsir gücünə malik olduğuna inanır, sözü
ağıl və kamalın, bacarıq və istedadın güzgüsü adlandırırdı.
İraqda, Bağdad yaxınlığındakı Kərbala şəhərində doğulub boya-başa çatan və
burada da yaşayıb yaradan M.Füzuli (1494- 1556) ərəb və fars dillərində
mədrəsədə həm dini, həm də dünyəvi elmlərə dərindən bələd olmuş, əsərlərini də
ərəb, fars və ana dilində (Azərbaycan türk dilində) yazmışdır. Həmin dövrdə fars
dilində yazılan əsərlərin-qəzəllərin çoxluğunu, bu dili şeir, sənət dili, Hafizin,
Xəyyamın, Sədinin dili kimi başa düşüb həmin sənətkarların təsiri altında olanlar
bu dili nəzm üçün, xüsusən də qəzəl janrı üçün yeganə, əlçatmaz zirvə kimi mədh
edirdilər. Fars dilinə pərəstiş edib ana dilimizi qəzəl və iri həcmli əsərlər üçün
səviyyəsiz hesab edənlərə qarşı çıxan şair yazdığı saysız-hesabsız qəzəlləri və
“Leyli və Məcnun” poeması ilə sübut etdi ki, Azərbaycan dili insanın daxili
aləmini açmaqda, onun dərin hisslərini ifadə etməkdə elə yüksək zirvədədir ki,
yalnız həqiqi sənətkar qələmi ilə öz ecazkar qüdrətini göstərə bilər. Həqiqətən, dahi
şair dilimizin inkişafında bahar təbiətə xüsusi təravət, gözəllik gətirdiyi kimi,
Füzuli də şeirimizə, xüsusən qəzəl janrına misli görünməmiş bir ucalıq gətirdi ki,
hələ də bu ucalığı fəth edən ikinci bir sənətkar yoxdur.
XIX əsrin ikinci yarısında və XX əsrin əvvəllərində yaşamış şair, rəssam,
musiqişünas, xəttat, nəqqaş, maarifçi- pedaqoq kimi tanınan Mir Möhsün Nəvvab
danışıq mədəniyyəti haqqında bir sıra maraqlı fikirlər söyləmişdir. Onun
“Nəsihətnamə” əsərində (beş yüz nəsihət) belə tövsiyələr vardır: “Bacardıqca qısa
və mənalı danış,
əks halda, danışmasan yaxşıdır; Sözü deyən vaxt fikrini düzgün
AzTU
“Humanitar fənlər” kafedrası
Azərbaycan dilində işgüzar və akademik kommunikasiya
56
ifadə et; Bişirilməmiş söz danışma. Danışarkən özündən çıxma; Sözü çox uzadıb
tək- rar etmə ki, avamlığa dəlalət edər; Səndən bir söz soruşmasalar demə; O adam
ki, sənin məsləhətini eşitmir, nəsihət etmə; Məclisdə öz qədərindən artıq danışma,
Yoldaşlara da fürsət ver; Məclis əhli xahiş etsə, yenə danışa bilərsən”.
Respublikamızda ictimai-siyasi natiqliyin ən bariz nümunələrini xalqımıza
zəmanəmizin ən tanınmış, ən görkəmli siyasi xadimi ümummilli lider, ulu öndər
Heydər Əliyev (1923-2003) bəxş etmişdir. Dövlət xadimi gözəl danışığı ilə
hadisələrin mahiyyətini, qarşılıqlı əlaqəsini dəyərləndirdiyinə və insan hüquqlarını
düzgün qiymətləndirdiyinə görə daim xatırlanır. Dahi siyasətçi
həm siyasi, həm
hüquqi, həm də akademik natiqliyin sirlərinə məharətlə yiyələnmiş bir insan idi. O,
məruzə, nitq və çıxışlarında dilimiz, incəsənətimiz, mədəniyyətimiz və mədəniyyət
xadimlərimiz haqqında söylədiyi orijinal sözləri, deyimləri və fikirləri ilə bütün
gənclərimizə nümunə idi. Bu gün gənc nəsil, xüsusən tələbələrimiz müasir dünya
siyasətini və beynəlxalq hüququ Heydər Əliyev diplomatiyasından öyrənməli,
Azərbaycanı sevməyi və sevdirməyi bacarmalıdırlar. Onun natiqlik estafetini bu
gün prezident İlham Əliyev davam etdirir, Azərbaycanın uğurlarını səfər etdiyi
ölkələrdə, aparıcı
dövlətlərdə, BMT və ABŞ-da bir neçə dildə, o cümlədən
Azərbaycan, rus, ingilis və fransız dillərində dünya xalqlarına çatdırır.
Dostları ilə paylaş: