MiLLİ Dİl korpuslari və onlarin formalaşmasi priNSİPLƏRİ



Yüklə 235,68 Kb.
səhifə25/41
tarix05.01.2022
ölçüsü235,68 Kb.
#111770
1   ...   21   22   23   24   25   26   27   28   ...   41
Keytnes (Caithness)

  • Neyru (Nairu), Elcin (Elgin), Aberdin

  • Şərqi Forfar, Kinkardayn (Kincardine)

  • Qərbi Forfar, Pert (Perth)bölgəsinin əksər hissəsi və Sterlinq

  • Cənubi Ayer (Ayr), qərbi Damfriz, Viqton

  • Cənub-şərqi Arcail, Şimali Ayr, Lanark

  • Kinross Klakmennan, Linlitqou, Piblz

  • Şərqi Damfriz, Roksburq” [159]

    U.Qrand (W.Grant) dialekti yalnız 3 qrupa- şimali, mərkəzi və cənubi qruplara ayırır və hər bir qrupu isə altqruplara bölür [72, s.10].

    Fikrimizcə, müasir şotland dialektini aşağıdakı qruplara bölmək olar: mərkəzi, cənubi, şimali və ada qrupları.

    Dialektlərin tərkibində dil tarixinin müxtəlif dövrlərini əhatə edən terminlər və sözlər qorunub saxlanılmaqdadır. Cənubi Şotlandiyada [w] səsi çox tez-tez istifadə olunur. Məsələn, “old [wol], oak [wok], hot [wot]” və s və ya əksinə, sait hərfdən əvvəl [w] əvəzinə [h] səslənir: “wood [hood], woman [human]” və s. Orkney və Şetlənd bölgələrində sözlərin sonunda gələn [Ө] - [t] kimi tələffüz olunur: “lath [lat], length [lent]” və s. Cənubi Şotlandiya və Şetlənd adalarında [s] sözün ortasında [ S] ilə əzəvlənə bilər: “poison” [puSn] və s. Göstərilən nümunələrdən demək olar ki, ədəbi dildə istifadə olunmayan səslər şotland dialektlərində istifadə oluna və ya ədəbi dildə istifadə olunan səslər şotland dialektlərində istifadə olunmaya bilər [72, s.20].

    Leksik xüsusiyyətlərə gəldikdə, ilk növbədə qeyd etmək lazımdır ki, Şotland yazılı dilində mövcud olan ifadələr ingilis dili tarixinin öyrənilməsində çox mühüm əhəmiyyət daşıyır. Şotlandizmlərin analizi zamanı aydın olur ki, onlar müəyyən zaman müddətində ingilis dilinin lüğət fondunda olmuş, sonra istifadədən çıxmışdır. Lakin hələ də şotland dialektlərində yaşayan bir çox sözlərin olduğunu görə bilərik. Eyni zamanda şotland dialektlərində heç bir skandinav mənşəli sözə rast gəlmək olmur. Bu da skandinav ölkələri ilə heç bir əlaqənin qurulmadığını sübuta yetirir.

    Şotlandiya ingiliscəsinin sait sistemi İngiltərə ingiliscəsindən, demək olar ki, çox fərqlənir. Sait sistemində aşağıdakılar müşahidə edilir:

    1. Şotland ingiliscəsinin ən çox yayılmış tələffüz xüsusiyyətlərindən biri də [eı] diftonqu əvəzinə standart ingilis dilində olmayan [e:] səsinin tələffüz olunmasıdır. Məsələn: “It is a great shame but I have no time today.” [ ıt ız ə gre:t Se:m bət aı həv no: taım təde:]

    2. Şotland ingiliscəsində monoftonqlar diftonqlaşmır, yəni diftonqa çevrilmir.

    3. RP-də [au] diftonqu ilə tələffüz olunan [haus]-“house” sözü Şotlandiyanın bəzi yerlərində [u:] kimi - [hu:s] tələffüz olunur. Edinburq, Qlazqo aksentlərində “coat [kot], cough [kof]” kimi tələffüz olunur. [ou] diftonqu əvəzinə [o] monoftonqu işlənir. Məsələn, “home [hom], bone [bon]” və s.

    Şotland ləhcəsini əsas göstərən xüsusiyyət [r] səsinin işlənməsidir. Bundan savayı şotlandlar nitqlərində çox sayda regional söz və ifadələr işlədirlər. Bəzən ədəbiyyatlarda şotland ruhunu oxucuya ötürmək üçün bu kimi sözlərdən istifadə edilir: “yes” əvəzinə “aye”, “little” əvəzinə “wee”, “I don’t know” əvəzinə “I dinna ken”, “man” əvəzinə “mon”, “girl” əvəzinə “lassie”, “you” əvəzinə “ye” işlədirlər. Bəzən Şotland ləhcəsi ingilis xalqı üçün anlaşılmaz olur.

    Şotlandiyanın dağlıq və şimal ərazilərində insanların doğma dilləri hələ də qael dilidir. Bu, standart “Scots” dialekti kimi qəbul olunmuşdur və hətta reformasiya dövrünə qədər ədəbiyyat və sarayda istifadə olunmuşdur. Sonra tədricən ingilis dili onu sıxışdırmışdır. Bəzi yazıçı və şairlər bu doğma dili öz əsərlərində yaşadırlar (R. Berns). Hal- hazırda Şotlandiyada təhsilli insanlar ingilis dilinin qrammatik və leksik normalarını pozmayan şotland dialektində danışırlar. Eyni zamanda qeyd etmək lazımdır ki, bəzi şotland dialektləri radikalcasına ingilis dilindən fərqlənir. Bu isə RP-də danışan insanların bu dili anlamasında çətinlik yaradır. Hal-hazırda Şotlandiyada şotland dilinin yenidən inkişafı üçün hərəkatlar gedir. Qeyd etməliyik ki, ingilis dilinin şotland variantı əvvəlki kimi nüfuzlu hesab olunur və hələ də ingilis dilinin milli variantı hesab olunur.

    Odur ki, dilin bu xüsusiyyətlərini bilmədən tərcümə etmək olduqca çətindir və bu xüsusiyyətləri bilmək, onlar haqda məlumatlı olmaq əhəmiyyətlidir.

    İrlandiya ingiliscəsinə gəldikdə isə, o, Amerika və digərlərindən fərqləndiyinə görə, onun milli korpusu bu dilin materialları əsasında qurulmalıdır. Qeyd olunan cəhət İrlandiya ingiliscəsinin spesifik xüsusiyyətlərini aydınlaşdırmağı tələb edir. Qədim dövrlərdə İrlandiya hələ yunanlara məxsus idi. XVII-XVIII əsrlərdə İrlandiya İngiltərənin müstəmləkəsinə çevrildi. İrlandiya konstitusiyasına görə, ölkədə əsas dil irland dili hesab edilir. Son illər İrlandiyada ikinci dil sayılan ingilis dili əslində irlandlar üçün əsas dildir. İrlandiyada dil məsələsi hər zaman adadakı siyasi vəziyyətdən asılı olmamışdır. VI əsrdə irlandlar öz dillərini gücləndirmişdilər. Həmin dövrdə irland dili eyni zamanda Şotlandiyanın şimalına da yayılmışdır. VIII əsrdə vikinqlər adaya hücüm etdikdə onlar irland dilini öyrənməyə çalışırdılar. [74, s.100]

    Bir neçə əsr sonra ingilis və fransız dilində danışan anqlo-normanların İrlandiyaya gəlişi onların həm həyat tərzlərinə, həm də dillərinə çox böyük təsir göstərmişdir. Müasir dövrdə İrlandiyada bir çox sözlərin etimologiyası anqlo-norman dilinə əsaslanır.

    Zaman keçdikcə normanların İrlandiyanı zəbt etmələrindən sonra ingilis dilində yalnız Dublin ətrafı ərazilərdə danışılırdı. Bu ərazilər ingilislər tərəfindən idarə olunur və ərazi “beyond the pale” adlanırdı [74, s.102].

    XVIII əsrin ortalarında İrlandiyada yüksək təbəqədən olan insanlar özlərini hakim sinfə yaxın tutmağa çalışırdılar. Onlar öz uşaqlarını ölkədə yaxşı yaşamaq və irəli getməkdən ötrü ingilis dili öyrənmələrinə məcbur edirdilər. Ölkədə katolik olmaq qədər ingilis dilini bilmək də çox vacib sayılırdı [74, s.121].

    XIX əsrin əvvəllərində İrlandiyada məktəb sistemi mövcud deyildi. Dərslər irland dilində keçilsə belə, danışıq ingilis dilində aparılırdı. 1831-ci il təhsil islahatından sonra 1871-ci ilə qədər İrlandiyada məktəblərdə irland dili qadağan olunmuş, yalnız ingilis dilindən istifadə edilmişdir. Uşaqlar məktəbə gedərkən boyunlarından lövhə asır və hər səsləndirdiyi irland sözünə görə lövhə üzərində müəllim tərəfindən günün sonuna qədər tənbehlər qeyd olunurdu. Valideyinlər isə bu sistemin lehinə idilər, çünki onlar uşaqlarının tezliklə ingilis dilinə yiyələnmələrini arzulayırdılar [85, s.8]. Bundan savayı insanların ingilis dilini öyrənmələri üçün şəxsi motivasiyaları da var idi. İngilis dilini öyrənməklə onlar ya ABŞ, ya da Avropa ölkələrinə köçməyi arzulayırdılar.

    İrlandların nitqi ritm və melodiya baxımından fərqlənir, məsələn, təsdiq cümləsi İrlandiyada sual cümləsi kimi qəbul edilə bilər. İrlandlar “man” əzəvinə “boyo”, “you see” əvəzinə “look you” işlədirlər.

    Əsrin ortaraında İrlandiyada, demək olar ki, hər kəs irland dilində danışırdı. Hal-hazırda irland dilinin daşıyıcılarının sayı məhduddur. Əsasən kənd əhalisi bu dildə danışır. İndi bütün İrlandiyada ingilis dili dominantdır.

    Mərkəzi Belfast olmaqla adanın şimal hissəsində işlənən ingilis dilinin kökü şotland dilinə əsaslanır, çünki, buraya əhalinin böyük əksəriyyəti Şotlandiyanın cənub-qərb hissəsindən gəlmişdir.

    Müasir şimali İrlandiyadan danışarkən qeyd etmək lazımdır ki, burada işlənən ingilis dili birköklü sayılmır. Şimal hissədəki ərazilər hələ də şotlandların təsirinə məruz qalır. Əlbəttə, bu dil fərqləri İrlandiya hökumətinə və şimali İrlandiyanın siyasi bölümünə təsir etmir. Burada cənubda şimal dialektində, şimalda isə cənub dialektində danışan insanlara rast gəlmək olar.

    İrlandiya dialektinin ən başlıca xüsusiyyəti [r] səsinin bütün sözlərdə tələffüz edilməsidir. Məsələn, “farm [fa:rm]”- ferma. Digər bir xüsusiyyət hal-hazıra qədər ea birləşməsinin [eı] diftonqu kimi tələffüz olunmasıdır. Məsələn, “tea [teı], sea [seı]” və s. Halbuki, standart ingilis dilində bu sözlər [ı:] səsi ilə tələffüz olunur. İrlandiya dialektində oi diqrafı standart ingilis dilindən fərqli olaraq [aı] səsini verir. Məsələn: standart dildə - “join [ʤoın], oil [oıl]”; İrlandiya dialektində- “join [ʤaın], oil [aıl]”.

    İrlandiya ingiliscəsi standart Britaniya ingiliscəsindən fərqli olaraq təkcə tələffüz etibarılə deyil, morfoloji nöqteyi nəzərdən fərqlənir. Məsələn:

    İrlandiya aksenti: “I’d after doing.” - Mən onu etdim.

    Standart dil: “I’ve done it.”

    Irlandiya aksenti: “I’d just after having my dinner.” – Mən indicə nahar etdim.

    Standart dil: “I’d just had my dinner.”

    İrlandiya danışıq dilində “it is” əvəzinə “tis”, “it was” əvəzinə “twas” işlədilir. İrlandiya kiçik ölkə olsa da onun xalqı öz dili haqqında fəxrlə danışır. Tanınmış İrland yazıçısı Bernard Şou yazırdı: “İngilis dilini, yəqin ki, irlandiyalı yazmış olmalıdır” [97, s.98].

    Şimali İrlandiyanın çox hissəsində yaşayanlar Olistrdən gəldikləri üçün onların danışıq tərzi də həm cənub, həm də şimal ingilis aksentini özündə cəmləşdirir.

    RP-də [u] səsi ilə tələffüz olunan bəzi sözlər Belfastda [o] yaxud [ʌ] kimi işlənir: “wood” [wod, wʌd]. “Do”-nun keçmiş zamanı “done” [dʌn] kimi, “come”- ın keçmiş zamanı [kʌm] kimi işlənir.

    İrland dilinin uzun müddət ayaqda durmağa cəhd etməsinə baxmayaraq yalnız Qeltaxt rayonu əhalisi üçün ana dili olaraq qalmaqdadır. İrlandiya, demək olar ki, yeganə ölkədir ki, orada birinci rəsmi dil hesab edilən dildə çox az əhali danışmaqdadır [85, s.4].

    Sözsüz ki, İrland ləhcəsində işlənən leksik vahidlər öz xüsusiyyətləri və nümunələri ilə birlikdə Böyük Britaniya ingiliscəsinin korpusunda yer almışlar.


    Yüklə 235,68 Kb.

    Dostları ilə paylaş:
  • 1   ...   21   22   23   24   25   26   27   28   ...   41




    Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
    rəhbərliyinə müraciət

    gir | qeydiyyatdan keç
        Ana səhifə


    yükləyin