Мөһсин Гәраәти



Yüklə 3,26 Mb.
səhifə48/76
tarix23.10.2017
ölçüsü3,26 Mb.
#11917
1   ...   44   45   46   47   48   49   50   51   ...   76

Nöqtələr


Sual: Çoxsaylı ayələrdə ilahi övliyalar üçün heç bir qorxu olmadığı bildirilsə də, Allah qorxusu övliyalıq xüsusiyyətlərindən sayılır. Bunu necə izah etmək olar?

Cavab: Bəzən xəstə cərrahi əməliyyatdan qorxsa da, həkim onu arxayınlaşdırır. Həkim xəstəni inandırır ki, qorxu üçün heç bir səbəb yoxdur. Bununla belə, xəstə nigarançılıqdan xilas ola bilmir. İkincisi, ayələrdəki təbirlərdən məlum olur ki, ilahi övliyalara qorxu hakim olmur. Yəni söhbət qorxunun tamamilə olmamasından yox, qorxunun hakim olmamasından gedir. Əgər Quranda övliyalara münasibətdə “onlar qəmlənməzlər” deyirlərsə, söhbət daimi qəmdən gedir. Bu təbirlərdən belə bir nəticə alınmır ki, övliyalar qətiyyən qəmlənməzlər.

Bildirişlər


1. Peyğəmbərlərin iş çərçivəsini yalnız Allah müəyyənləşdirir.

2. Peyğəmbərlərin işi məcburiyyət yox, müjdə və qorxutmadır.

3. Peyğəmbərlərin ümumi üsulu eyni olmuşdur.

4. Hidayət və tərbiyə qorxu və ümid, cəza və mükafat kimi iki əsas üzərində müəyyənləşmişdir.

5. İman və saleh əməl bir-birindən ayrı deyil. İman olmayan yerdə əməl də faydasızdır.

6. Mömin şəxs işlərini islah üzərində qurmalıdır.

7. Saleh olmaq kafi deyil, həm də islahedici olmaq lazımdır.

8. İman və saleh əməl insanı qorxu və qəm-qüssə kimi ruhi xəstəliklərdən hifz edir. (Psixoloji sağlamlıq iman və saleh əməl sayəsində əldə olunur.)

9. Peyğəmbər cəmiyyətinin nailiyyəti orta, aram və əmin-aman bir quruluşdur.

10. İnsan fitrətən aramlıq və əmin-amanlıq sorağındadır.

11. Günahı davam etdirmək ilahi əzaba zəmin yaradır.
50. ﴿قُل لاَّ أَقُولُ لَكُمْ عِندِي خَزَآئِنُ اللّهِ وَلا أَعْلَمُ الْغَيْبَ وَلا أَقُولُ لَكُمْ إِنِّي مَلَكٌ إِنْ أَتَّبِعُ إِلاَّ مَا يُوحَى إِلَيَّ قُلْ هَلْ يَسْتَوِي الأَعْمَى وَالْبَصِيرُ أَفَلاَ تَتَفَكَّرُونَ

(Ey peyğəmbər! Xalqa) de ki, mən Allahın xəzinələrinin məndə olduğunu iddia etmirəm, qeybi də bilmirəm. İddia etmirəm ki, mən mələyəm. Mən vəhy olunandan başqa bir şeyə tabe olmuram. De ki, korla görən bərabərdirmi? Yoxsa düşünmürsünüz?”


Nöqtələr


◘İmansız xalq elə güman edirdi ki, yalnız ilahi xəzinələr onun ixtiyarında olan kəs peyğəmbər ola bilər. Ya da ki, onlar bütün çətinliklərini qeyb elmi yolu ilə həll etmək istəyirdilər. Bu ayədə peyğəmbərə əmr olunur ki, xalqın yersiz istəklərinin və yanlış düşüncələrinin qarşısını alsın. Peyğəmbər bu ayədəki göstərişə əsasən öz vəzifələrinin çərçivəsini bəyan etməli olur. Peyğəmbər deməlidir ki, mənim möcüzələrim sizin istəklərinizlə yox, ilahi çərçivədədir. Harada mənə vəhy olunsa möcüzə də olacaq. İstədiyiniz yerdə istədiyiniz şeyi gözləməyin.

◘Bu ayədə peyğəmbərin qeybi bilməsi müstəqil şəkildə inkar edilir. Bildirilir ki, bəzən qeybdən peyğəmbərə müəyyən məlumatlar əta olunur. Allah dəfələrlə həzrət Yusif, Məryəm, Nuhun tarixi haqqında İslam peyğəmbərinə buyurur: “Bu hekayələr sənə verdiyim qeybi məlumatlardır.” “Cin” surəsinin sonunda isə belə buyurulur: “Allahın qeyb elmi var və onu yalnız Öz övliyalarına əta edər.” Demək, qeyb elmi Allaha məxsusdur. Allah istədiyi vaxt bu elmdən bir hissəsini Öz övliyalarının ixtiyarına verir.

◘Bütün peyğəmbərlər xalqla eyni cür rəftar etmişlər. İslam peyğəmbərinin dediyi sözləri həzrət Nuh da xalqa demişdir.1

Bildirişlər


1. Peyğəmbərlər o qədər sədaqətlidirlər ki, bir iş qüdrətlərindən xaric olduqda bunu xalqa elan edirlər.

2. Xurafat və yalançı şəxslərin ortaya atılması ilə mübarizə peyğəmbərin fəaliyyətlərindəndir.

3. Peyğəmbərlərə yersiz istəklərlə müraciət etməyin.

4. Rəhbərin həyatı, məqsədləri və iş üsulu dərhal və aydın şəkildə xalqa bəyan olunmalıdır.

5. İmkan verməyin ki, xalq sizi olduğunuzdan üstün tanısın. Şəxsiyyətlər yalançı adları inkar etsələr, bir çox azğınlıqların qarşısı alınar.

6. Peyğəmbərlər pul və hədə ilə iş görmürdülər ki, başqaları qorxu və tamah üzündən onların ətrafında toplanıb, öz çətinliklərini qeyb elmi və ilahi xəzinələr vasitəsi ilə həll etmək fikrinə düşələr.

7. Peyğəmbərlər şəxsi həyatın və ya hökumətin idarəsi üçün başqaları kimi adi yollarla hərəkət edirlər. Peyğəmbərliyin sübutu üçün qeyb elmindən istifadə olunsa da, bu elmdən və ilahi xəzinələrdən şəxsi məqsədlə istifadə olunmur.

8. Peyğəmbər ilahi xəzinə və qeyb elminə malik olmasa da, ona vəhy gəldiyi üçün itaət edilməlidir.

9. Peyğəmbər nə şəxsi düşüncə və səliqə, nə də xalqın meyli əsasında iş görür. Onun işi yalnız vəhyə əsaslanır.

10. Peyğəmbərin rəftarı və sözü vəhyə əsaslandığından bizim üçün höccət, dəlildir.

11. Peyğəmbərə tabeçilik bəsirət, onlara arxa çevirmək korluqdur.

12. Düzgün düşüncə insanı peyğəmbərə tabeçiliyə vadar edir. Bu halda insan yersiz bəhanələr və istəkləri bir kənara qoyur.


51. ﴿وَأَنذِرْ بِهِ الَّذِينَ يَخَافُونَ أَن يُحْشَرُواْ إِلَى رَبِّهِمْ لَيْسَ لَهُم مِّن دُونِهِ وَلِيٌّ وَلاَ شَفِيعٌ لَّعَلَّهُمْ يَتَّقُونَ

Onun (Quranın) vasitəsi ilə Allahın hüzurunda məhşur olacağından (dayanacağından) qorxan kəslərə xəbərdarlıq et. (Çünki) onlar üçün Allahdan qeyri yardımçı və şəfaətçi yoxdur. Bəlkə çəkinələr.”


Nöqtələr


◘Quranda Allah-təala dəfələrlə peyğəmbərə buyurur ki, sənin xəbərdarlıqların yalnız Allahdan qorxanlara təsir edər.1

Bildirişlər


1. Peyğəmbərlərin hidayətinin təsir qoymasında fərdlərin hazırlığı şərtdir.

2. Məada etiqad təqvanın açarıdır.


52. ﴿وَلاَ تَطْرُدِ الَّذِينَ يَدْعُونَ رَبَّهُم بِالْغَدَاةِ وَالْعَشِيِّ يُرِيدُونَ وَجْهَهُ مَا عَلَيْكَ مِنْ حِسَابِهِم مِّن شَيْءٍ وَمَا مِنْ حِسَابِكَ عَلَيْهِم مِّن شَيْءٍ فَتَطْرُدَهُمْ فَتَكُونَ مِنَ الظَّالِمِينَ

Sübh və axşam Allahın razılığını istəyən halda Rəblərini çağıran kəsləri özündən kənarlaşdırma. Onların hesabından sənin öhdəndə, sənin hesabından onların öhdəsində bir şey yoxdur ki, onları rədd edib nəticədə zalımlardan olasan.”



Yüklə 3,26 Mb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin