MiLLİ Dİl korpuslari və onlarin formalaşmasi priNSİPLƏRİ


Amerika ingiliscəsi və Noah Vebster



Yüklə 235,68 Kb.
səhifə28/41
tarix05.01.2022
ölçüsü235,68 Kb.
#111770
1   ...   24   25   26   27   28   29   30   31   ...   41
2.4. Amerika ingiliscəsi və Noah Vebster
Yəqin ki, Amerika ingiliscəsi dedikdə hər kəsin ağlına ilk öncə gələn ad Noah Vebster olur. Noah Vebster “İngilis dilinin Amerikan lüğəti”nin tərtibçisi və eyni zamanda Amerika ingiliscəsinin banisidir. O bu lüğətdə Britaniya və Amerika variantlarının fərqlərini qeyd etmişdir. Həmçinin, lüğətdə digər lüğətlərdə olmayan sözlər də yer almışdır. İlk dəfə N.Vebster öz lüğətində Amerika ingilis dilini yaradıb möhkəmlətmişdir. Bütün ingilisdilli ölkələrdə onun adı lüğət sözü ilə eynimənalı olmuşdur [52, s.55]. Bununla da N. Vebster nəinki Amerikan ingiliscəsi lüğətinin banisi, eyni zamanda amerika ingiliscəsinin də banisi kimi tanınmışdır. Bu lüğətin tərtibinə 27 il həsr olunmuşdur. Lüğət 2 cilddən ibarət olub 70.000 sözü özündə toplayırdı. Lüğətdə sözlərin amerikan variantlarının da yazılışı öz əksini tapmışdır.

Noah Vebster 1758-ci ildə Hartfordda dünyaya gəlmişdir. Məktəbi bitirdikdən sonra o, hüquqşünas olmaq qərarına gəldi. Ailə vəziyyətləri yaxşı olmağı üçün Noah dərhal buna nail ola bilmədi. O, ailə büdcəsinə gəlir gətirmək məqsədilə məktəbdə müəllimlik edir və vaxt tapdıqca hüquq kitabları oxuyurdu. 1779-1780-ci illərdə N.Vebster Amerika təhsil sistemindəki boşluqları aydın şəkildə görürdü. Köhnə təhsil metodları, köhnə dərsliklər İngiltərədən idxal olunurdu. Məktəblərdə Amerika dərslikləri mövcud deyildi. Noah Vebsterə isə yeni dərslik nəşr etdirməsi üçün çox vəsait tələb olunurdu. Onun bu arzusu yalnız illər sonra, hüquqşünas vəzifəsi aldıqdan sonra həyata keçdi. Kitabın ilk titul vərəqində, adının qarşısında doktor dərəcəsinin yazılması da onun üçün qürurverici bir hal idi. Amerika gənclərinin bəxtlərindən ilk illər hüquqşünas kimi onun az işləri olmurdu və o, bir neçə il öz müəllimlik fəaliyyətini davam etdirə bilmişdir. Uzun həyat fəaliyyəti boyunca Noah Vebster ölkəsinin dilinin mükəmməlləşdirilməsi üçün bir sıra qrammatik və leksik əsərlər yazmışdır. 1783-cü ildə onun 3 cildlik “A Grammatical Institute of English Language” kitabının ilk cildi, digər iki cildi isə 1784 və 1785-ci illərdə nəşr olunmuşdur. Kitabın ilk cildində Amerika standart tələffüzünün vacib xüsusiyyətlərini araşdırır. 1788-ci ildə bu kitab “The American Spelling Book” adı ilə əvəz olundu. Noah Vebster öz kitablarında bu fikri aşılayırdı: “Vulqarcasına düz olmaqdansa, mədəni yolla səhv olmaq daha yaxşıdır” [135, s.98]. O, standart Amerika dili dedikdə müxtəlif komitələrin parlaq üzvlərinin, özü kimi təhsilli insanların nitqini nəzərdə tuturdu. Noah öz kitabında (“Spelling Book”) təmamilə yerli dialektlərə qarşı çıxırdı: “Danışıq vərdişlərinin ümumi bir qanunu və bölgüləri olmalı deyil” fikrini irəli sürüdü [135, s.100].

1785-ci ildə N.Vebster bir sıra mühazirələrin müəllifi olmuşdur. Bu mühazirələr onun 1789-cu ildə nəşr olunmuş “Dissertations on the English Language” əsərinin əsasını təşkil etdi. Əsərin əsas məqsədi Birləşmiş Ştatlarda sözlərin istifadəsi və tələffüz fərqlərini üzə çıxarmaq idi. Mühazirələrini o, Virciniya, Portsmaus, Nyu Həmpşir, Villamsburq və sair bölgələrdə oxuyurdu. Vebster öz mühazirələrində razılaşırdı ki, yeni ölkə, yeni elmi fikirlər, Avropaya təmamilə məlum olmayan qəbilələrlə ünsiyyət, Amerika dilində yeni sözlərin meydana gəlməsi normal bir hadisədir. Sonda o, bunları söyləyirdi: “Bizim öz milli dilimizi yaratmaq üçün çox yaxşı imkanlarımız var. Gəlin hökumətimizi yaratdığımız kimi, milli dilimizi də yaradaq” [135, s.107].

Həyatının son 10 ilini N.Vebster elmə və təhsilə həsr etmişdir. 1800-cü ildə o, bütün dünyaya əlində Amerika dilinin lüğəti olduğunu elan etdi (Dictionary of American Language). Lüğətdə Amerika və Britaniya ingiliscələri arasında olan fərqlər qeyd olunmuşdur. Müasir dövrdə bu 2 dil arasında fərq getdikcə artdığına görə bu kimi lüğətlərin olması vacib sayılmaqdadır. Lüğətdə etimoloji xüsusiyyətləri, tələffüzü və yazılışı ilə 70.000 söz qeydə alınmışdır. Burada Britaniya ingiliscəsindən fərqlər də qeyd olunmuşdur. Məsələn, N.Vebster “travel” sözünün sonuna şəkilçi artırıldıqda sonuncu “l” hərfinin qoşalaşmamasını tövsiyyə edir (travel, traveling, traveler). Britaniya ingiliscəsində isə “l” hərfi qoşalaşır (tavel, travelling, traveler). Metal adını “aluminum” kimi vermiş, Brtitaniya ingiliscəsində isə “alumunium” kimi istifadə olunur. Hər iki forma bir vaxtlar İngiltərədə istifadə olunurdu. Lakin Amerikalılar bu metalı Noah Vebsterin “American Dictionary” lüğətində qeyd etdiyi kimi- “aluminum” adlandırırdılar.

1841-ci ildə N.Vebster lüğətin ikinci cildinin nəşr olunması üçün Hartforddakı evini satır. Onun ölümündən sonra isə G. Merriam lüğətin hüquqlarını alaraq bugünkü günə qədər nəşr etdirir [135, s.121].

Amerika ingiliscəsinə bir çox dillər təsir göstərmişdir. Hind dillərindən, ispan dilindən, rus və s. dillərdən bu dilə bir çox elementlər keçmişdir. Məsələn, “canoe, moccasin, ranch, sombrero” və s.

Amerikada ingilis dilinin əsaslı kök salmasından əvvəl ispan və portuqal dilləri vasitəsilə çox sayda hind mənşəli sözlər (Indian words) –Azteklərin dilləri- İngiltərənin dilinə təsir etmişdir. Bir çox hind tayfalarının adları hal-hazırda ABŞ-da onomastik vahidlərdir. Məsələn, “Iowa, Kansas, Michigan” və s. (hind qəbilələrinin adları) Bu sözlərin bəziləri Avropa dillərində də kök salmışdır. Yeni dünyadan Avropaya gələn sözlər zəngin ekzotik xüsusiyyətə malik idilər. Bu da Amerikada işlənən dil və qonşu ölkələrin dillərinin qarışması ilə izah olunur. Məsələn, “potato, tomato, chocolate, cocoa, cannibal, maize, savannah” və s. Bu sözlər hazırda adi sözlər hesab olunsalar belə, əvvəllər ingilislər, Avropalılar üçün yeni sözlər hesab olunurdu. Məsələn, “barbeque” sözü Britaniya ingilis dilində yarananda artıq Amerikada az-çox istifadə olunur və tanınırdı.

