Мөһсин Гәраәти



Yüklə 7,05 Mb.
səhifə22/94
tarix24.05.2018
ölçüsü7,05 Mb.
#51312
1   ...   18   19   20   21   22   23   24   25   ...   94

Nöqtələr


◘Əgər kafir bir şəxs müsəlman olsa, İslam qanunları onun bütün keçmişini pak tanıtdırır. Amma mürtəd bir şəxs tövbə edib yenidən müsəlman olsa, yerinə yetirmədiyi bütün əməlləri icra etməli, öz düşüncə və əməllərini təmizləməli, buraxdığı namaz və orucların qəzasını yerinə yetirməlidir.

Bildirişlər


1.Tövbə yolu hətta dindən çıxanlar üçün də açıqdır.

2. Həqiqi tövbənin nişanəsi günahların islahıdır.

3. Allah nəinki tövbələri qəbul edir, hətta günahları da bağışlayır. Allah tövbə edən şəxsi sevib ona mərhəmət göstərir.
90. ﴿ إِنَّ الَّذِينَ كَفَرُواْ بَعْدَ إِيمَانِهِمْ ثُمَّ ازْدَادُواْ كُفْرًا لَّن تُقْبَلَ تَوْبَتُهُمْ وَأُوْلَـئِكَ هُمُ الضَّآلُّونَ

Əlbəttə, iman gətirdikdən sonra kafir olan, öz küfrünü artıranların heç vaxt tövbəsi qəbul olmayacaq. Onlar həmin azğınlardır.


Nöqtələr


◘Mürtədlər və dindən çıxanlar iki növdür:

a) Milli mürtəd – onun nütfəsi qoyulan zaman ata-anası kafir idilər. Büluğ həddinə çatdıqdan sonra həmin şəxs küfrünü bildirib, sonradan İslamı qəbul edir. Sonra isə yenidən İslamdan çıxır. Bu şəxs müsəlman doğulmadığından cəzası yüngüldür.

b) Fitri mürtəd– bu şəxsin nütfəsi qoyularkən ata-anası müsəlman idi. Büluğ həddinə çatdıqdan sonra İslamı qəbul edir, sonradan dindən çıxır. Bu şəxsin cəzası ağırdır. Məsələn, edam.

◘Tövbə yolu kimsəyə bağlı olmasa da, kimlərsə tövbədən sui-istifadə etməməlidir. İmandan əl götürüb, daim küfr və inadkarlıq edən, yalnız ölüm məqamında və ya müsəlmanlar qələbə çaldıqdan sonra tövbə edənlərin tövbəsi qəbul olmayacaq. Çünki tövbənin şərtləri və yolları var. Belələrinin tövbəsində uyğun şərtlər ödənmir.


Bildirişlər


1. Yalnız ömrün sonunadək davam edən iman dəyərlidir. Küfrlə sonuclanan iman faydasızdır.

2. İnsan azaddır. O həm iman gətirə bilər, həm də kafir ola bilər. İnsan həm öz imanında, həm də küfründə möhkəm dayana bilər. O həm tövbə etmək, həm də günahını davam etdirmək imkanına malikdir.

3. Hər bir kamillik və ya azğınlıq artıb-azalmaq qabiliyyətinə malikdir. Məsələn, həm elm və hidayət1, həm də azğınlıq arta bilər.

4. Allah tövbələri qəbul edəndir. Amma bəziləri tövbənin qəbul şərtlərini pozurlar. Cərrah nə qədər mahir olsa da, xəstədə bərpa gücü olmadıqda nəticə hasil olmur.

5. Küfrdə israr və onun davamı tövbənin qəbul olmasının qarşısını alır.
91. ﴿ إِنَّ الَّذِينَ كَفَرُواْ وَمَاتُواْ وَهُمْ كُفَّارٌ فَلَن يُقْبَلَ مِنْ أَحَدِهِم مِّلْءُ الأرْضِ ذَهَبًا وَلَوِ افْتَدَى بِهِ أُوْلَـئِكَ لَهُمْ عَذَابٌ أَلِيمٌ وَمَا لَهُم مِّن نَّاصِرِينَ

Həqiqətən, küfr edib küfr halında (tövbəsiz) ölənlər yeri qızılla doldurub fidyə olaraq əvəz versələr, onların heç birindən heç vaxt qəbul olunmaz. Onlar üçün dərdli əzab var. Onların heç bir yardımçısı yoxdur.”


Nöqtələr


◘Dünya və axirət arasında fərqlər mövcuddur. O cümlədən:

1. Dünyada insanın qəm-qüssəsi başqalarına sirayət edir. Axirətdə isə belə deyil.

2. İnsan dünyada üzrxahlıq, kəffarə ödəmək, yalan və hiylə, tövbə və nalə vasitəsi ilə öz problemini həll edə bilir. Axirətdə isə başqa cürdür.

3. Dünya acılıqlarını aradan qaldırmaq olur. İnsan acılıqlara adət etdikdə onlar azalır. Axirətdə isə belə deyil.


Bildirişlər


1. Ən böyük təhlükə kafir halda ölməkdir. Müsəlman ölmək isə peyğəmbərlərin arzusudur.

2. Qiyamətdə dünya malı kara gəlmir. Yer tutan qədər qızılın qiyamətdə qara qəpik qədər dəyəri yoxdur.

3. İmanın dəyəri bütün maddiyyatın fövqündədir. Qiyamətdə yalnız iman insana nicat verə bilir.

4. Kafir halda ölüm şəfaət yolunu da bağlayır.


92. ﴿ لَن تَنَالُواْ الْبِرَّ حَتَّى تُنفِقُواْ مِمَّا تُحِبُّونَ وَمَا تُنفِقُواْ مِن شَيْءٍ فَإِنَّ اللّهَ بِهِ عَلِيمٌ

Sevdiyiniz şeylərdən (Allah yolunda) infaq etməyincə yaxşılığa yol tapmazsınız. Bilin ki, infaq etdiyiniz hər bir şeydən Allah hökmən xəbərdardır.”


Nöqtələr


◘Böyük xeyir-bərəkətə, əkin və ya yaşayış üçün hazır olan yerə “birr” deyilir. İstər insan, istərsə də digər canlıların qidası olan buğda isə “burr” adlanır.

Lüğət mənası “xeyirdə genişlənmədən” ibarət olan “birr” sözünün Quranda iman, saleh əməl, cihad, namaz, əhdə vəfa kimi nümunələri zikr olunur.1 Hamıya tövsiyə olunur ki, “birr” yerinə yetirməkdə bir-birlərinə yardımçı olsunlar.2 Bu ayədə də buyurulur ki, siz sevdiyiniz şeylərdən infaq etməyincə bu qiymətli incini əldə edə bilməyəcəksiniz.

Möminlərin infaqında nümunələr:

1. Mədinənin xurma ağaclarının çoxu Əbu-Təlhə Ənsariyə məxsus idi. O öz bağını çox sevirdi. Peyğəmbər məscidi ilə üzbəüz yerləşmiş bu bağda şirin sulu bir çeşmə vardı. Həzrət Peyğəmbər (s) arabir bu bağa daxil olub həmin çeşmənin suyundan içərdi. Bu gözəl və ali bağın xalqın diqqətini özünə cəlb edən böyük gəliri vardı. “Lən tənalul-birrə hətta...” ayəsi nazil olduqda Əbu-Təlhə Ənsari həzrət Peyğəmbərin (s) yanına gəlib ərz etdi: “Bu bağ mənim əlimdə olanlar arasında ən sevimlisidir. Onu Allah yolunda infaq etmək istəyirəm.” Həzrət Peyğəmbər (s) buyurdu: "Yaxşı müamilədir. Afərin sənə! Amma mən təklif edirəm ki, bu bağı yoxsul qohumların və yaxınlarına verəsən.” O, qəbul etdi və bağı öz yoxsul yaxınları arasında bölüşdürdü.1

2. Bir gün Əbuzərin evinə qonaqlar gəldi. Əbuzər dedi: “Mənim başım qarışıqdır, özünüz dəvələrimdən birini kəsib yemək hazırlayın.” Onlar arıq bir dəvə seçdilər. Əbuzər narahat oldu və soruşdu: “Nə üçün yaxşı bir dəvə götürmədiniz?” Dedilər: “Onu sənin gələcək ehtiyacların üçün saxladıq.” Əbuzər buyurdu: "Mənim ehtiyaclı günüm qəbir günümdür.”2

3. Həzrət Fatiməni (ə) toy günü ər evinə aparanda bir fəqir ondan köhnə bir köynək istədi. Həzrət Zəhra (ə) bu ayəni xatırlayıb öz təzə gəlinlik köynəyini infaq etdi.

4. Abdullah ibn Cəfər bir bağda işləyən qara qulam gördü. Yemək vaxtı bir it bağa daxil oldu və qulamın qarşısında oturdu. Qulam ona bir tikə çörək verdi. İt isə yenə oturub öz baxışları ilə nəsə gözləyirdi. Qulam öz yeməyini tikə-tikə itə verib qurtardı. Abdullah ondan soruşdu: “Özün nə yeyirsən?” Dedi: “Mənim bu gün payım yoxdur.” Abdullah soruşdu: “Nə üçün bu işi gördün?” Qulam dedi: ”Bu it uzaq yol gəlib və acdır.” Abdullah qulamın səxavətinə heyran qaldı. Həm bağı, həm də qulamı satın aldı. Qulamı azad edib bağı ona bağışladı.3

◘Hədisdə oxuyuruq ki, “birrə” çatmaq yolu valideyn ağız açmamış ona kömək etməkdir. Hətta valideyn ehtiyacsız olsa da.4

◘İmam Sadiq (ə) Müfəzzəl ibn Ömərə buyurdu: "Atamın belə buyurduğunu eşitdim: “Bir il ötdükdən sonra malından az və ya çox bizə çatmayan kəsə qiyamət günü Allah nəzər salmaz. Yalnız bağışladıqdan sonra nəzər salar. Ey Müfəzzəl! Bu, Allahın Öz kitabında şiələrə zəruri etdiyi bir vəzifədir. Biz birr, təqva və hidayət yoluyuq.”5


Yüklə 7,05 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   94




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin