Nöqtələr
◘Ayənin nazilolma şəni haqqında deyilir ki, pullu kafirlərdən bir dəstəsi peyğəmbərin ətrafında Əmmar və Bilal kimi fəqirləri gördükdə həzrətin onları özündən uzaqlaşdırmasını təklif edirdilər. Bu vaxt haqqında danışılan ayə nazil oldu. Mövzunun oxşarı “Kəhf” surəsinin 28-ci ayəsində də bəyan olunmuşdur.
◘“Təfsire-Qurtubi”də nəql olunur: “Bu ayə nazil olduqdan sonra həzrət Peyğəmbər (s) son fəqir ayağa qalxanadək fəqirlərin məclisindən qalxmazdı.”
◘«Sübh və axşam Allahı çağırmaq» dedikdə gündəlik namazlar nəzərdə tutula bilər.2
Bildirişlər
1. Səmimi, fəqir, mücahid qüvvələrin hifzi kafir varlıları cəzb etməkdən daha mühümdür.
2. Məqsəd vasitəni əhəmiyyətsiz etmir. Küfr başçılarını cəzb etmək üçün mövcud müsəlmanlara diqqətsizlik göstərmək olmaz.
3. İslam ayrıseçkilik, millətpərəstlik, imtiyaz tələblik və bac istənilməsi ilə mübarizə aparan məktəbdir. (Ayənin nazil olma şəninə əsasən.)
4. Peyğəmbərlərin əksər tərəfdarları yoxsullar olmuşlar. (Ayənin nazil olma şəninə əsasən.)
5. Bəhanəçi adamlar rəhbər və əqidə məktəbində eyb tapa bilmədikdə, həmin məktəbin ardıcıllarının yoxsulluğunu eyb göstərirlər.(Ayənin nazil olma şəninə əsasən.)
6. Heç bir imtiyaz imanla müqayisə oluna bilməz.
7. Ölçü insanların hazırkı halıdır. Əgər mömin yoxsulların əvvəllər xataları olubsa, onlarla Allah hesab çəkəsidir.
8. Hamı ilə Allah hesab çəkəsidir. Hətta başqalarının hansı yolu seçməsi üçün peyğəmbərlər məsuliyyət daşımır. Peyğəmbərin özünün də hesab-kitabı var.
9. İxlaslı yoxsulların rədd olunması zülmdür.
53. ﴿وَكَذَلِكَ فَتَنَّا بَعْضَهُم بِبَعْضٍ لِّيَقُولواْ أَهَـؤُلاء مَنَّ اللّهُ عَلَيْهِم مِّن بَيْنِنَا أَلَيْسَ اللّهُ بِأَعْلَمَ بِالشَّاكِرِينَ﴾
“Bu sayaq xalqın bəzilərini digərləri vasitəsi ilə sınadıq ki, (istehza ilə) desinlər: «Bizim aramızdan Allahın minnət qoyduğu kəslər bunlarmıdır?» Məgər Allah şükür edənlərin halını daha yaxşı bilmirmi?”
Nöqtələr
◘Quran dəfələrlə sərmayədarların, varlıların yuxarıdan getməsini, tələbkarlığını bəyan və məhkum etmişdir. Onlar umurdular ki, vəhy və Quran onlara nazil olsun. Onlar deyirdilər: “Bizim aramızda onamı vəhy nazil oldu?!”1 Başqa bir ayədə bu etiraz belə bəyan olunur: “Nə üçün vəhy həmin iki yerdən olan böyük bir şəxsə nazil olmadı?!”2
◘Həqiqi möminlər iman nemətinə görə şükür edirlər. Bir şəxs imam Kazimə (ə) öz yoxsulluğundan şikayət etdikdə həzrət buyurdu: “ Sənin nəzərincə ən varlı adam kimdir?” Həmin şəxs dedi: “Xəlifə Harun ər-Rəşid.” İmam (ə) soruşdu: “İmanını verib onun sərvətini almağa hazırsanmı?” Yoxsul dedi: “Xeyr.” İmam (ə) buyurdu: “Demək, sən ondan varlısan. Çünki səndə onun sərvəti ilə dəyişmək istəmədiyin bir şey var.”3
Bildirişlər
1. İctimai fərdlər bəzən sınaq və inkişaf vasitəsi olur. Varlılar cəmiyyətdəki kasıblarla sınağa çəkilir.
2. Varlılar yoxsulları təhqir edir və özlərini daha dəyərli sayırlar.
3. İmanlı yoxsullar Allahın seçilmişləridir.
4. Kafirlərin təhqirlərinin cavabı möminlərlə ilahi nəvaziş və məhəbbətlə verilir.
5. Allahın fəqirlərə minnəti onların şükrünün nəticəsidir.
6. Allah xalqın istəyi əsasında yox, Öz hikməti əsasında iş görür.
7. Peyğəmbərlər şükür edənlərin bariz nümunələridirlər. Peyğəmbərlərin hidayətini qəbul edən fəqirlər də hidayət nemətinə şükr edənlərdir.
54. ﴿وَإِذَا جَاءكَ الَّذِينَ يُؤْمِنُونَ بِآيَاتِنَا فَقُلْ سَلاَمٌ عَلَيْكُمْ كَتَبَ رَبُّكُمْ عَلَى نَفْسِهِ الرَّحْمَةَ أَنَّهُ مَن عَمِلَ مِنكُمْ سُوءًا بِجَهَالَةٍ ثُمَّ تَابَ مِن بَعْدِهِ وَأَصْلَحَ فَأَنَّهُ غَفُورٌ رَّحِيمٌ﴾
“Nə vaxt ayələrimizə iman gətirənlər yanına gəlsələr, de ki, salam olsun sizə! Rəbbiniz Özü üçün rəhməti müəyyənləşdirmişdir ki, sizlərdən hər hansınız nadanlıq üzündən pis iş gördükdə, tövbə qılıb özünü islah etsin. Şəksiz, Allah bağışlayan və mehribandır.”
55. ﴿وَكَذَلِكَ نفَصِّلُ الآيَاتِ وَلِتَسْتَبِينَ سَبِيلُ الْمُجْرِمِينَ﴾
“Biz beləcə ayələri (xalq üçün) açıq-aydın bəyan edirik (ki, haqq aşkar,) günahkarların yolu və qaydası aydın olsun.”
Nöqtələr
◘Ayənin nazilolma şəni haqqında deyilir ki, bir dəstə günahkar şəxs peyğəmbərin xidmətinə gəlib dedilər: “Biz xeyli günaha yol vermişik.” Həzrət susdu və bu ayə nazil oldu.
◘Bu surədə iki dəfə “Özü üçün rəhməti yazdı, müəyyənləşdirdi” cümləsi işlədilmişdir. Cümlələrdən biri möminlərin qəlbini isitmək üçün dünya ilə bağlı bəyan olunur, digəri məada aiddir. (ayə 12)
◘Cəhalət bəzən elm, bəzən ağılla bağlı olur. 54-cü ayədə ağılla bağlı cəhalətdən danışılır. Yəni insanlar bildikləri halda, düşüncəsizlik cəhaləti səbəbindən günaha uğrayırlar.
Bildirişlər
1. Peyğəmbər ziyarətçisinin imanı ilahi lütfə çatma şərtlərindəndir.
2. Peyğəmbərin ziyarəti Allahın lütfünün əldə olunması yoludur.
3. Rəhbərlə xalq arasındakı rabitə məhəbbət üzərində qurulmalıdır.
4. Ən yaxşı salam “səlamun ələykum” deməkdir.
5. Möminlərin alçaldılmasına qarşı çıxın. 53-cü ayədə bildirildiyi kimi, möminlərə təhqiramiz şəkildə müraciət edirdilər. 54-cü ayədə isə Allah bu təhqirə cavab verir və peyğəmbərə göstəriş verir ki, möminlərə salam versin.
6. Salam İslamın şüarıdır. Böyük də kiçiyə salam verir.
7. Tərbiyəçi və təbliğatçı xalqa hörmətlə yanaşmalı və onlarla xoş rəftar etməlidir.
8. İnadkarlıq və təkəbbür üzündən olmayan günah bağışlana bilər. (Günahkarların bağışlanması üçün onların cəhaləti bir üzrdür.)
9. Allah rəhməti Özünə vacib etmişdir. Amma bu rəhmətə çatmaq üçün üzrxahlıq və tövbə lazımdır.
10. Tövbə təkcə dildə tövbə demək deyil. Qərara gəlib islah olmaq lazımdır.
11. Möminin tövbəsi hökmən qəbul olunur. Tövbə günahdan sonra gerçəkləşir.
12. İlahi əfv rəhmətlə müşayiət olunur. (Günahkar ümidini üzməməlidir.)
13. Günahkarların simasını, yolunu aydınlaşdırmaq məktəbin məqsədlərindəndir.
56. ﴿قُلْ إِنِّي نُهِيتُ أَنْ أَعْبُدَ الَّذِينَ تَدْعُونَ مِن دُونِ اللّهِ قُل لاَّ أَتَّبِعُ أَهْوَاءكُمْ قَدْ ضَلَلْتُ إِذًا وَمَا أَنَاْ مِنَ الْمُهْتَدِينَ﴾
“De ki, mənə sizin Allah əvəzinə çağırdıqlarınıza pərəstiş qadağan olunmuşdur. De ki, mən sizin nəfs istəklərinizə tabe olmuram, çünki bu halda yolumu azıb, hidayət tapanlardan olmayacağam.”
Dostları ilə paylaş: |