Мөһсин Гәраәти



Yüklə 3,26 Mb.
səhifə64/76
tarix23.10.2017
ölçüsü3,26 Mb.
#11917
1   ...   60   61   62   63   64   65   66   67   ...   76

Nöqtələr


◘Heyvanın zibhi, kəsimi zamanı Allahın adını çəkmək bir növ maddiyyata paklıq vermək və imanı cilvələndirməkdir. Bütün işlərdə Allahın adını çəkmək yaxşıdır. Amma heyvanı kəsərkən onun canı alındığından həmin məqamda Allah adını çəkmək zəruridir.

◘İslam məktəbinin komplekslik nişanəsi odur ki, zibh kimi cüzi bir məsələdə onun bütün yönümləri açıqlanılır. Bu məsələdə həm məktəb (Allahın adı), həm vasitə (dəmir), həm damarların kəsilmə üsulu, həm ümmət (zibh edənin müsəlman olması), həm cəhət (qiblə), həm məsrəf yeri bəyan olunmuşdur.


Bildirişlər


1. Möminin qidalanmasında da ilahi yönüm olmalıdır.

2. Halal heyvanların ətindən istifadə zamanı Allahın adının çəkilməsi bir növ məsrəf üçün icazə möhürüdür.

3. Tövhid sütunlarını möhkəmlətmək üçün bütün fürsətlərdən, eləcə də, heyvanın zibhindən istifadə olunmalıdır. Bəli, tövhid təkcə zehnə aid məsələ deyil.

4. Halal qida və hökmlərə əməl iman şərtidir.


119. ﴿وَمَا لَكُمْ أَلاَّ تَأْكُلُواْ مِمَّا ذُكِرَ اسْمُ اللّهِ عَلَيْهِ وَقَدْ فَصَّلَ لَكُم مَّا حَرَّمَ عَلَيْكُمْ إِلاَّ مَا اضْطُرِرْتُمْ إِلَيْهِ وَإِنَّ كَثِيرًا لَّيُضِلُّونَ بِأَهْوَائِهِم بِغَيْرِ عِلْمٍ إِنَّ رَبَّكَ هُوَ أَعْلَمُ بِالْمُعْتَدِينَ

Sizə nə olub ki, üzərində Allah adı çəkilmiş şeydən yemirsiniz? (Səbəbsiz yerə Bizim halalımızı özünüzə haram edirsiniz.) Hansı ki, Allah sizə haram etdiyini Özü müfəssəl şəkildə bəyan etmişdir. Yalnız yeməyə məcbur olduğunuz şeylər istisnadır. Həqiqətən, xalqın çoxu başqalarını öz cahil istəklərinə xatir azdırırlar. Şübhəsiz, sənin Rəbbin təcavüzkarlardan daha agahdır.”


Nöqtələr


◘Bir dəstə insan ortaya şübhə atmaq və zibh olmuş heyvanı ölmüş heyvanla müqayisə etməklə xalqı azdırır və deyirdilər: “Nə üçün bizim öldürdüyümüz heyvan halal, Allahın öldürdüyü heyvan isə haramdır?” Ayə həmin adamlara cavab verərək məsələni xalqa aydınlaşdırır.

Bildirişlər


1. Heç bir səbəb olmadan Allahın halal etdiyini özünə haram edənlər qınanmalıdır. (Bəlkə də bəzi müsəlmanlar cahil ənənələrin təsiri altında halal nemətləri özlərinə haram etmişlər.)

2. Heyvan əti ilahi rəng şərti ilə halal, əks təqdirdə haram olur.

3. Səmavi İslam məktəbində bütün haramlar bəyan olunmuşdur. Bu müfəssəl bəyan “Nəhl” surəsinin 115-ci ayəsinə işarədir;1

4. Qidalara münasibətdə əsas və ümumi qanun onların halal olmasıdır. Haramları isə Allah bəyan etmişdir.

5. İslam hökmlərində çıxılmaz vəziyyət yoxdur.

6. Çıxılmaz vəziyyət vəzifəni aradan götürür.

7. İlahi vəzifələr zaman, məkan və insanın gücünə münasib olur.

8. Yalnız çıxılmaz vəziyyətlərdə (yaşamaq üçün zəruri həddə) haramlardan yemək olar.

9. Halal və haramın təyini ilahi göstərişlərə əsaslanır.

10. Cəhalət və həvəsbazlıq azğınlıq amillərindəndir.

11. Xalqı azdırmaq cəmiyyətin haqlarına təcavüzdür.
120. ﴿وَذَرُواْ ظَاهِرَ الإِثْمِ وَبَاطِنَهُ إِنَّ الَّذِينَ يَكْسِبُونَ الإِثْمَ سَيُجْزَوْنَ بِمَا كَانُواْ يَقْتَرِفُونَ

Aşkar və gizli günahı tərk edin. Həqiqətən, günaha batanlar tezliklə gördükləri işlərin cəzasını alacaqlar.”


Nöqtələr


◘İstər keçmişdə, istərsə də indi insanlar yalnız aşkar günahlarından qorxurlar.

◘Bəziləri deyirlər ki, «gizli günah» dedikdə təsirləri gizli qalan günahlar nəzərdə tutulur. Məsələn, insanın qəlbini daşlaşdıran haram qidalar kimi.


Bildirişlər


1. Günahda cazibədarlıq var. Qəti iradə ilə onun cazibəsindən çıxmaq lazımdır.

2. İslam həm zahiri, həm də batini paklığa diqqət yetirir. Həm əmələ aid günahlardan, həm də sui-zənn kimi qəlb günahlarından çəkinmək lazımdır.

3. İlahi cəza bilərəkdən baş vermiş günahlara aiddir.

4. Şeytan vəsvəsə, təlqin etsə də, insan öz iradəsi ilə addım atır.

5. Qiyamət və axirət cəzası uzaqda deyil.

6. İlahi cəzalar öz əməllərimizin nəticəsidir.


121. ﴿وَلاَ تَأْكُلُواْ مِمَّا لَمْ يُذْكَرِ اسْمُ اللّهِ عَلَيْهِ وَإِنَّهُ لَفِسْقٌ وَإِنَّ الشَّيَاطِينَ لَيُوحُونَ إِلَى أَوْلِيَآئِهِمْ لِيُجَادِلُوكُمْ وَإِنْ أَطَعْتُمُوهُمْ إِنَّكُمْ لَمُشْرِكُونَ

Allah adı çəkilməyən şeylərdən yeməyin. Çünki onu yemək (bəndəlik dairəsindən çıxmaq,) həddi aşmaqdır. Həqiqətən, şeytanlar öz dostlarına təlqin edirlər ki, sizinlə höcətləşməyə qalxsınlar. (Məsələn, deyirlər ki, ölü heyvanla kəsilmiş heyvan arasında nə fərq var ki?!) Əgər onlara itaət etsəniz, şübhəsiz, siz də müşrik olarsınız.”


Nöqtələr


◘Haram yemək qəlbdə qəsavət yaratdığından, onu bərkitdiyindən başqa günahlar üçün də zəmindir. İslam haram yeməyi ciddi şəkildə qadağan etmişdir.

◘“Maidə” surəsinin 5-ci ayəsində oxuduq ki, kitab əhlinin yeməkləri sizin üçün halaldır. Bu ayə isə deyir: “Allahın adı çəkilmədən kəsilmiş hər bir heyvanın əti haramdır.” Kitab əhli bu şərtə riayət etmədiyindən onların süfrəsindəki ətlər bizim üçün haram olur. Qeyd olunmuş ayədə isə ətsiz xörəklər nəzərdə tutulmuşdur.1

◘Şeytanlar bu sayaq vəsvəsələr edirlər: “Ölü heyvanı Allah öldürüb və Allahın öldürdüyü heyvan insanın öldürdüyündən üstündür. Nə üçün ölü heyvan haram, zibh olunmuş heyvan isə halal olmalıdır?” Bilməliyik ki, əsas məsələ Allahın əmrlərini yerinə yetirməkdir. Ölü heyvanın qanı onun bədənində qaldığından, adətən, bu qanda xəstəliklər olur. Bundan əlavə, heyvanın ölməsi özü də onun xəstəlik dəlilidir.

Bildirişlər


1. Müsəlman hətta qidalanma məsələsində də dini öhdəçiliklərə əməl etməlidir.

2. Zibh zamanı Allahın adının çəkilməsi sadəcə dəbdəbə deyil. Bu hökmü icra etmək zəruridir. Onu tərk etmək isə günah sayılır.

3. Harada inamsızlıq çoxdursa, təkidə ehtiyac var. Zibhin halallığını cahil insanlara qəbul etdirmək çətin olduğundan Allah bu məsələni bir neçə təkidlə bəyan edir.(İsmi cümlə, “innə” və “lam” hərfi təkid nişanəsidir.)

4. Haramla qidalanan insanda şeytani təlqinləri qəbul etmək üçün zəmin yaranır.

5. Şeytanların vəsvəsə və təlqin gücü var.

6. Şeytanın vəsvəsələri Allahın övliyalarına yox, yalnız onların öz övliyalarına təsir edir.

7. İnsanın höcətlərinin əsasını vəsvəsələr və həvəslər təşkil edir.

8. İlahi hökmlər mövzusunda höcətləşmə şeytani təlqinlərdəndir.

9. Dini hökmlərdə höcətləşmə insanı şirkə çəkir.

10. Əməldə Allahdan qeyrilərinə tabe olan allahpərəstlər müşrikdirlər.


122. ﴿أَوَ مَن كَانَ مَيْتًا فَأَحْيَيْنَاهُ وَجَعَلْنَا لَهُ نُورًا يَمْشِي بِهِ فِي النَّاسِ كَمَن مَّثَلُهُ فِي الظُّلُمَاتِ لَيْسَ بِخَارِجٍ مِّنْهَا كَذَلِكَ زُيِّنَ لِلْكَافِرِينَ مَا كَانُواْ يَعْمَلُونَ

(Cəhl və şirk vasitəsi ilə) öldüyü halda öz hidayətimizlə həyat bəxş etdiyimiz, xalq arasında yolunu tapa bilməsi üçün bir nur qərar verdiyimiz kəs, (cəhl və şirk) zülmətlərində qərar tutub qurtula bilməyən kəs kimi ola bilərmi? Beləcə, kafirlər üçün etdikləri işlər zinətləndirilmişdir.”



Yüklə 3,26 Mb.

Dostları ilə paylaş:
1   ...   60   61   62   63   64   65   66   67   ...   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin