Мөһсин Гәраәти



Yüklə 3,26 Mb.
səhifə63/76
tarix23.10.2017
ölçüsü3,26 Mb.
#11917
1   ...   59   60   61   62   63   64   65   66   ...   76

Nöqtələr


◘“Təsğa” “səğv” sözündən olub təmayül mənasını bildirir. Bu meyl eşitmək vasitəsi ilə hasil olur.

◘“İqtiraf” bir şeyin təhsili, kəsbi mənasını bildirir.


Bildirişlər


1. İnsanın doğru yoldan azması üçün vəsvəsələr və təbliğatlar kifayət etmir. Dinləmək, vurulmaq, təslim olmaq təsirlidir.

2. İnsanın axirətə inanmaması şeytanın ona nüfuz səbəbidir.


114. ﴿أَفَغَيْرَ اللّهِ أَبْتَغِي حَكَمًا وَهُوَ الَّذِي أَنَزَلَ إِلَيْكُمُ الْكِتَابَ مُفَصَّلاً وَالَّذِينَ آتَيْنَاهُمُ الْكِتَابَ يَعْلَمُونَ أَنَّهُ مُنَزَّلٌ مِّن رَّبِّكَ بِالْحَقِّ فَلاَ تَكُونَنَّ مِنَ الْمُمْتَرِينَ

(De ki, bir bu qədər aşkar dəlillə) Allahdan qeyrisinimi hakim seçim? Halbuki sizə doğru səmavi kitabı müfəssəl şəkildə nazil edən Odur. Kitab verdiyimiz kəslər (yəhudi və məsihilər) bilirlər ki, bu kitab sənin Rəbbin tərəfindən haqq olaraq nazil olmuşdur. Heç vaxt tərəddüd edənlərdən olma.”


Nöqtələr


◘Bəzilər “həkəm” sözünü “hakim” sözü ilə eyni bilmişlər. Bəziləri isə bildirirlər ki, “həkəm” hər iki tərəfin seçdiyi hakimdir. Hakim isə istənilən halda mühakimə aparan şəxsə deyilir.1 “Məcməul-bəyanda” deyilmişdir: “İstənilən bir qaziyə hakim deyilirsə də, həkəm yalnız haqqı əsas götürərək mühakimə aparandır.

◘111-ci ayədə deyilirdi ki, əgər ölülər onlarla danışsa və ya mələklər nazil olsa, onlar yenə iman gətirməyəcəklər. Bu ayədə buyurulur: “Kitab əhli Quranın vəhy olduğunu bilir. Onların möcüzə istəyi yalnız bəhanədir.”

◘Peyğəmbər öz yolunda tərəddüd etmir. Ayədə peyğəmbərə yox, öz yolunda tərəddüddə olan müsəlmanlara müraciət olunur.

Bildirişlər


1. Quran kimi bir kitab olduğu halda başqa hakimlərin sorağınca getmək yanlış və məzəmmət olunasıdır.(Allahdan savay kimsənin qanun vermək və mühakimə aparmaq haqqı yoxdur.)

2. Allah Quranı müfəssəl şəkildə nazil etmişdir.

3. İslam qanunları və hökmlərində şübhəyə yer yoxdur.

4. İslamın haqq olması dəlillərindən biri ötən peyğəmbərlərin Tövratda və İncildə müjdə verməsidir. Çünki başqa bir ayədə buyurulur: “Kitab əhli İslam peyğəmbərini öz övladları kimi tanıyırdılar.”1

5. Rəhbər tərəddüddən uzaq qətiliklə dəvət etməlidir.

6. Kitab əhli iman gətirməyib deyə tərəddüdə düşməməliyik. Çünki onlar Quranın haqq olmasını yaxşı bilirlər. İnkarçılıqlarının səbəbi isə inadkarlıqlarıdır.



115. ﴿وَتَمَّتْ كَلِمَتُ رَبِّكَ صِدْقًا وَعَدْلاً لاَّ مُبَدِّلَ لِكَلِمَاتِهِ وَهُوَ السَّمِيعُ الْعَلِيمُ

Rəbbinin kəlamı sədaqət və ədalətlə kamal və tamlıq həddinə çatdı. Onun kəlmələrini dəyişəcək kimsə yoxdur və O eşidən, biləndir.”


Nöqtələr


◘Əvvəlki ayəyə əsasən bu ayədəki “kəlimə” sözü Quran ayələrinə işarədir. Amma Quran və rəvayət terminologiyasında “kəlimə” bəzən qəti vəd mənasını bildirir.2 Qeyd olunan ayədə uyğun söz Bəni-İsrailə səbirlərinə xatir ilahi vədin gerçəkləşməsini bildirir. Bəzən bu söz din mənasında işlədilmişdir. “Kəlimətullah”, yəni Allahın dini. Bəzən isə «kəlimə» dedikdə peyğəmbər və ilahi övliyalar nəzərdə tutulur.3 Rəvayətlərdə məsum imamların dilindən nəql olunur ki, biz ilahi kəlmələrik.4

Bildirişlər


1. Quran son səmavi kitab, İslam son ilahi dindir.

2. İslam peyğəmbərinin risalətinin sübutu üçün Quran kamil möcüzədir.

3. Quran cəmiyyətin hidayəti ilə bağlı bütün ehtiyaclara cavab verir.

4. İslam ötən dinlərin mükəmməlidir.

5. İslam peyğəmbərinin besəti ilə dinin tamamlanması Allahın rübubiyyət cilvəsidir.

6. İlahi qanun və sünnələrin varlıq nizamında əsası sədaqət və ədalətdir.

7. Quran xəbərləri doğrudur, onun hökmləri ədalət üzərində qurulmuşdur. Digər bir ayədə də bu məsələyə toxunulur.5

8. Quranda təhrifə yol yoxdur.

9. Allah ehtiyacları çox yaxşı bilir və bu ehtiyacları nəzərə alaraq Quran nazil etmişdir.
116. ﴿وَإِن تُطِعْ أَكْثَرَ مَن فِي الأَرْضِ يُضِلُّوكَ عَن سَبِيلِ اللّهِ إِن يَتَّبِعُونَ إِلاَّ الظَّنَّ وَإِنْ هُمْ إِلاَّ يَخْرُصُونَ

Əgər yer üzündəki bir çox insanlara itaət etsən, səni Allahın yolundan azdırarlar. Çünki onlar yalnız gümana itaət edirlər. Onlar zənn-gümandan başqa bir şeyə varmırlar.”


Nöqtələr


◘“Xərs” təxmin, güman mənasını bildirir. Bəzi təxminlər heç nəyə əsaslanmadığından bu söz yalan mənasında da işlədilir.2

Bildirişlər


1. Xalqın və çoxluğun yolu yox, hidayət və Quran yolu meyardır.

2. Çoxluq haqlılıq deyil. Meyar say yox, həqiqətdir. Ona görə də haqq yolla addımlayarkən azlıqdan qorxmayın.

3. Çoxluğun diqqətini qazanmaq bəzən insanın məhvi və ya yolunu azması bahasına başa gəlir. (Çoxluğun rəyinə uyğun olmasa da, Allahın yolu ilə hərəkət edək.)

4. Çoxluq o qədər aldadıcıdır ki, hətta Allah da Öz peyğəmbərlərini çoxluğa itaətdən çəkindirir.(Peyğəmbərlər çoxluğa yox, vəhyə tabedir.)

5. Azğınlıqların kökü zənn və gümana istinad edilməsidir.

6. Haqqı qoyub zənn-güman və həvəs ardınca gedən çoxluğa itaət etmək olmaz.

7. Yol seçimində zənn-güman yox, ciddi dəlillər əsas götürülməlidir.
117. ﴿إِنَّ رَبَّكَ هُوَ أَعْلَمُ مَن يَضِلُّ عَن سَبِيلِهِ وَهُوَ أَعْلَمُ بِالْمُهْتَدِينَ

Həqiqətən, sənin Rəbbin Özü Onun yolundan azanlardan və hidayətə yetişənlərdən daha yaxşı xəbərdardır.”


Nöqtələr


◘Əvvəlcədən ilahi hidayət yolunu tutmuş kəs “Məhdiyy” adlanır. Buna məsum imamlar misal ola bilər. “Mühtədi” isə zəlalətdən sonra hidayət olunandır.3

Bildirişlər


1. Bəşərin elmi olsa da, yalnız Allah mütləq və gerçək elm sahibidir.(“O” əvəzliyi mübtəda və xəbər arasında inhisar əlamətidir.)

2. Tərbiyənin dərin agahlığa ehtiyacı var.

3. Təzahür və nifaqla özünüzü və başqalarını aldatmayın. Allah hamını yaxşı tanıyır.

4. Əksəriyyətə yox, “ələmə”, yəni ən elmliyə itaət edək.


118. ﴿فَكُلُواْ مِمَّا ذُكِرَ اسْمُ اللّهِ عَلَيْهِ إِن كُنتُمْ بِآيَاتِهِ مُؤْمِنِينَ

Əgər ilahi ayələrə imanınız varsa yalnız (zibh zamanı) Allahın adı çəkiləndən yeyin.”



Yüklə 3,26 Mb.

Dostları ilə paylaş:
1   ...   59   60   61   62   63   64   65   66   ...   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin