Mirvariyə çevrilən ürək qanı


Ağa Milaninin məktubunu alıb oxudum. O, bəzi sözlərdən sonra öz gözəl xətti ilə belə yazmışdı: "Sizə Zahidanda gözəl günlər arzulayıram". 78



Yüklə 1,52 Mb.
səhifə165/239
tarix10.01.2022
ölçüsü1,52 Mb.
#109471
1   ...   161   162   163   164   165   166   167   168   ...   239
Ağa Milaninin məktubunu alıb oxudum. O, bəzi sözlərdən sonra öz gözəl xətti ilə belə yazmışdı: "Sizə Zahidanda gözəl günlər arzulayıram". 78

Ağa Kəfəmi gecikdiyimə görə narazılığını bildirdi. Ruhani ramazan ayından öncə təbliğat yerində olmalı idi, mənsə ayın birində çatmışdım. O mənə dedi: "Məscid gecə-gündüz sizin ixtiyarınızdadır, amma Məşhəddən bir şeyx də gəlib, o da moizə edəcək". 78

Mən o şeyxi tanıyırdım; rejimin muzduru idi, şahın elan etdiyi altı qanun layihəsini dəstəkləyir və müxalifləri pisləyirdi. Bu xəbər gözlənilməz oldu. Ağa Kəfəmiyə dedim: "Gərək ona moizə imkanı yaratmayasız". Biz bu haqda danışdığımız halda birdən həmin şeyx içəri girdi. Ağa Kəfəminin siması dəyişdi, üzündə iztirab əlamətləri göründü, ancaq mən şeyxə əsla fikir vermədim. Sonralar ağa Kəfəmi o şeyxə qarşı etinasızlığımı yada salıb məni tərifləyirdi. 78

Sözügedən ruhani yaltaq adam idi. İçəri girən kimi yalançı təbəssüm və mehribanlıqla, süni yaltaqlığı bildirən hərəkətlərlə mənimlə salamlaşdı. Ona baxmadan soyuq cavab verdim, yerimdən qalxmadım. Dərhal ağa Kəfəmi ilə söhbəti davam etdirib məclisi ələ aldım. Mən onda gəncliyin əvvəllərində idim, üstəlik, həmin şeyx ibtidai məktəbdə bizim müəllimimiz olmuşdu. 79

Sonradan ağa Kəfəmi dedi ki, onu dəvət etməyə məcbur imiş. Çünki Zahidandakı dövlət məmurlarının qohumları arasında tərəfdarları varmış. Onlar ağa Kəfəmiyə təzyiq göstəriblər ki, Zahidana gələndən sonra onu məscidə dəvət etsin. Ağa Kəfəminin məscidi Zahidan şəhərindəki yeganə şiə məscidi idi. 79

Ağa Kəfəmi israrla onun evində qalmamı istədi. Sonra bildim ki, onun iki ailəsi var və hərəsi bir evdə yaşayır. Evlər bir-birinə çox bənzəyirdi və bir-birinə yapışmışdı. O, həyat yoldaşları ilə münasibətdə çox ədalətli rəftar edir, dəqiq nizam-intizamla hər iki evə gedib-gəlirdi. Müəyyən bir saatda evlərdən birinə daxil olur, ertəsi gün həmin saatda oradan çıxıb ikinci evə keçirdi. Hər iki ev üçün eyni miqdarda pul xərcləyirdi. Allah-Taala da onunla, özünün ailəsi ilə rəftar etdiyi kimi rəftar etmək istəmişdi: birinci yoldaşından ona dörd oğul, üç qız verdiyi kimi, ikinci yoldaşından da eynilə dörd oğul, üç qız vermişdi; nə az, nə çox! Ağa Kəfəmi evlərin hər birinə oradakı böyük oğlunun adını vermişdi: birinə Haşimin anasının, digərinə də Qasimin anasının evi deyirdi. Biz də birinci evin sakinlərini Haşimin tayfası, ikinci evin sakinlərini də Qasimin tayfası adlandırırdıq. Kürəkənlər də bu iki evlə əlaqələrinə görə tanınırdılar. Məsələn, Məşhədin dəyərli cümə imamlarından olmuş ağa İbadi Qasimin tayfasından, 1990-cı ildə Bəlucistanda şəhadətə qovuşmuş Şəhid Məzari isə Haşimin tayfasından idi. 79

O, 2005-ci ildə dünyasını dəyişdi. 80

Ayətullah Seyid Mehdi İbadi (1936-2004) Xorasanın mübariz ruhanilərindən idi, illərlə Qum və Nəcəfdə təhsil almışdı, Sistan və Bəlucistan vilayətində Pəhləvi rejimi əleyhinə mübarizələrdə fəal iştirak etmişdi. Ayətullah İbadi inqilabdan sonra İmam Xomeyni tərəfindən Zahidanın cümə imamı, onun Sistan və Bəlucistan vilayətində nümayəndəsi təyin olundu, o məzlum diyarda din təbliği sahəsində böyük xidmətlər göstərdi. 80

Höccətülislam Şəhid Əli Məzari (1944-1990) Bircəndin Yüşt kəndində doğulmuş, Bircənd Elm Hövzəsində ümumi dərslərini bitirəndən sonra müqəddəs Məşhəd şəhərinə yollanmışdı. Sonra Ayətullah Kəfəmi Xorasaninin ali ictihad dərsinin şöhrəti onu Zahidana apardı. O, 1990-ci ilin 8 iyununda ixlaslı mübarizəsindən və uzunmüddətli elmi xidmətlərindən sonra təəssübkeş vəhhabilər tərəfindən şəhadətə qovuşdu. 80



Ağa Kəfəminin evində qaldım. Qərara gəldik ki, bir gün mən minbərə çıxım, bir gün də həmin şeyx. Bu bölgü ürəyimcə olmadı, amma başqa yol yox idi. Şeyx özünü peşəkar vaiz hesab etdiyinə görə sonradan moizə üçün daha çox vaxt istədi. Dedi ki, icazə verin, seyiddən (yəni məndən) bir qədər sonra mən də söhbət edim. Onun istəyi rədd edilmədi və vəziyyət beləcə davam etdi. Nəhayət, ramazan ayının on beşi gəldi. 80

Cümə günü olduğundan məscid adamla dolu idi. Namazdan sonra minbərə çıxıb din alimləri barədə danışmağa başladım. Dedim ki, onlar iki qisimdirlər: bir qismi vəzifələrinə əməl edirlər, bir qismi isə əməl etmirlər. Bu söhbətlə gəlişimin əsas məqsədi olan mövzuya başlamaq istəyirdim. Məsciddə adamın ən çox olduğu 21 ramazanda əsas mövzuya keçəcəkdim. İmam Əlinin (ə) şəhadət günü olduğuna görə həmin gün tətil olurdu və hamı məscidə toplaşırdı. 80


Yüklə 1,52 Mb.

Dostları ilə paylaş:
1   ...   161   162   163   164   165   166   167   168   ...   239




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin