Morfologiya


Ay - yerin peyki: Ay göründü. Ay



Yüklə 0,49 Mb.
səhifə16/79
tarix31.12.2021
ölçüsü0,49 Mb.
#112477
1   ...   12   13   14   15   16   17   18   19   ...   79
Az rbaycan dili D l n D R D L n funksiyalari. D L L k v onun

Ay - yerin peyki: Ay göründü.
Ay - 30 gün: Bu gün ayın beşidir. 
Bal - qatı şirin məddə: Bal tutan barmaq yalar.
Bal - zəlzələnin. küləyin gücünü bildirən ölçü vahidi: Beş bal qüvvəsində zəlzələ oldu.
Bal- rəqs gecəsi,şənlik:Yeni il balı maraqlı keçdi
Əqrəb-saatin mili:Saatin əqrəbləri 12-ni göstərir.
Əqrəb - zəhərli həşərat: Çöldə əqrəb gördük və s

Dilimizdə fel kimi işlənən omonimlər də vardtr. Məsələn


Uçmaq-qanadlanmaq:Quş qanadlanıb uçdu.
Uçmaq-yıxılmaq,dağilmaq:Köhnə divar uçdu.
Oxşamaq-bənzəmək:Uşaq atasına oxşayır.
Oxşamaq-əzizləmək,nazlamaq:Ana körpəsini oxşayır.
Alışmaq-öyrənişmək,adət etmək:Uşaq yeni mühitə alışdi.
Alışmaq-yanmaq:Quru odun tez alışdı.

İsim və sifət kimi işlənən omonimlər:

Dilimizdə ayri-ayri nitq  hissələrinə aid sözlərdən təşkil olunan omonimlər daha çoxdur.Bu cür omonimlərə aid bir neçə nümunə:
İsim və sifət kimi işlənən omonimlər:
Yaş - insan ömrünün müəyyən dövrüUşağın 5 yaşı var.
Yaş - nəm, islanmışYaş odun yanmadı.
Kök - tərəvəzKök dadlı idi.
Kök - yoğun, şişmanKök adamdan xoşum gəlmir.
Mürəkkəb - yazı üçün mayeQələmin mürəkkəbi qurtardı.
Mürəkkəb - çətinİmtahana çatin suallar düsmüşdü.

Yazılışı va deyilişı müxtəlif olan, lakin eyni və ya yaxın mənaları bildirən sözlərə sinonimlər deyilir.Məsələn: ürək - könül - qəlb, böyük - iri - yekə, odlamaq -alışdırmaq - yandırmaq və s. Sinonimlər yaxın mənaları bildirsələr də, onların işlənməsində incə məna fərqləri vardır. Məsələn: qalın və sıx sinonimlərini meşə isminə qoşmaqla işlətmək mümkün olduğu halda (qalın meşə, sıx meşə), bu sözlərdən yalnız birincisini kitab isminə aid etmək olar: qalın kitab.


Sinonimləri təşkil edən sözlər eyni nitq hissəsinə aid olur. Bədii ədəbiyyatda hər hansı bir deyimin təsir gücünü, bədiiliyini artırmaq üçün sinonim sözlərdən istifadə olunur. Sinonimlər dilin zənginliyini və ifadə qüdrətini göstərən əlamətlərdən biri sayılır.

Bir - birinə zidd, əks olan mənaları bildirən sözlərə antonimlər deyilir.Məsələn: yer - göy. sülh - müharibə, işıq - qaranlıq, igid -qorxaq, gülmək - ağlamaq, oturmaq - qalxmaq, gecə - gündüz və s. Antonimləri təşkil edən sözlər eyni bir nitq hissəsinə aid olur.



Yüklə 0,49 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   79




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin