Мөһсин Гәраәти



Yüklə 3,26 Mb.
səhifə45/76
tarix23.10.2017
ölçüsü3,26 Mb.
#11917
1   ...   41   42   43   44   45   46   47   48   ...   76

Bildirişlər


1. Peyğəmbər xalqın hidayəti yolunda özünü üzür və onların üz döndərməsindən qəmlənirdi.

2. Peyğəmbər müraciət etdiyi insanların ruhiyyəsini bilməlidir. Bilməlidir ki, inadkar bir dəstəyə hər hansı möcüzəni gətirsə də, onlar üz döndərəcəklər.

3. Həzrət Peyğəmbər (s) istənilən bir yolla xalqı hidayət etməyə çalışırdı. Amma Allah xəbərdarlıq edir ki, maneə kafirlərin inadkar ruhiyyəsindədir.

4. Allah bütün insanları hidayət edə bilər. Amma ilahi hikmətə əsasən, insan özü seçim etməlidir.

5. Bəhanəçi və inadkar insanların istəyini yerinə yetirmək, eləcə də, təbliğatçının səbirsizliyi cəhalətdir. (Yersiz istəklərin kökü çox vaxt cəhalət olur.)
36. ﴿إِنَّمَا يَسْتَجِيبُ الَّذِينَ يَسْمَعُونَ وَالْمَوْتَى يَبْعَثُهُمُ اللّهُ ثُمَّ إِلَيْهِ يُرْجَعُونَ

(Sənin dəvətini) yalnız eşidən qulağı olanlar qəbul edər. (Yaxınlaşmayan kafirlər) Qiyamət günü Allahın ayağa qaldıracağı və hamısı Ona doğru qaytarılacaq ölülərdir.”


Nöqtələr


◘Quran iman gətirməyənləri dəfələrlə ölü və kar kimi yad edir. “Nəml” surəsinin 80-cı və “Rum” surəsinin 52-ci ayələrində bu təbirlərlə rastlaşırıq.

Bildirişlər


1. İnsan yol seçimində azaddır.

2. Həqiqəti dinləmək və onu qəbul etmək mənəvi həyat və qəlbin diriliyi nişanəsidir.

(Bəli, mənəvi həyatı olmayan, haqqı qəbul etməyən insan ölüdür. Çünki yemək və yatmaq mənasında heyvanlar da yaşayır.)

3. Allah buyurur ki, haqqı axtaran qəlblər sənin, kafirlər isə Mənim öhdəmə, qiyamətdən sonra onlarla hesab çəkərəm.


37. ﴿وَقَالُواْ لَوْلاَ نُزِّلَ عَلَيْهِ آيَةٌ مِّن رَّبِّهِ قُلْ إِنَّ اللّهَ قَادِرٌ عَلَى أَن يُنَزِّلَ آيَةً وَلَـكِنَّ أَكْثَرَهُمْ لاَ يَعْلَمُونَ

Dedilər: “Nə üçün Allah tərəfindən ona (Məhəmmədə (s) bizim istədiyimiz) bir möcüzə nazil olmadı?” De ki, şübhəsiz, Allah nişanə və möcüzə gətirməyə qadirdir, Amma onların çoxu bilməz.”


Nöqtələr


◘Ayənin nazilolma şəni haqqında deyilir: Bəzi Qüreyş başçıları mənfi təbliğata əl ataraq İslam peyğəmbərinə deyirdilər ki, Quranın möcüzə olması bəs etmir, İsa, Musa, Saleh kimi möcüzələr gətir.1

Əlbəttə ki, həzrət Peyğəmbər (s) digər peyğəmbərlər kimi möcüzə gətirə bilərdi. Əgər o bu işi bacarmasaydı, o biri peyğəmbərlərin möcüzələri haqqında danışmazdı. Şiə və sünni rəvayətlərinə əsasən, İslam peyğəmbərinin Qurandan əlavə də möcüzələri olmuşdur.

◘Möcüzə gətirilməsində məqsəd Allahla peyğəmbər arasındakı xüsusi əlaqəni göstərməkdir. Bu işdə inadkar xalqın yersiz istəkləri səbəb ola bilməz. Əlbəttə ki, bəzən höccətin tamamlanması, bəhanələrə son qoyulması məqsədi ilə xalqın möcüzə istəyi yerinə yetirilir.

◘Tarix şahiddir ki, inadkar insanlara ardıcıl möcüzələr də təsir göstərmir. Belə möcüzələrdən sonra onlar Allahın qəzəbinə düçar olurlar. Quran buyurur ki, əgər biz mələkləri xalqa nazil etsəydik və ya ölülər onlarla danışsaydı, yenə də bəzi inadkarlar iman gətirməzdi.2


Bildirişlər


1. Müxaliflərin bəhanələrinə cavab verin.

2. Allah qadirdir, amma həm də hikmət sahibidir. O, qüdrətini o zaman göstərir ki, iş hikmətə əsaslansın.


38: ﴿وَمَا مِن دَآبَّةٍ فِي الأَرْضِ وَلاَ طَائِرٍ يَطِيرُ بِجَنَاحَيْهِ إِلاَّ أُمَمٌ أَمْثَالُكُم مَّا فَرَّطْنَا فِي الكِتَابِ مِن شَيْءٍ ثُمَّ إِلَى رَبِّهِمْ يُحْشَرُونَ

Yerdə heç bir canlı, iki qanadı ilə uçan heç bir quş yoxdur ki, onlar da sizin kimi ümmətlər olmasın. Biz bu kitabda (Quran və ya Lövhi-məhfuzda) heç nəyi ötürmədik. Sonra hamı öz Rəbbinin yanında toplanar.”


Nöqtələr


◘Quranda heyvanların həyatına xüsusi diqqət yetirilir. Onların yaranışı, şüuru və sifətlərinin xatırlanmasından xalqın hidayəti üçün istifadə olunur.1 Rəvayətlərdə, eləcə də təcrübədə heyvanların şüur və dərkini təsdiqləyən nümunələr çoxdur. Heyvanların həyatı ilə tanışlıq üçün diqqət göstərmək lazım gəlir.2

◘Ayədə kitab deyilərkən Quran və ya Lövhi-məhfuz nəzərdə tutulur. Onlar əslində yaranış kitabıdır.

◘Ayələrdə Quranın kamillik nişanəsi olan təbirlər az deyildir.3

İmam Baqir (ə) buyurmuşdur: “Həzrət Peyğəmbər (s) və məsum imamların bütün sözlərinin Qurandan qaynaqlanması onun kamal göstəricisidir. Bir hədis deyəndə, bizdən onun Quran sənədini istəyin.”

Bir hədisdə həzrət Peyğəmbər (s) söz-söhbəti, iqtisadi çəkişmənin və ardıcıl sualları qadağan edir. İmam Baqirdən (ə) bu hədisin sənədi haqqında soruşulduqda buyurur: “Nisa” surəsinin 5, 114-cü, “Maidə” surəsinin 101-ci ayələri deyilənlərin Quran sənədidir.”4

Heyvanların şüuru


◘Ayə və rəvayətlərdən, eləcə də, təcrübədən məlum olur ki, şüur təkcə insana məxsus deyildir. Nümunələrə nəzər salaq:

1. Həzrət Süleyman öz qoşunu ilə bir məntəqədən keçərkən bir qarışqa o birilərinə dedi: “Dərhal evlərinizə dönün ki, Süleymanın qoşununun ayaqları altında qalmayasınız.5 Düşməni tanımaq qarışqaların xüsusiyyətidir. Amma Süleymanın və onun qoşununun haqqında deyilənlər adi xüsusiyyət deyil.

2. Hud-hud quşu səmada ikən xalqın şirkindən xəbər tutub Süleymana bu barədə xəbər verir. Bildirir ki, Səba məntəqəsinin sakinləri allahpərəst deyil. Bu vaxt ona xüsusi bir əmr verilir. Tövhidi, şirki, şirkin pisliyini, bu barədə Süleymana xəbər çatdırılmasının zəruriliyini bilməsi və xüsusi tapşırıq alması hud-hud üçün adi bir xasiyyət sayılmamalıdır.6

3. Hud-hud bir müddət görünməməsinin səbəbini Süleymana açıqlayarkən dəlil gətirir. Bu dəlil onun şüurlu olmasını göstərir.7

4. Bütün mövcudların Allaha təsbih deməsi barədə Quranın bildirişi təkvini təsbihi nəzərdə tutmur. Ayə bu təsbihin insanlar tərəfindən dərk olunmamasını qeyd edir. Təkvini təsbihi isə bizlər anlayırıq. Demək, Quran başqa bir təsbihdən danışır.

5. Quran ayələrində bütün mövcudların Allaha səcdə qıldığı bildirilir.8

6. Həzrət Süleymanın hərbi təlimlərində quşlar da iştirak edirdi.1

7. Quşlar bir-birləri ilə danışırdılar və Süleyman Allahın ona quş dili öyrətməsi ilə fəxr edirdi.2

8. Quranda qiyamət günü heyvanların məhşur olacağı bəyan olunur.3

9. Ayələrdə heyvanların şüur və agahanə ibadət nişanələri var.4

10. Bəzi heyvanlarda, o cümlədən itdə ev sahibi və onun övladlarına qarşı sədaqət var.

11. Ov itlərinin və polis itlərinin təlimi bu heyvanlarda xüsusi bir agahlığın olduğunu göstərir.

12. İslam bir heyvanı o biri heyvanın gözü qarşısında kəsməyə icazə vermir. Bu göstəriş heyvanlarda şüurun olduğuna işarədir.


Yüklə 3,26 Mb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin