Мөһсин Гәраәти



Yüklə 3,26 Mb.
səhifə31/76
tarix23.10.2017
ölçüsü3,26 Mb.
#11917
1   ...   27   28   29   30   31   32   33   34   ...   76

Nöqtələr


◘“Məcməül-bəyan” təfsirində və digər təfsir, fiqh kitablarında bu ayədən belə bir nəticə çıxarılır ki, ehram halında dəniz ovu və onun istifadəsi halaldır. Haram qadağası səhra ovuna aiddir.

Dəniz heyvanları dedikdə suda, çayda yaşayan heyvanlar nəzərdə tutulur.

◘İmam Sadiq (ə) “və təamuhu mətaən ləkum və lis-səyyarə” təbiri haqqında buyurmuşdur: “Məqsəd duzlanmış balıqdır.”1 (Uzun müddət saxlamaq və səfərlərdə istifadə üçün bu qida duzlanır ki, xarab olmasın.)

Bildirişlər


1. Ehram halında olanlar üçün heç də bütün yollar bağlı deyil. (Allah səhra ovunu qadağan etsə də, dəniz ovuna icazə vermişdir.)

2. Ov əyləncə üçün yox, qidalanma üçün olduqda halaldır.

3. Dənizin sərvəti təkcə dəniz sahilində yaşayanların deyil.

4. Dəniz sahilində yaşayanlar dənizin sərvətindən bəhrələnməkdə başqalarından öndədir. (“Ləkum” sözü “lis-səyyarə” sözündən öndə gəlmişdir.)

5. Ehram halında səhra heyvanlarının ovu və istifadəsi təqvasızlıqdır.

6. Müxaliflərə xəbərdarlıq olmalıdır.

7. Qiyamət və əməllərin sorğusuna iman günahdan çəkinmə amilidir.
97. ﴿جَعَلَ اللّهُ الْكَعْبَةَ الْبَيْتَ الْحَرَامَ قِيَامًا لِّلنَّاسِ وَالشَّهْرَ الْحَرَامَ وَالْهَدْيَ وَالْقَلاَئِدَ ذَلِكَ لِتَعْلَمُواْ أَنَّ اللّهَ يَعْلَمُ مَا فِي السَّمَاوَاتِ وَمَا فِي الأَرْضِ وَأَنَّ اللّهَ بِكُلِّ شَيْءٍ عَلِيمٌ

Allah Beytül-həram. Kəbəni xalqın sahmana düşüb möhkəmlənməsi üçün qərar verdi. Eləcə də, haram ay və nişanlı-nişansız qurbanlıqlar (xalqın sahmanı üçün müəyyənləşdi), bu onun üçündür ki, Allahın göylərdə və yerdə olanlardan xəbərdarlığını bilsinlər. Allah hər şeydən agahdır.”


Nöqtələr


◘“Qiyam” dedikdə möhkəmlik vasitəsi nəzərdə tutulur. Məsələn, hər hansı tikilinin sütunu, dayağı.2

◘İmam Sadiq (ə) buyurmuşdur: “Allah evini “Beytül-həram” adlandırmışlar. Çünki həmin yerə kafirlərin daxil olması haramdır.”3

◘“Hədy” nişansız, “qəlaid” nişanlı qurbanlıqdır.

◘Həcc mərkəzləşmə, təhlükəsizlik, müqəddəslik, ibadət, qəhrəmanlıq, vəhdət, siyasət, bəraət, mərifət, sadəlik, səfa, xalislik, mübahisədən uzaqlıq, şəhvətdən və fitnədən kənarlıq yeridir.

◘Rəcəb, zil-qədə, zil-hiccə və məhərrəm ayları haram aylardır və haram aylarda savaş qadağandır.

◘Məkkədə milyonlarca müsəlmanın heç bir dəbdəbəsiz, imtiyazsız, sözdə və əməldə çəkişməsiz toplanması İslamın üstünlüklərindəndir. Siz həcdəki faydalara baxın: Həccə yola düşərkən halallıq istənilməsi, hacıların yola salınması və qarşılanması, həcdə ticarətin rövnəq tapması, xüms və zəkat ödənməsi, müxtəlif millətlər və maariflərlə tanışlıq, qədim tövhid mərkəzinin ziyarəti, peyğəmbərlərlə həmsəda olmaq, peyğəmbərlərin olduğu yerləri ziyarət etmək, Ərəfat və Məşər səhrasında tövbə etmək, qiyamət haqqında düşüncələr, siyasi hərəkatlar və kafirlərə qarşı bəraət... Bütün bu faydaları nəzərə alsaq, anlayarıq ki, bu proqram Allahın nəhayətsiz elmindən qaynaqlanır. Bəli, Allah bütün varlıq aləmindən agahdır. Hər hansı məhdud elm bir belə yığcam və cəlbedici göstərişlər verə bilməz.


Bildirişlər


1. Həcc möhkəmlik, davam səbəbidir.

2. İşlərin sahmana düşməsi birliyə, ibadətə, ehtirama, aramlığa, əmin-amanlığa, gizli və nişanlı-nişansız işlərə, zəruri qidanın təmininə ehtiyaclıdır.

3. Yalnız bütün varlıq aləmindən xəbərdar olan kəs qanun verə bilər.

4. Məscid və qurbangah din və dünyanın möhkəmlənmə vasitəsidir.

5. Cəmiyyəti möhkəmləndirməyən həcc həqiqi həcc deyil.

6. Cəmiyyətdə sabitlik olarsa, orada allahşünaslıq zəminəsi inkişaf edər.


98. ﴿اعْلَمُواْ أَنَّ اللّهَ شَدِيدُ الْعِقَابِ وَأَنَّ اللّهَ غَفُورٌ رَّحِيمٌ

«Bilin ki, həqiqətən Allah şiddətli cəza verəndir və həqiqətən Allah bağışlayandır və rəhimdir.»

99. ﴿مَّا عَلَى الرَّسُولِ إِلاَّ الْبَلاَغُ وَاللّهُ يَعْلَمُ مَا تُبْدُونَ وَمَا تَكْتُمُونَ

Peyğəmbər yalnız ilahi hökmləri bəyan etməlidir. Allah aşkarda və gizlində gördüyünüz işlərdən xəbərdardır.”


Nöqtələr


◘Əgər bu ayəni əvvəlki ayənin davamı bilsək, deyə bilərik ki, Kəbəni və haram ayları hörmətdən salmaq, qurbanlıq, həcc hökmləri ilə müxalifətçilik və həcci məqsədsiz güman etməyin ağır cəzası var. Kəbə və haram aylara hörmət, qurbanlıq və həcc əməllərini yerinə yetirmək ilahi bağışlanma və rəhmətlə nəticələnir. (Əlbəttə ki, bu ayəni müstəqil şəkildə də mənalandırmaq olar.)

Bildirişlər


1. Təşviq və hədə yanaşı olmalıdır. (İnsan qorxu və ümid arasında olmalıdır. O, Kəbənin hörmətini pozduğu üçün ümidini üzməməli, yaxşı işlərinə görə qürrələnməməlidir.)

2. Peyğəmbərin vəzifəsi məcburiyyət yox, yalnız dinin təbliğidir.

3. Xalqın yaxşı və ya pis münasibəti peyğəmbərə bir zərər vurmur.1

4. İlahi elm əhatəli olduğundan Allah üçün işin gizlində və ya aşkarda görülməsinin fərqi yoxdur.


100. ﴿قُل لاَّ يَسْتَوِي الْخَبِيثُ وَالطَّيِّبُ وَلَوْ أَعْجَبَكَ كَثْرَةُ الْخَبِيثِ فَاتَّقُواْ اللّهَ يَا أُوْلِي الأَلْبَابِ لَعَلَّكُمْ تُفْلِحُونَ

(Xalqa) de ki, xəbisin (napakın) sayı səni heyrətə gətirsə də xəbislə (napakla) pak eyni deyil. Ey düşüncə sahibləri! Allahdan qorxun, bəlkə nicat tapasınız.”


Nöqtələr


◘Paklıq və napaklıq həm var-dövlətə, həm qazanca, həm qidalara, həm də müxtəlif əşyalara aiddir.

Bildirişlər


1. Dəyər ölçüsü çoxluq və ya azlıq yox, haqq və batildir.

2. Çoxluq aldadıcıdır, ehtiyatlı olaq. (Çoxluq nə haqlılıq, nə də üstünlük nişanəsidir.)

3. Rüsvayçılıqdan qurtarmaq üçün xalqa uyğunlaşmaq Quran məntiqi deyil.

4. Təqvasızlıq düşüncəsizlik nişanəsidir.

5. Pakı xəbisdən (napakdan) seçmək, təqvalı olmaq, cəmiyyətin hay-küyünə təslim olmamaq düşüncə sahiblərinin işidir.

6. Qurtuluş ağıl və düşüncədən əlavə ilahi təqvaya ehtiyaclıdır.


101. ﴿يَا أَيُّهَا الَّذِينَ آمَنُواْ لاَ تَسْأَلُواْ عَنْ أَشْيَاء إِن تُبْدَ لَكُمْ تَسُؤْكُمْ وَإِن تَسْأَلُواْ عَنْهَا حِينَ يُنَزَّلُ الْقُرْآنُ تُبْدَ لَكُمْ عَفَا اللّهُ عَنْهَا وَاللّهُ غَفُورٌ حَلِيمٌ

Ey iman gətirənlər! Aşkarlanacağı təqdirdə sizi narahat edəcək işlər barədə soruşmayın. Əgər Quran nazil olan vaxt onlar haqqında soruşsanız, sizin üçün aydınlaşar. Allah sizin yersiz suallarınızı bağışladı. Allah bağışlayan və həlimdir.”


102. ﴿قَدْ سَأَلَهَا قَوْمٌ مِّن قَبْلِكُمْ ثُمَّ أَصْبَحُواْ بِهَا كَافِرِينَ

Həqiqətən, qədimdəkilərdən olan bir qrup da (bu sayaq suallar) soruşurdu. (Əməl gücü olmadığından) ona münasibətdə inkarçı və kafir oldular.”



Yüklə 3,26 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin