Мөһсин Гәраәти



Yüklə 3,26 Mb.
səhifə59/76
tarix23.10.2017
ölçüsü3,26 Mb.
#11917
1   ...   55   56   57   58   59   60   61   62   ...   76

Nöqtələr


◘“Heyət” (ulduzşünaslıq) elmi ən qədim bəşər elmlərindəndir. İnsan səhra və dəniz səfərlərində ulduzlardan istifadə edir. Bu vasitə etibarlı, həmişəlik, toxunulmaz, təbii və hədsiz bir vasitədir.

◘İslamın təbiət səhnələrinə xüsusi diqqəti var. Bəzi Quran surələri təbiətdəki əşyaların adı ilə adlandırılmışdır. İslami ibadətlər də təbiətlə bağlıdır. Vaxtı tanıma (vəqtşünaslıq), qibləni tanıma, günəş və ayın batması, ayət namazı, ayın əvvəlinin və sonunun təyini bu qəbildəndir. Bu zərurətlər insanların heyət elmi ilə tanışlığına səbəb olmuşdur. Nəticədə, Bağdad, Dəməşq, Qahirə, Marağa, Əndəlus rəsədxanaları tikilmiş, bu mövzuda müsəlmanlar tərəfindən dəyərli kitablar yazılmışdır.

◘Allah insanı nadir hallarda olsa da, ehtiyaclı olduğu dəniz və quru səfərlərində hidayət etmiş, yol göstərmişdir. Əgər müvəqqəti ömürdə baş verən səfərlərdə insan hidayət olunmuşsa, onun haqqa doğru əbədi səfərdə bələdçisiz qalması mümkündürmü? Quru və dəniz səfərlərində insana yol göstərilməsi bəşəriyyətin Allaha doğru hidayətində risalət və imamətin zərurətindən danışır.

◘Hədislərdə «hidayət edən, yol göstərən ulduzlar» dedikdə məsum rəhbərlər, ilahi övliyalar nəzərdə tutulur.1


Bildirişlər


1. Ulduzlar Allahın məxluqu və yol göstərən vasitələridir. (Bəzilərinin düşündüyü kimi, ulduzlar xaliq və ya tədbirçi deyildir.)

2. Səmadakı ulduzların nizamı o qədər dəqiqdir ki, onların vasitəsi ilə yerdə yol tapmaq olar.

3. Əlbəttə ki, təklikdə ulduzların ölçüsünü, çəkisini, aralarındakı məsafəni, hərəkət sürətini, bir sözlə ulduzşünaslıq və nücum elmini bilməklə Allaha çatmaq olmaz. İnsan bu yolda Allahı tanımaq məqsədində olmalıdır.

(Bəli, insanın öz simasını səliqəyə salması üçün təkcə güzgüyə baxmaq bəs etmir. Güzgüyə baxdıqdan sonra insan özünü səliqəyə salmalıdır. Bəlkə də bir çox güzgü satanlar gündə təkrar-təkrar ona baxsalar da, hətta yaxalarını belə səliqəyə salmırlar.)


98. ﴿وَهُوَ الَّذِيَ أَنشَأَكُم مِّن نَّفْسٍ وَاحِدَةٍ فَمُسْتَقَرٌّ وَمُسْتَوْدَعٌ قَدْ فَصَّلْنَا الآيَاتِ لِقَوْمٍ يَفْقَهُونَ

Odur sizi bir nəfsdən yaradan. Bəziləri qərarlaşdı (dünyaya gəldi) və bəziləri (pərdələr arxasında, ana bətnində) əmanət saxlanıldı. Biz Öz ayələrimizi anlayan qövm üçün ətraflı bəyan etdik.”


Nöqtələr


◘“Ənşəə” sözündə iki zəruri nöqtə var: İxtira və ardıcıl tərbiyə. İnsanın yaranışında da ixtira və yeniliklər vardır. Eləcə də, bu zaman ardıcıl tərbiyə yaddan çıxarılmamalıdır. Bəli, bir şeyi təkrar yaratmaq və ya yaradıb başına buraxmaq elə də dəyərli deyildir.

◘“Qərarlaşdı” və “əmanət qoyuldu” təbirlərinin başqa bir mənası da var. Məsələn, insanın ruhu daimi, cismi müvəqqətidir. İnsanda iman ya daimidir, ya da davamsız. İnsan ana bətnindəki daimi nütfədən və atanın davamsız nütfəsindən yaranır. O, yer üzündə qərarlaşıb qiyamət gününədək qəbirdə əmanət qalır. Nemətlər bəzən davamlı, bəzən davamsız olur. İmam Sadiqdən (ə) nəql olunmuş bir duada deyilir ki, Qədir bayramı namazından sonra Allahdan Onun nemətlərinin davamlı olmasını istəyin. Çünki Allah Özü iki hal bəyan etmişdir.2


Bildirişlər


1. Sizin hamınızın əsli və kökü birdir. Bəs bu qədər ixtilaf və üstünlük istəyi nə üçündür?!

2. İnsanın yaranışında bir bu qədər çeşidlilik və yeniliyin mövcudluğu (özü də tənha bir nəfsdən) Allahın əzəmətini göstərir.

3. Bütün verilənlər daimi olmur. Nə qədər ki, nemət və imkan var, ondan ən üstün şəkildə faydalanaq.

4. İnsan nə qədər ki, düşüncə əhli deyil, maarifdən faydalanmaz.


99. ﴿وَهُوَ الَّذِيَ أَنزَلَ مِنَ السَّمَاء مَاء فَأَخْرَجْنَا بِهِ نَبَاتَ كُلِّ شَيْءٍ فَأَخْرَجْنَا مِنْهُ خَضِرًا نُّخْرِجُ مِنْهُ حَبًّا مُّتَرَاكِبًا وَمِنَ النَّخْلِ مِن طَلْعِهَا قِنْوَانٌ دَانِيَةٌ وَجَنَّاتٍ مِّنْ أَعْنَابٍ وَالزَّيْتُونَ وَالرُّمَّانَ مُشْتَبِهًا وَغَيْرَ مُتَشَابِهٍ انظُرُواْ إِلِى ثَمَرِهِ إِذَا أَثْمَرَ وَيَنْعِهِ إِنَّ فِي ذَلِكُمْ لآيَاتٍ لِّقَوْمٍ يُؤْمِنُونَ

Səmadan su nazil edən Odur. Onun vasitəsi ilə hər cür otlar çıxardıq və ondan bitkilər cücərtdik. Ondan (bitkilərdən) bir-birinə oturmuş və biçilən dənlər çıxardıq. Xurma qönçələrindən bir-birinə yaxın salxımlar (ərsəyə gətirdik) və üzüm, zeytun, nar bağları (yetirdik), bəziləri bir-birinə oxşar, bəziləri isə yox. Bar verdiyi və meyvəsi yetişən zaman ona bax. Həqiqətən, onda imanlı qövmü üçün nişanələr var.”


Nöqtələr


◘Əvvəlki ayədə buyuruldu: “Bütün insanlar vahid bir nəfsdəndirlər. Bu ayədə buyurulur: “Bütün otlar, ağaclar və meyvələr eyni bir çeşmədəndir və o yağış suyudur.”

◘“Mutərakib” sözü “rükub” sözündən olub bir-birinə sıxılmış, üst-üstə minmiş meyvələr mənasını bildirir. “Təl” xurmanın birbaş salxımı, “qinvan” isə sonradan xurma salxımını təşkil edən nazik iplərdir. “Daniyə” bir-birinə yaxın və ya yerə yaxın, eləcə də, ağırlıqdan yerə yaxınlaşmış salxıma deyilir. “Mütəşabeh” dedikdə ya zahirən bir-birinə bənzər ağaclar, ya da bir-birinə bənzər meyvələr nəzərdə tutulur.

◘Bu və bundan əvvəlki iki ayədə ardıcıl olaraq üç təbir işlənildi: “bilən”, “anlayan”, “iman gətirən” qövm. Dördüncü bildirişdə bunun səbəbi bəyan olundu.

Bildirişlər


1. Bütün otların və nəbatatın cücərmə səbəbi yağış suyudur.

2. Həm yağış yağması, həm də ot və meyvələrin cücərməsi Allahın işidir.

3. İnsanın meyvələrlə əlaqəsi təkcə maddi əlaqə deyil. Bu həm də fikrən tövhidi bir əlaqədir.

4. Ulduzlardan istifadə üçün elm və ixtisas lazımdır. Bəşər karvanının bir nəfsdən olmasını və bu karvanın davamlı və davamsız şəkildə cərəyanını anlamaq üçün dərin düşüncə lazımdır. Ot, yağış və meyvələrdən mənəvi bəhrələnmənin dərk olunması və bütün varlıq aləminin Allaha bağlılığından xəbərsiz qalmamaq üçün iman tələb olunur.


100. ﴿وَجَعَلُواْ لِلّهِ شُرَكَاء الْجِنَّ وَخَلَقَهُمْ وَخَرَقُواْ لَهُ بَنِينَ وَبَنَاتٍ بِغَيْرِ عِلْمٍ سُبْحَانَهُ وَتَعَالَى عَمَّا يَصِفُونَ

Onlar Allaha cinlərdən şəriklər qərar verdilər. Halbuki onları da Allah yaratmışdı. Nadanlıq səbəbindən Allah üçün oğlanlar və qızlar uydurdular. Allah onların vəsflərindən üstün və pakdır.”



Yüklə 3,26 Mb.

Dostları ilə paylaş:
1   ...   55   56   57   58   59   60   61   62   ...   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin