Мөһсин Гәраәти



Yüklə 3,26 Mb.
səhifə50/76
tarix23.10.2017
ölçüsü3,26 Mb.
#11917
1   ...   46   47   48   49   50   51   52   53   ...   76

Bildirişlər


1. Müşriklərin bütlərə pərəstişə əsaslanan yersiz istəklərinin cavabı qəti şəkildə verilməlidir. (Bəli, şirk heç bir halda qəbul ediləsi deyil.)

2. Peyğəmbərlərin rəftarı və mövqeyi vəhydən qaynaqlanır.

3. Şirkə etiraz İslamın tərkib hissəsidir.

4. Şirkin kökü nəfs istəklərinə tabeçilikdir.

5. Təbliğatçı xalqın nəfs istəklərini izləməməlidir.

6. Nəfs istəkləri insandakı hidayət zəminəsini aradan qaldırır.


57. ﴿قُلْ إِنِّي عَلَى بَيِّنَةٍ مِّن رَّبِّي وَكَذَّبْتُم بِهِ مَا عِندِي مَا تَسْتَعْجِلُونَ بِهِ إِنِ الْحُكْمُ إِلاَّ لِلّهِ يَقُصُّ الْحَقَّ وَهُوَ خَيْرُ الْفَاصِلِينَ

De ki, həqiqətən, mən Rəbbim tərəfindən aşkar bir dəlilə əsaslanıram. Amma siz onu yalan sayırsınız. Sizin (ilahi əzabdan) tələsərək istədiyiniz (cəza) mənim əlimdə deyil. Əmr yalnız Allahın əlindədir, O haqqı bəyan edir və haqqı batildən ən üstün şəkildə ayırd edəndir.”


Nöqtələr


◘“Bəyyinə” elə bir dəlilə deyilir ki, kamil və aşkar şəkildə haqqı batildən ayırd etsin. Peyğəmbərlərin dəlilləri və möcüzələri açıq-aşkar idi və inadkarlıq göstərməyən hər bir kəs onları anlayır və qəlbən qəbul edirdi. Ona görə də peyğəmbərlər özlərini “bəyyinə” sahibi kimi tanıtdırmışlar.

◘Kafirlər dedilər: “Əgər doğru deyirsənsə, nə üçün Allahın qəzəbi bizə nazil olmur? Başqa bir ayədə də oxşar bəyanatla rastlaşırıq: “Əgər bu məsələ doğrudursa, Pərvərdigara, bizə daş yağdır.”1 Digər qövmlərdə də əzab istəyi müşahidə edilmişdir. Həzrət Hud, Həzrət Saleh və Həzrət Nuhun qövmləri də “əgər doğru deyirsənsə, vəd olunmuş əzabı yubanmadan bizə gətir.”2


Bildirişlər


1. Peyğəmbərlərin dəvəti onların xəyal və kor-koranə təqlidinə yox, “bəyyinəyə” əsaslanır.

2. Peyğəmbərlərə bəyyinə əta olunması Allahın rübubiyyət şölələrindəndir.

3. Peyğəmbərlərin ilahi “bəyyinəsi” olmalıdır. Onlar xalqın meylləri əsasında iş görmürlər. (Quran “bəyyinə”, aşkar dəlil və peyğəmbərin haqlı olması sübutudur.)

4. İslam Peyğəmbəri (s) onun “bəyyinəsi” olan Qurandan kamil şəkildə xəbərdardır. (Ayədəki “əla bəyyinətin” təbiri kimi əhatəni göstərir.)

5. Kafirlər peyğəmbərin bəyyinəsini təkzib etdikləri halda öz nəfs istəklərinin peyğəmbər tərəfindən qəbul olunacağını gözləyirdilər.

6. Bəhanəçi insanlarla qəti şəkildə danışın.

7. Peyğəmbər məntiq və bəyyinə ilə gəlmiş yeganə elçidir. Varlıq nizamı Allahın əlindədir. (Peyğəmbərdən tələsik ilahi əzab istəməklə öz məhvinizi diləməyin.)

8. Ayə həm kafirləri hədələyir, həm də peyğəmbərə təsəlli verir.


58. ﴿قُل لَّوْ أَنَّ عِندِي مَا تَسْتَعْجِلُونَ بِهِ لَقُضِيَ الأَمْرُ بَيْنِي وَبَيْنَكُمْ وَاللّهُ أَعْلَمُ بِالظَّالِمِينَ

De ki, əgər tələsərək istədiyiniz (şey) məndə olsaydı (sizin istəyinizlə əzab nazil edərdim), şübhəsiz, mənimlə sizin aranızda iş bitərdi. Amma Allah sitəmkarların halına daha agahdır (vaxtında cəzalandırır).”


Bildirişlər


1. Xalqın tələsməsi ilahi hikməti dəyişməz.

2. Cəzalar Allahın əlindədir. Amma O, kafirlərin istəyi əsasında əzab verməyə tələssə, kimsə diri qalmaz.1

3. Allah Öz hikmət və sünnəsinə əsasən zalımlara möhlət verir.

4. Allahın əzabının yubanması kafirlərdə belə bir fikir yaratmasın ki, onların küfrü yaddan çıxmışdır.

5. İmandan dönmək və əzaba tələsmək zülmdür.
59. ﴿وَعِندَهُ مَفَاتِحُ الْغَيْبِ لاَ يَعْلَمُهَا إِلاَّ هُوَ وَيَعْلَمُ مَا فِي الْبَرِّ وَالْبَحْرِ وَمَا تَسْقُطُ مِن وَرَقَةٍ إِلاَّ يَعْلَمُهَا وَلاَ حَبَّةٍ فِي ظُلُمَاتِ الأَرْضِ وَلاَ رَطْبٍ وَلاَ يَابِسٍ إِلاَّ فِي كِتَابٍ مُّبِينٍ

Qeyb xəzinələri yalnız Allaha məxsusdur və Ondan savay kimsə xəbərdar deyil. Quruda və suda olanı bilir və O bilmədən ağacdan bircə yarpaq belə düşmür. Torpağın qaranlığında heç bir dən, heç bir yaş və quru yoxdur ki, açıq-aydın kitabda qeyd olunmasın.”


Nöqtələr


◘“Məfateh” “iftəh” sözünün cəm forması olub “xəzinə”, ya da “miftah” sözünün cəm forması olub “açar” mənasını daşıyır. Amma birinci məna daha münasib görünür.1

◘“Yaş və quru” təbiri hər şeyin nəzərdə tutulduğunu bildirir. Ölüm və həyat, sağlamlıq və xəstəlik, fəqirlik və var-dövlət, yaxşı və pis, mücərrəd və maddi təbirləri də yuxarıdakı təbirin oxşarıdır. Bu məsələ digər ayələrdə də bəyan olmuşdur.2

◘Yarpaqların düşməsi dedikdə eniş, dənlərin torpaqda inkişafı dedikdə yüksəliş hərəkəti nəzərdə tutula bilər.3

Bildirişlər


1. Kafirlərin istədiyi əzabın dərhal gəlməməsi səbəbi Allahın varlıq sirlərindən xəbərdarlığıdır.

2. İlahi hökmlər Allahın qeyb və gerçəkdən agahlığına əsaslanır.

3. Qeyb elmi adi elmlərdən qat-qat genişdir. (Çünki Quran qeyb elminə münasibətdə xüsusi təbirlər işlədir.)

4. Bəzilərinin iddiasının əksinə olaraq, Allah elmlərdən yalnız külli şəkildə yox, varlığın bütün xırdalıqlarından da xəbərdardır. O səbəbdən də əməllərimizə diqqətli olaq.

5. Allahdan savay kimsə öz-özündən qeyb elminə xəbərdar deyil.

6. Dünyada məlumat üçün bir mərkəz mövcuddur.

7. Varlıq aləmi əvvəlcədən müəyyənləşmiş proqram əsasında qurulmuşdur.
60. ﴿وَهُوَ الَّذِي يَتَوَفَّاكُم بِاللَّيْلِ وَيَعْلَمُ مَا جَرَحْتُم بِالنَّهَارِ ثُمَّ يَبْعَثُكُمْ فِيهِ لِيُقْضَى أَجَلٌ مُّسَمًّى ثُمَّ إِلَيْهِ مَرْجِعُكُمْ ثُمَّ يُنَبِّئُكُم بِمَا كُنتُمْ تَعْمَلُونَ

O bir kəsdir ki, sizi (ruhunuzu) gecə yatdığınız vaxt alır, gündüz gördüyünüz işlərdən xəbər tutur, sonra ömrünüzdən müəyyən müddətin keçməsi üçün sizi yuxudan qaldırır. Sonra dönəcəyiniz Ona doğrudur. O sizə gördüyünüz işlərdən xəbər verər.”


Nöqtələr


◘“Cərəhtum” iş və kəsbə yarıyan üzvə, həm də işin özünə deyilir.

◘Allah yuxu zamanı insanın ruhunu götürsə də, “sizi götürürük” buyurur. Məlum olur ki, insanın bütün mahiyyəti elə onun ruhudur.


Bildirişlər


1. Yuxu gerçək bir ölüm, oyanış isə bir növ qiyamətdir.

2. Təbiət qanununa əsasən gecə yuxu, gündüz iş üçündür.

3. Ömrün hər günü bir fürsət, yeni bir besətdir.

4. Həyatımızın müəyyən bir tarixi, proqramı və müddəti vardır.

5. Özümüzü qiyamət sorğusuna hazırlayaq.

6. Allah bizim pis işlərimizdən xəbərdar olsa da, yenə bizə möhlət verir, çıxarılmış ruhu cismə qaytarır.

7. Qiyamət əməllərin mahiyyətinin açıqlandığı gündür.
61. ﴿وَهُوَ الْقَاهِرُ فَوْقَ عِبَادِهِ وَيُرْسِلُ عَلَيْكُم حَفَظَةً حَتَّىَ إِذَا جَاء أَحَدَكُمُ الْمَوْتُ تَوَفَّتْهُ رُسُلُنَا وَهُمْ لاَ يُفَرِّطُونَ

Qəhr və iqtidarı bəndələrindən üstün olan yalnız Odur. O sizə nəzarətçilər (hifz edən mələklər) göndərər. Sizlərdən birinin ölümü çatdıqda Bizim göndərdiklərimiz onun canını geri alar və öz işlərində heç bir səhlənkarlıq etməzlər.”



Yüklə 3,26 Mb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin