Мөһсин Гәраәти



Yüklə 3,26 Mb.
səhifə53/76
tarix23.10.2017
ölçüsü3,26 Mb.
#11917
1   ...   49   50   51   52   53   54   55   56   ...   76

Nöqtələr


◘Ayədə azğınlardan əl götürülməsi dedikdə, onlara nifrətin izharı və rabitələrin kəsilməsi nəzərdə tutulur. Bəzən bu, müxaliflərlə döyüşlə sona çatır. Şübhəsiz ki, təkcə müxaliflərlə cihadın tərk olunması nəzərdə tutulmur.

◘“Tubsəl” dedikdə yaxşılıqlardan məhrum olub fəlakətə çatmaq nəzərdə tutulur.

◘Dinin oyuncağa çevrilməsi hər dönəmdə müəyyən bir formada təzahür etmişdir. Bəzən xurafi əqidələr izhar edilmiş, bəzən hökmlərin icrası mümkünsüz sayılmış, bəzən günahlara don geyindirilmiş, bəzən bidətə əl atılmış, bəzən rəy əsasında təfsir verilmiş və mütəşabeh ayələr əsas götürülmüşdür.

Bildirişlər


1. Dini qeyrət cəmiyyətdə dinsizlərin və əqidə müxaliflərinin rədd edilməsinə səbəb olur. Digər ayələrdə də bu məsələyə toxunulmuşdur.1

2. Dünyaya bağlılıq və aldanış dinin oyuncağa çevrilməsi üçün zəmindir.

3. Xatırlatma və moizə ilahi qəhr-qəzəbdən qurtuluş səbəbidir.

4. Xatırlatma zamanı Qurandan bəhrələnməliyik.

5. Dünya ilə qürrələnməyək. Qiyamətdə Allahdan savay köməyimiz yoxdur.

6. İnsanın bədbəxtlik amili onun özü və əməlləridir.


71. ﴿قُلْ أَنَدْعُو مِن دُونِ اللّهِ مَا لاَ يَنفَعُنَا وَلاَ يَضُرُّنَا وَنُرَدُّ عَلَى أَعْقَابِنَا بَعْدَ إِذْ هَدَانَا اللّهُ كَالَّذِي اسْتَهْوَتْهُ الشَّيَاطِينُ فِي الأَرْضِ حَيْرَانَ لَهُ أَصْحَابٌ يَدْعُونَهُ إِلَى الْهُدَى ائْتِنَا قُلْ إِنَّ هُدَى اللّهِ هُوَ الْهُدَىَ وَأُمِرْنَا لِنُسْلِمَ لِرَبِّ الْعَالَمِينَ

De ki, Allah bizi hidayət etdikdən sonra bizə heç bir faydası və zərəri olmayan Allahdan qeyrisinimi çağıraq?! Geriyəmi (küfrəmi) qayıdaq?! Şeytanların yerdə yoldan çıxarıb azdırdığı kəs kimimi?! Hansı ki, onun yardımçıları var, onu hidayətə dəvət edib (deyirlər,) yanımıza gəl (haqqı qəbul et... Amma o dinləməz.) De ki, Allah tərəfindən gələn hidayət həqiqidir və bizə aləmlərin Rəbbi qarşısında təslim olmaq əmr edilib.”


72. ﴿وَأَنْ أَقِيمُواْ الصَّلاةَ وَاتَّقُوهُ وَهُوَ الَّذِيَ إِلَيْهِ تُحْشَرُونَ

(Bizə əmr olunub ki,) namazı bərpa edək, Ondan (Allahdan) qorxaq. Hüzurunda hamının məhşur olacağı Odur.”


Nöqtələr


◘Yetmiş ikinci ayədə dini vəzifələr arasından namaza və əqidələr arasından məada işarə olunmuşdur. Bu, namaz və məadın əhəmiyyətini göstərir.

◘Bir olan Allaha pərəstişdə aramlıq və təmərküz var. Şirk və çoxallahlıq isə insanda mövqesizlik, giclik yaradır.2 Hər hansı bir vicdanlı şəxs etiraf edər ki, bir olan Allah növbənöv tanrılardan üstündür. Allah həm təkdir, həm də razılığında yubanmır. Yalançı məbudlar isə çoxdur, onların hər birinin öz tələbi var və asanlıqla razılaşmırlar.


Bildirişlər


1. Suallar ünvanlamaqla vicdanları hərəkətə gətirək.

2. İnsanın pərəstişdə məqsədi fayda qazanmaq, zərəri dəf etməkdir. Bütlərdə isə belə bir qüdrət yoxdur. Bu baxımdan şirk qeyri-məntiqidir.