Amerikaya ayaq basan avropalılar üçün bu ölkənin ağacları, bitkiləri, coğrafiyası, təbiəti və heyvanat aləmi onların bildikləri və gördüklərindən təmamilə fərqli idi. İnsanlar yeni bir şey gördükləri halda “what is it?” sualını verir və yerli əhali ilk öncə böyük məmnuniyyətlə bu suala cavab verirdi. Bəzən yeni sözlərin tələffüzü çətin olduqda və ya yeni tanış olduqları sözün adını söyləyə bilən yerli sakin tapmadıqları halda avropalılar əşyalara özləri ad qoyurdular. Öz ölkələrində istifadə olunan sözlərlə sintez yaradaraq yeni adlar yaradırdılar. Məsələn, “bullfrog, jimson weed” (orijinalda “Jamestown weed”) və s.

Fərqli dialektləri mövcud olan Amerika hind dilinə gəldikdə isə məsələ çətinləşir. Məhz bu dialektlərdə danışan insanlar ilk dəfə ingilis xalqını Virciniya və Massaçutsetsdə qarşılamışdılar. 1608-ci ildə kapitan Con Smit öz əlyazmalarında ilk dəfə yeni torpaqlara ayaq basdıqda eşitdiyi sözün “raccoon” olduğunu qeyd etmişdir. Bəzən o, bu sözü “raugroughun” sonralar isə, 1624-cü ildə özünün “General History of Virginia, New England and Summer Isles” əsərində bu sözü “rawrowcun” kimi vermişdir [135, s.31].

Digər hindlilərin dilindən alınma sözlər ərzaq, adət-ənənənə və sair mövzulara aiddir: “homony, pone, moccasin, totem, caucus (perhaps)” və s.

Noah Vebsterə görə “Jonnycake” sözünün etimologiyası orijinal “journey cake” sözünə dayanır. Onun fikrincə, bu bir kəsin səyahətə gedən zaman yediyi bir kökə növü idi. Digər bir fərziyyəyə görə bu söz “Shawnee cake” sözünün qısaldılması kimi istifadə olunurdu (Shawnee hindlilərin (Shawnee Indians) yedikləri kökə) [121, s.320]. Hal-hazırda bu söz Karolinasın şərq bölgələrində qarğıdalı unundan hazırlanmış kökənin adıdır. Hind mənşəli digər sözlər də “Amerikan İngilis Dilinin Lüğəti”nə daxil olmuşdur:

Tuckahoe”- Virciniyada kasıb ağ adam

Samp”- qarğıdalı sıyığı

Mugwump”- dahi adam

Bəzi erkən amerikanizmlər hind söz və ifadələrin tərcüməsi hesab edilir: məsələn, “pale face, warpaint, pipe of peace, medicine man, big chief, firewater” və s. Adətən, hindlilər 2 sözü birləşmə şəklində işlədirdilər: indian summer, indian meal, indian file və s. Amerika ingilis dilinin lüğətində (The Dictionary of American English) bu sözlərin siyahısı verilmişdir.

1812-ci il müharibə şəraiti Amerikada amerikanizmlərin yaranmasına şərait yaratdı. Həmin dövrün tarixi, yaşayış standartı, siyasət, elm və sair bir sıra amerikanizmlərin yaranmasının əsasını qoydu. M. Metyu (M. Mathew) özünün “Dictionary of Americanisms” lüğətində amerikanizmləri yarandıqları illəri ilə qeyd etmişdir:

Cocktail (1806)


Yüklə 235,68 Kb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin