Forty- niner- qızıl axtaran
Coach – passajir vaqonu
Bum- avara, sərsəm
Slush money- rüşvət” [89, s.65]
XX əsrin əvvəllərində ABŞ-da iqtisadi və texnoloji inkişaf dövrü idi. Bu dövr amerikanizmlərin artması ilə seçilir:
“Apartment (Am) - flat (Br)
Homely (Am) – ugly (Br)
Baggage (Am) – luggage (Br)
Fall (Am) – autumn (Br)
Vacation (Am) – holiday (Br)
Elevator ( Am) – lift ( Br)” [89, s.67]
Yaşayış tempinin yüksəlməsi, kompüter texnologiyasının inkişafı, informasiya mübadiləsinin artması insanlar üçün daha lakonik sözlərin yaranması vacibliyini artırdı. Əsasən siyasi dilçilikdə qısalmış sözlər özünü daha çox biruzə verirdi:
“CIT- Central İntelligence Agency
H-bomb- Hydrogen bomb”
Bunlardan savayı müasir gənclərin istifadə etdikləri slenqlər də dilə yeni sözlər gətirmişdir: “dopehead”- narkoman, “greens”- pul, “cool”- əla.
Beləcə tarixi faktorlar və yaşayış tərzi dilin lüğət fondunda özünü biruzə verir. Bu gün Amerika və Britaniya ingiliscəsi arasında qrammatik fərqlər daha çox nəzərə çarpır. Eyni söz hər iki ölkədə fərqli mənalar verə bilir. Əslində isə Britaniya və Amerikada istifadə olunan dil materialının əsas hissəsinin (həmçinin qrammatik hissəsinin) ümumi cəhətləri çoxdur. Məhz elə bu da iki dilin fərqli dillər olması ideyasının qəbuluna imkan vermir [51, s.122].
Amerikalıların sözləri qısaltma meylləri vardır. Bu da ingilislərin amerikalılara qarşı olan narazılıqlarının əsas səbəblərindən biridir. Bəzi belə fərqlərə nəzər salaq. Məsələn, amerikalılar “present perfect” (indiki bitmiş zaman) əvəzinə “past simple” işlədirlər. “Perfect” zamanlardan imtina amerikalıların danışıq dilində adi bir şeyə çevrilmışdir:
“I’ve lost the keys. (Br)
I lost the keys. (Am)
Have you seen my new dress? (Br)
Did you see my new dress? (Am)” [114, s.32].
“Already, just, yet” kimi zaman zərfləri ilə ingilis dilində “perfect” zamanla işləndiyi halda amerikalılar “simple” zamanla işlədirlər:
“She’s just arrived home. (Br)
She just arrived home. (Am)
I’ve already eaten. (Br)
I already ate. (Am)” [114, s.32]
Bu qayda tədricən Britaniya ingiliscəsinə də keçir. Gələcək zamanda birinci şəxsin təkində və cəmində işlənən “shall” (I shall) Amerikan ingiliscəsində təmamilə silinmişdir. Bu hal tədricən Britaniya ingiliscəsində də özünü göstərir. Bununla belə, Britaniya dilində hələ də işlənməkdədir [84, s.10].
Bir insan öz xoşladığı bir şey haqqında danışarkən Britaniya ingiliscəsində “gerund”, amerikan ingiliscəsində isə “infinitive” işlədir:
“I like climbing mountains. (Br)
I like to climb mountains. (Am)” [98, s.69].
Bəzi sözlər vardır ki, onlar Britaniya ingilscəsində həmişə təkdə işləndikləri halda Amerikan ingiliscəsində cəmdə də işlədilə bilirlər:
“Accommodation (Br) Sport (Br)
Accommodations (Am) Sports (Am)” [45, s.120].
Yalnız amerikan ingiliscəsində “way” sözü öz mənasını aşaraq “daha”, “uzaq”, “çox uzaq” mənasını verə bilir:
“There are ahead of us, way ahead” (Onlar bizdən irəlidədirlər, çox irəlidə).
“I feel way better today” (Bu gün özümü daha yaxşı hiss edirəm) [64, s.71].
Fərq özünü önlük və artikllarda da göstərir. Ümumiyyətlə, britaniyalılar önlüklərdən fəal istifadə etdikləri halda, amerikalılar onlardan istifadə etmirlər:
“Is he at home? (Br)
Is he home? (Am)
I’ll see you on Suday. (Br)
I’ll see you Sunday. (Am)”
Eyni fikri artikllar haqqında da söyləmək olar:
“All the weekend. (Br)
All weekend. (Am)” [98, s.69]
Bəzən isə, əksinə, britaniyalılar artikl işlətmədikləri sözlərdə amerikalılar artikl istifadə edirlər:
“To hospital. (Br) In future (Br)
To the hospital. (Am) In the future (Am)” [98, s.69]
Britaniyalılar “toothache”, “backache”, “headache” kimi isimləri artiklsız işlətdikləri halada amerikalılar artiklla işlədirlər:
“I’ve got headache. (Br)
I’ve got a headache. (Am)” [98, s.69]
Britaniyalılar zaman zərflərini köməkçi feldən sonra işlətdikləri halda amerikalılar şəxs əvəzliyi ilə köməkçi fel arasında işlədirlər:
“I seldom am late for work. (Am)
I am seldom late for work. (Br)” [98, s.69]
“Slow, real, awful” kimi sifətlər amerikan ingiliscəsində sifət kimi, britaniya ingiliscəsində isə -ly şəkilçisi ilə zərf kimi işlənir:
“To drive slowly. (Br) Really nice. (Br)
To drive slow. (Am) Real nice. (Am)” [84, s.10]
Yalnız Amerikan ingiliscəsində “still” və “yet” kimi sözlər “hələ də”, “belə ki”, “baxmayaraq ki” kimi tərcümə edilə bilər:
“She has many friends, still she feels lonely” [45, s.120].
Onun çoxlu dostları olmasına baxmayaraq o, özünü tənha hiss edir.
Britaniya ingiliscəsində defislə yazılan bəzi mürəkkəb sözlər Amerika ingiliscəsində defissiz yazılır:
“Break-down - breakdown
Make-up - makeup
Blow-up - blowup”
Britaniya ingiliscəsində yiyəlik hal şəkilçisi işləndiyi halda Amerika ingiliscəsində isim+ isim istifadə etməyi üstün tuturlar.
“A doll’s house - a doll house
A baby’s bottle - a baby bottle” [98, s.70]
“I wish” ifadəsindən sonra cümlənin ikinci tərəfində amerikalılar “were” əvəzinə “was” işlədirlər:
“I wish she were here. (Br)
I wish she was here. (Am)” [98, s.70]
Britaniya ingiliscəsində fellə işlənən söz birləşmələrində sözönü işləndiyi halda amerikan ingiliscəsində bu fellər sözönü tələb etmir:
“To battle great difficulties. (Am)
To battle against great difficulties.” (Br) [98, s.70]
Britaniya ingiliscəsində yeganə qəbul edilmiş “half an hour” tipli ifadə amerikan ingiliscəsində artiklsız işlənir:
“I’ll meet you in half an hour. (Br)
I’ll meet you in a half hour. (Am)” [ 98, s.70]
“To have” felinə sual verərkən britaniyalılar “to do” köməkçi felindən istifadə etdikləri halda amerikalılar ondan istifadə etmirlər:
“Do you have a sister? (Br) Does he have any chidren? (Br)
Have you a sister? (Am) Has he any children? (Am)” [98, s.70]
“It seems to me” ifadəsi əvəzinə amerikalılar “I guess”, “I think” kimi ifadələr işlədirlər:
“It seems to me he will come soon. (Br)
I think he will come soon. (Am)
It seems to me it is a good idea. (Br)
I guess it is a good idea. (Am)” [98, s.71]
İngilis dilinin iki variantı arasında bu kimi fərqli xüsusiyyətləri çox sadalamaq mümkündür. Məhz bu kimi fərqli xüsusiyyətlər hər iki variantın lüğət fondunda yer almaqdadır.
Dostları ilə paylaş: |