3. Xalqın mənfəət meylindən onların təbliğ və tərbiyəsində istifadə edək.

4. Şirk bir növ geriyə addım və etiqadi irticadır.

5. Şirk avaralıq və mövqesizlik səbəbidir.

6. Çaşqınlıqlar qarşısında qəti və aşkar mövqe tutulmalıdır.

7. Allaha təslimçilik öz inkişafımız üçün faydalıdır.

8. Namaz təqva ilə müşayiət olunduqda səmərə verir.

9. Məad və qiyamətə iman insanda təqvanın yaranması amilidir.
73. ﴿وَهُوَ الَّذِي خَلَقَ السَّمَاوَاتِ وَالأَرْضَ بِالْحَقِّ وَيَوْمَ يَقُولُ كُن فَيَكُونُ قَوْلُهُ الْحَقُّ وَلَهُ الْمُلْكُ يَوْمَ يُنفَخُ فِي الصُّوَرِ عَالِمُ الْغَيْبِ وَالشَّهَادَةِ وَهُوَ الْحَكِيمُ الْخَبِيرُ

O, göyləri və yeri haqq olaraq yaradan kəsdir. O gün ki “ol” deyər, yubanmadan olar. Onun sözü haqdır. (Qiyamət zamanı) sur üfürülən gün hakimiyyət yalnız Onundur. O, qeybi və aşkarı biləndir. Odur hikmət sahibi və agah.”


Nöqtələr


◘Quranda surun iki növ üfürülməsi qeyd olunur: Bunlardan biri viranedici, digəri qiyamət üçün dirçəldicidir. Bu ayədə həmin məsələyə bir dəfə toxunulur. Amma “Zumər” surəsinin 68-ci ayəsində iki sur üfürülməsinə işarə olunmuşdur.

◘Əgər əvvəlki ayələrdə söhbət Allah qarşısında təslimçilik və namazın bərpasından gedirdisə, bu ayədə həmin mövzuların səbəbləri zikr olunur. Bildirilir ki, yaranış Allahın əlindədir, O, agah və hikmət sahibidir, hər şeydən xəbərdardır.

◘İmam Sadiq (ə) “qeyb və aşkardan xəbərdardır” cümləsi haqqında buyurmuşdur: “Qeyb odur ki, hələ ki, gəlməmişdir. Aşkar isə olmuş və hazırda olandır.”1

Bildirişlər


1. Yaranış hikmətli və məqsədlidir. Bu məsələyə bir çox ayələrdə işarə olunmuşdur.2

2. Allahın istək və iradəsi qarşısında heç bir maneə yoxdur.

3. Allah üçün qeyb və aşkar, məxfi və aydın eynidir.

4. Allahın hakimiyyəti hikmət və elmə əsaslanır.

5. Qiyamətdə ilahi qüdrət hamı üçün aşkarlanar. Çünki orada bütün vasitələr aradan götürülər.
74. ﴿وَإِذْ قَالَ إِبْرَاهِيمُ لأَبِيهِ آزَرَ أَتَتَّخِذُ أَصْنَامًا آلِهَةً إِنِّي أَرَاكَ وَقَوْمَكَ فِي ضَلاَلٍ مُّبِينٍ

(Xatırla) o zaman ki, İbrahim atası Azərə dedi: “Bütləri tanrımı tutursan? Şübhəsiz, səni və qövmünü aşkar azğınlıqda görürəm.”


Nöqtələr


◘Təbii ki, “əb” sözü ata mənasını bildirir. Amma ana babaya, əmi və tərbiyəçiyə də “əb” deyilir. Yaqubun övladları da ataları və atalarının əmisinə “əb” deyirdilər.1 Həzrət peyğəmbər buyurur: “Mən və Əli (ə) bu ümmətin atalarıyıq.”2 Belə ki, Azər İbrahimin atası yox, əmisi idi. İbrahimin ata-babası isə təkallahçı olmuşdular.

Təbəri, Alusi, Süyuti kimi sünni alimləri də deyirlər: “Azər İbrahimin atası olmamışdır. Bundan əlavə, İbrahim öz ata-anası haqqında dua edir.3 Hansı ki, müsəlman hətta ən yaxın adamı müşrik olduqda, onun bağışlanması üçün dua edə bilməz.

Bütün deyilənlərdən belə məlum olur ki, ayədə “əb” ata mənasını bildirmir. Onu da qeyd edək ki, tarix kitablarında İbrahimin atasının adı “Tarux” (terax) kimi zikr olunmuşdur.4

◘İbrahim əmisi Azərə hələ ondakı küfr ruhu aşkarlanmadığı bir vaxt dua etmişdi. Amma Azərin haqqı qəbul etmədiyi aşkar olduqda İbrahim ondan ayrıldı.5



Yüklə 3,26 Mb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   ...   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin