Nöqtələr
◘İmam Sadiq (ə) buyurmuşdur: “Ləm təkun fitnətuhum” təbirindəki “fitnə” müşriklərin üzrxahlığına işarədir.”1
◘«Zəlləş-şəy» bir şeyin məhv olmasını bildirir.2
◘Yalançılar dünyada qazandıqları xasiyyətlərin tələbi ilə qiyamətdə də yalan deyirlər.3
◘Həzrət Əli (ə) bu ayə ilə bağlı buyurur: “Bu yalandan sonra onların dodaqlarına möhür vurular və digər əzaları haqqı təkrarlayar.”4
◘İmam Sadiq (ə) buyurmuşdur: “Allah qiyamət günü kimsənin ağlına gəlməyəcək şəkildə bağışlayar. Hətta müşriklər də deyər: “Biz müşrik olmamışıq.” (Bununla bağışlama diləyərlər.)5
Bildirişlər
1. Qiyamət o qədər qətidir ki, sanki indi də vardır. Peyğəmbər (s) bu dünyada da bəsirət gözü ilə qiyamət səhnələrinə şahid ola bilər.
2. Qeyri-ilahi istinadgahlar məhv olacaqdır.
3. İlahi məhkəmədə insanın yalanları və andları səmərəsizdir.
4. Qeyri-ilahi istinadgahlara bir bu qədər israr boş xəyaldan başqa bir şey deyildir.
25. ﴿وَمِنْهُم مَّن يَسْتَمِعُ إِلَيْكَ وَجَعَلْنَا عَلَى قُلُوبِهِمْ أَكِنَّةً أَن يَفْقَهُوهُ وَفِي آذَانِهِمْ وَقْرًا وَإِن يَرَوْاْ كُلَّ آيَةٍ لاَّ يُؤْمِنُواْ بِهَا حَتَّى إِذَا جَآؤُوكَ يُجَادِلُونَكَ يَقُولُ الَّذِينَ كَفَرُواْ إِنْ هَذَآ إِلاَّ أَسَاطِيرُ الأَوَّلِينَ﴾
“Onlardan bəziləri sənin sözünə qulaq asılar. Həmin sözü anlamamaları üçün onların qəlblərinə pərdə çəkmişik. Onların qulaqlarında (haqqa münasibətdə) ağırlıq qərar verdik. Onlar o qədər inadkardırlar ki, istənilən bir ayə və möcüzə görsələr, yenə də iman gətirməzlər. Bir həddə ki, yanına gəldikdə səninlə mübahisə edərlər. Kafir olanlar deyərlər: “Bu, qədimkilərə aid əfsanələrdən başqa bir şey deyildir.”
Nöqtələr
◘Bu ayənin nazilolma şəni haqqında deyilir ki, Əbu-Sufyan, Vəlid ibn Muğeyrə, Utbə, Şeybə və Nəzr ibn Haris Kəbə kənarında peyğəmbərin Quran tilavətini dinləyirdilər. Onlar Nəzrə dedilər: “Nə oxuyur?” Nəzr dedi: “And olsun Kəbənin Allahına ki, oxuduğunu anlamıram, amma bu, qədimkilərin əfsanələrindən başqa bir şey deyil. Mən bu dastanların oxşarını sizə danışmışam.” Sonra bu ayə nazil oldu.
◘“Əkinnə” pərdə mənasını bildirir. “Vəqr” ağırlıq, “əsatir” dinlənilməsi cazibəli olan ardıcıl və xəyali mətləblərdir.
◘Qəlbə pərdə çəkilməsi və qulaqların ağırlaşdırılması müşriklərdəki inadkarlıq ruhiyyəsinə əsaslanır.1
◘Əvvəlki ayədə söhbət müşriklərdən getsə də, bu ayədəki “əlləzinə kəfəru” təbirindən müşriklərin həmin kafirlər olduğu məlum olur.
Bildirişlər
1. Peyğəmbərlər və ilahi rəhbərlər kafirlərin və müxaliflərin, eləcə də, onların tərəfdarlarının ruhiyyələrindən xəbərdar olmalıdırlar.
2. Bütün kafirlərdən əlinizi üzməyin, onların bəziləri inadkardır.
3. Quran dinləmək qəlbə təsir göstərdikdə dəyərli olur.
4. Kafirlər öz inkarları üzərində möhkəm dayanmışlar. Elə bu səbəbdən də Allah onların qəlbinə pərdə çəkir.
5. İnadkarlıq dərmansız dərddir. O, dalğalı güzgü tək ən gözəl surətləri çirkin göstərir.
6. Əgər bir insan mübahisə, bədgümanlıq, mənfi bir ruhiyyə ilə hətta peyğəmbərlə görüşsə belə, bəhrəsiz qalacaq.
7. Peyğəmbərlərə münasibətdə kafirlərin heç bir düzgün və məntiqi müddəaları olmamışdır. Onlar məntiqsizlik və haqsızlıq səbəbindən höcətləşmə və böhtana əl atmışlar.
8. Quran kafirlər və müşriklər üçün də cazibədardır. («Əsatir» gözəl söhbət mənasını bildirir.)
26. ﴿وَهُمْ يَنْهَوْنَ عَنْهُ وَيَنْأَوْنَ عَنْهُ وَإِن يُهْلِكُونَ إِلاَّ أَنفُسَهُمْ وَمَا يَشْعُرُونَ﴾
“Onlar xalqı (peyğəmbər və Qurandan) ayırırlar. Özləri də ondan uzaq və məhrum qalırlar. (Amma bilsinlər ki,) yalnız özlərini həlak edirlər və anlamırlar.”
Nöqtələr
◘“Yənəvnə” uzaqlaşdırmaq mənasını bildirir.
◘Bəzi sünni alimləri bu ayənin Əbu-Talib haqqında olduğunu bildirirlər. Deyirlər ki, Əbu-Talib xalqı peyğəmbərə əziyyət verməyə qoymurdu. Amma özü də iman gətirmir və müsəlmanlıqdan kənar gəzirdi. Bəzi digər ayələrin də bu mövzuda olduğu bildirilir.1 Amma Əhli-beyt (ə) məktəbi ardıcıllarının nəzərincə Əbu-Talib ən üstün müsəlmanlardan olmuşdur. Həzrət Əlinin (ə) atası Əbu-Talibin müsəlman olmasının bir çox dəlilləri vardır. Onlardan bəzilərinə işarə edirik:
1. Həzrət Peyğəmbər (s) və Əhli-beytin (ə) uyğun mövzudakı buyruqları Əbu-Talibin iman gətirməsinin ən üstün dəlillərindəndir.
2. Əbu-Talib ən çətin şəraitlərdə həzrət Peyğəmbəri (s) himayə etmişdir.
3. Əbu-Talib öz şerlərində peyğəmbərə yaxınlığı və Allahla rabitəsini açıqlayır.
4. Əbu-Talib öz arvadına, övladına və qardaşı Həmzəyə tapşırır ki, İslamdan, namazdan və peyğəmbərdən muğayat olsunlar.
5. Həzrət Peyğəmbər s) Əbu-Talibin ölümü zamanı çox pərişan olur.
6. Əbu-Bəkr və Abbas şəhadət vermişlər ki, Əbu-Talib ölən zaman “La ilahə illəllah və Məhəmmədən rəsulullah” kəlmələrini söyləmişdir.
7. Həzrət Peyğəmbər (s) minbərdən Əbu-Talibə dua etmiş, onun cənazəsini dəfn etmiş, həzrət Əliyə Əbu-Talibi kəfənləmək göstərişi vermişdir. Həmin vaxt meyit namazı hökm olunmadığı üçün bu namaz qılınmamışdır. Qeyd etməliyik ki, Xədicə də vəfat edəndə meyit namazı qılınmadı.
8. Həzrət Əli (ə) Müaviyəyə yazdığı məktubda bildirir ki, mənim atam Əbu-Taliblə sənin atan Əbu-Süfyan arasında böyük fərq var.
9. Həzrət Peyğəmbər (s) buyurmuşdur: “Mən qiyamət günü atam, anam və əmim Əbu-Talibin şəfaətçisiyəm.
10. Hədisdə oxuyuruq ki, Allah Öz rəsuluna belə vəhy etdi: “Sənin ata-anana və himayəçinə od haramdır.”
11. Həzrət Əlinin (ə) anası Fatimə binti Əsədin müsəlman olmasında heç bir şəkk-şübhə yoxdur. Əgər Əbu-Talib müsəlman olmasaydı, həzrət Peyğəmbər (s) Fatimənin onda ərdə qalmasına icazə verməzdi.2
Bildirişlər
1. Kafirlər və müşriklər daim pozuculuq fəaliyyəti ilə məşğul olmuş və xalqı Qurandan ayırmağa çalışmışlar.
2. Haqqı qəbul etməmək insanın özünü fəlakətə salma səbəbidir.
3. Gerçək düşüncə haqqı tapmaqdır. Haqq yol və haqq rəhbəri itirmək istənilən bir şəxs tərəfindən şüursuzluqdur.
27. ﴿وَلَوْ تَرَىَ إِذْ وُقِفُواْ عَلَى النَّارِ فَقَالُواْ يَا لَيْتَنَا نُرَدُّ وَلاَ نُكَذِّبَ بِآيَاتِ رَبِّنَا وَنَكُونَ مِنَ الْمُؤْمِنِينَ﴾
“Əgər onları od ağzında saxlanılan vaxt görsəydin, (eşidərdin ki,) deyirlər: “Kaş ki, yenidən dünyaya qaytarılaydıq, Rəbbimizin ayələrini təkzib etməyəydik və möminlərdən olaydıq.”
Dostları ilə paylaş: |