Həzrət Ayətullah Xameneinin Əsərlərinin Nəşri Şöbəsi 8
Fevral, 2019 8
Birinci fəsil: O günlər... 9
Mən 1939-cu ilin aprel ayında Xorasan vilayətinin inzibati mərkəzi olan Məşhəd şəhərində, səkkizinci imam Əli ibn Musa Rzanın (ə) məqbərəsinin yaxınlığında dünyaya gəlmişəm. 9
Dünyaya göz açdığım ev ikiotaqlı sadə bir ev idi. İkinci mərtəbədəki bir otaqda ata-anamla körpə uşaqlar qalırdılar, birinci mərtəbədəki otaq isə bacılarımın idi. Atam anamla ailə qurmazdan öncə onların anaları dünyadan köçmüşdü. Təxminən otuz ildən sonra evimiz təmir ediləndə bacılarımın otağını bölüb iki otağa çevirdilər. 9
Bir yaşım olanda ana tərəfdən babam Seyid Haşim Mirdamadi Nəcəfabadigilə köçdük. O, elm, təqva və Quran təfsiri sahəsində tanınmış alimlərdən idi, mən dünyaya gəlməzdən bir neçə il öncə Rza şah tərəfindən sürgün edilmişdi. Onun evi nisbətən geniş idi. O, sürgündən qayıdandan sonra yenidən öz evimizə qayıtdıq. 9
Həzrət Ayətullah Xameneinin ana tərəfdən babası olan Ayətullah Seyid Haşim Mirdamadi Nəcəfabadi Nəcəf şəhərində öz dövrünün alimlərindən fiqh və üsul elmlərini öyrənmişdi, irfani təmayülü, Seyid Əhməd Kərbəlayi və Seyid Mürtəza Kəşmiri kimi böyüklərlə əlaqəsi vardı. O, Məşhəd şəhərinə köçəndən sonra Rza şah dövrünün dəyərli alimlərindən biri oldu, hicab qadağasına və Pəhləvi papağı siyasətinə etirazını bildirdi, Gövhərşad məscidindəki qiyamda fəal iştirak etdi və bundan sonra həbs edilib altı illiyə sürgünə göndərildi. 9
Sonralar atamın bəzi mürid və dostları evimizi genişləndirməyə başladılar. Yanındakı boş yeri alıb evi böyütdülər, sahəsi 200 kv metrə yaxın oldu. Həmin evdən indi ümumi hüseyniyyə kimi istifadə olunur. 9
Evdə az sayda sadə əşyalar vardı. Danışdığım tarixdən təxminən 45 il sonra atam vəfat edəndə onların dəyəri 40 min tüməndən bir qədər artıq idi. Əlbəttə, bu məbləğ kitablara şamil olmurdu. 10
Dostları ilə paylaş: |