2.2. Böyük Britaniya ingiliscəsi və onun korpusları
İngilis dili Böyük Britaniyada rəsmi dildir. Britaniyalılar bu dildə danışır və bu dili anlayır. Böyük Britaniyanın hər 4 ölkəsində (İngiltərə, Şotlandiya, Uels, İrlandiya) danışılan ingilis dilinin özünəməxsus xüsusiyyətləri vardır. Hər bir ölkənin ingiliscəsi bir-birindən fərqlənir. Böyük Britaniya dialektləri Amerika dialektlərindən sayca daha çoxdur.
İngiltərə ingiliscəsini aşağıdakı qruplara bölmək olar:
“1) Cənub ləhcəsi ( Greater London, Cockney, Essex, Buckinghamshire, Kent)
2) Şərqi İngiltərə ləhcəsi ( Lincolnshire, Cambridgeshire, Bedfordshire)
3) Cənub-qərbi ləhcəsi ( Avon, Somerset)
4) Şimal ləhcəsi ( Northumberland, Durham, Cleveland)
5) Yorkşir ləhcəsi
6) Şimal-qərbi ləhcəsi ( Lancashire, Cherishire)
7) Qərbi Midlənd ləhcəsi ( Birmingham)” [159]
Uzun müddət qəbul edilirdi ki, RP sosial variantdır və ingilis əhalisinin yuxarı təbəqəsinin ləhcəsidir. XIX əsrdə qəbul olunmuş “received” sözü ədəbi dil anlayışı kimi qəbul edilirdi. Əsasən aristokrat təbəqənin danışdığı dil nəzərdə tutulurdu. Sonralar bu anlam “kralların ingilis dili” kimi təbliğ olunmağa başladı. Məktəblərdə və dövlət müəssisələrində işlənən dilə çevrildi. Təhsilin inkişaf etməsi ilə yuxarı təbəqəyə aid olmayan adamlar da öz ləhcələrini sosial standartla uyğunlaşdırmağa çalışırdılar.
Biz RP-nin Britaniya daxilində regionsuz (heç bir regiona aid olmayan) bir ləhcə kimi qəbul etməliyik, çünki, bir şəxs bu ləhcədə danışdıqda biz onun hansı bölgədən olduğunu anlaya bilmərik. Bunu da qeyd etməliyik ki, İngiltərənin yalnız 3-5 %-i RP-də danışır. Britaniya fonetistləri A.Girnson, P.Tradgil RP-nin homogen olmadığını qeyd edirlər. Onlar RP-nin 3 tipini müəyyən edir: “I tip - konservativ tip: yaşlı təbəqənin işlətdiyi dil, II tip - ənənəvi tip: müəyyən sosial qruplar və sahələrin işlətdiyi dil, və III tip - ümumi tip: ən sadə işlənən dil” [136] .
İngiltərə ingiliscəsi ənənəvi olaraq fonetik və qrammatik işlənmə xüsusiyyətləri etibarilə yuxarı təbəqəyə aid olduğu üçün standart hesab edilir. Londonun kokni dialekti İngiltərənin ən təmiz sosial-məhəlli dialekti sayılmaqdadır. Bu dialekt XVII-XIX əsrlərdə London ərazisindən kənara da yayılmağa başlamışdır. Beləliklə, kokni dialekti öz məhəlli xüsusiyyətlərini dəyişmişdir [8, s.25]. Aşağıda verilmiş cümlədə RP-də və kokni ingiliscəsindəki fərqə diqqət yetirək:
“RP- Go straight away to the railway station and I’d like to go Cambridge today.
Kokni- Gow strite awaye to the rilwaye stytion and loik to gow to Kimbriage todie.
Tərcüməsi: Düz get dəmiryol vağzalına, mən isə bu gün Kembricə getmək istəyirəm” [8, s.25].
Kokni dialektinin xarakterik xüsusiyyətlərindən biri də qoşa işlənən 2 sözdən birində [ h] səsinin düşməsi və digərinə əlavə olunmasıdır. Məsələn:
“Up the hill”- dağ yuxarı
Koknidə - “hup the ill”
1978-ci ildə ingilis pul vahidini dəyişdikdə kokni dialektindən “boo”- “şilling” mənasında və “tanker”- “sikspens” sözləri ingilis dilinə daxil oldu və bu sözlər həmin tələffüzdə hazırda da ingilis dilndə işlənməkdədir.
Kokni dialektindən müxtəlif sözlər də götürülmüşdür. Məsələn, “apples and pears” (alma və armudlar), “stairs” (nərdivan). İngiltərədə alma və armud yığmaq üçün nərdivan istifadə edərmişlər. Odur ki, nərdivan sözü əzəvinə alma-armud sözləri işlədirlər, onun da nə demək olduğunu başa düşürlər. Qeyd edək ki, XIX əsrin tanınmış yazıçısı Ç. Dikkens kokni dialektindən istifadə edərək “Pikvik Sənədləri” əsərini yazmışdır.
Koknidən sonra İngiltərənin ən böyük dialekti cənub –qərb dialektidir ki, o dövrün görkəmli yazıçısı Tomas Dekkerin “Şöhrət bazarı” (“Vanity fair”) əsərinin baş qəhrəmanı Pit Krouley bu dialektdə danışır. Cənub-qərb danışığının əsas xüsusiyyəti [s] və [f] səslərinin cingiltili tələffüz olunmasıdır. Məsələn: Six [ ziks]; Father [vʌðə].
Ingiltərənin ən çox tanınmış dialektlərindən biri də şimal dialektidir. Dövrün məşhur yazıçısı Elizabet Qaksel “Meri Barton” romanını bu danışıq formasında yazmışdır. Burada fonetika nəzərə çarpacaq dərəcədə RP-də standart ingilis dilindədir. Bəzi sözlərin qısa [ʌ] əvəzinə qalın [u] səsi kimi tələffüz olunması özünü göstərir. Məsələn: “sun [sun], cup [kup] , love [luv] ; Thank you very much. [muʧ]”.
Şimal danışıq tərzinin başqa bir fonetik xüsusiyyəti [ei] diftonqunun qısa tələffüz olunmasıdır. Məsələn: “paper [pepə], make [mek]”.
Qeyd edək ki, cənubi İngiltərədə “branch” sözü uzun [a:] səsi ilə oxunduğu halda şimali İngiltərədə [brᴂnʧ] kimi oxunur. Əlbəttə ki, bu tələffüz formaları məktəblərdə tədris olunmur, lakin, danışıq dilində bu formalara rast gəlirik.
Regional aksentlərdən danışarkən ən maraqlı məqamlardan biri İngiltərənin şimalında və Midlənd ərazisində [˄] səsi ilə tələffüz olunmalı bütün sözlərin [u] səsi ilə tələffüz olunmasıdır. Hamıya məlum olan elə sözlər var ki, İngiltərənin cənub hissəsində [ʌ] səsi ilə tələffüz olunduğu halda, şimali İngiltərədə [o] səsi ilə tələffüz olunur. Məsələn: cənubi İngiltərədə “one” [wʌn], “tongue” [tʌɳ] olduğu halda, şimali İngiltərədə [on], [toɳ] kimi tələffüz edilir. Qərb ərazisində və Uelsdə bəzi sözlərdə (room, roof, food, tooth) uzun [u:] səsi çox zaman [o] kimi tələffüz edilir: RP- “put, but, butter, another”; Şimali İngiltərədə - [put], [bʌt], [bʌtə], [ənʌðə]; Cənubi İngiltərədə- [pot], [bot], [botə], [ənoðə].
Bəzi alınma sözlər, məsələn, “banana”, “tomato” və s. cənubi, şərqi və şimali İngiltərədə [ᴂ] səsi ilə [bənᴂnə], [təmᴂtə] kimi tələffüz olunduğu halda, başqa əyalətlərdə [bənʌnə], [təma:tə] kimi tələffüz olunur [8, s.86].
İngiltərədə geniş ərazidə, məsələn, Essen, Kembric və Pitsburq şəhərlərində [j] səsi danışıq dilində tələffüz edilmir. Məsələn, “pew [pu:], beauty [bu:ti], music [mu:zik]”.
Şotlandiya ingiliscəsinin də maraqlı xüsusiyyətləri vardır. Şotlandiya ingiliscəsinin özünün normal ədəbi forması və zəngin söz xəzinəsi var. Bu da onu qəbul olunmuş standart ingilis dilinin bir hissəsi olmaq təhlükəsindən uzaqlaşdırır. Şotlandiya qədim Kelt ərazisidir. Şotlandiya ingiliscəsinin kökü şimali ingiliscədir. XV-XVI əsrlər Şotlandiya ingiliscəsinin çiçəklənən dövrüdür. Sonrakı dövrdə islahat, renesans dövründə cənub ingiliscəsi inkişaf edərək Şotlandiya ingiliscəsinə təsir etməyə başladı. XVIII əsr Şotlandiya ingiliscəsi böyük təsirlərə dözərək öz əbədi dil səviyyəsini saxlaya bilmiş və dünyaya Alen Ramsey, Robert Forqusen və Robert Berns kimi yazıçıları bəxş etmişdir. Hazırda Şotlandiya ingiliscəsi tələffüzü nəzərə alınmazsa standart ingilis dili ilə eynidir.
Dilçilərin şotland dilinə olan münasibətləri fərqlidir. Bəziləri onu ingilis dilinin dialekti, digərləri isə sərbəst dil hesab edirlər. Məlum olduğu kimi, şotland dili Şotlandiyanı zəbt etmiş anqlo-saksonların dili olmuşdur. Buna görə də britaniyalı alimlər, məsələn, P. Tradcil və digərləri şotland dilini ingilis dilinin bir variantı hesab edirlər [136, s.48]. Şotland dilində yazılmış ilk əsər Barburun “Bryus” (Barbour, “Bruce”) poeması hesab edilir.
A.Ellis şotlandiya dialektlərini yerləşmələrindən asılı olaraq 9 qrupa ayırır:
“1. Şetlənd və Orkney adaları
Dostları ilə paylaş: |