Мөһсин Гәраәти



Yüklə 7,05 Mb.
səhifə21/94
tarix24.05.2018
ölçüsü7,05 Mb.
#51312
1   ...   17   18   19   20   21   22   23   24   ...   94

Nöqtələr


◘Bir-iki söz istisna olmaqla, bu ayə tamamilə Bəqərə surəsinin oxşarıdır.

◘İşin zahiri forması əsas deyil. Əsas məsələ son və yekun hədəfdir. Mümkündür ki, müxtəlif zamanlarda peyğəmbərlərin dəvət və fəaliyyət forması fərqli olsun. Məsələn, həzrət Musa Fironun üstünə gedir, həzrət Süleyman isə Bilqeys kimi hökmdarı dəvət edir. Amma hər iki halda son hədəf birdir. Məsum imamların da fəaliyyət növü eynilə belədir.

◘Keçmiş peyğəmbərlərdən gələcək peyğəmbərləri təqdim edib tanıtdırmaq istənilirsə, gələcək peyğəmbərdən də öz ardıcılları ilə birgə keçmiş peyğəmbərlərə iman gətirmək tələb olunur.

Bildirişlər


1. Öz imanınızı aşkar edin.

2. Peyğəmbərlərə iman Allaha imanın kənarında olmalıdır.

3. Özümüzdən əvvəlkilərin xidmətlərini unutmayaq.

4. Peyğəmbərlərin gəlməsi ilahi rübubiyyətin cilvəsidir.

5. İlahi hidayət və din bəşər tarixi boyu olmuşdur.

Peyğəmbərlər bir məktəbin müəllimləri kimidir; ibtidai siniflərdən tutmuş ali dərslərə qədər silsiləvari maarif tədris olunmalıdır.

6. Bütün peyğəmbərlər vahid hədəf uğrunda çalışıblar.

7. Bir peyğəmbərin digərindən üstün olması onlara iman gətirilməsində maneçilik yaratmır.

8. İslam peyğəmbəri digər peyğəmbərlərə öz imanını bildirməklə onların ardıcıllarını ümumi dəvətə çağırır.

9. İslam peyğəmbəri haqqa mütləq şəkildə təslimdir.

10. Peyğəmbərlər arasında fərq qoyanlar Allaha həqiqi mənada təslim olmamışlar.

11. Möminlər digər mövcudlarla həmahəng şəkildə Allaha təslim olublar.



85. ﴿وَمَن يَبْتَغِ غَيْرَ الإِسْلاَمِ دِينًا فَلَن يُقْبَلَ مِنْهُ وَهُوَ فِي الآخِرَةِ مِنَ الْخَاسِرِينَ

«Və hər kim İslamdan qeyri bir dinin ardınca getsə, heç vaxt ondan qəbul olunmaz və o, qiyamətdə zərər çəkənlərdən olacaq.»

Nöqtələr


◘«Yəbtəği» cümləsindən istifadə etməklə başa düşürük ki, ayədən məqsəd o şəxslərdir ki, İslam dini onlara gəlib çatıb, amma onlar bu dinə arxa çevirib digər əqidələrin arxasınca gediblər. Bu kimi şəxslər qiyamətdə ziyana düşmüşlərdən olacaq və onların dini qəbul olunmayacaq.

◘81-ci ayəyə diqqət yetirməklə məlum olur ki, bütün peyğəmbərlərlə bağladığı əhd-peymandır. Ona görə də islam Peyğəmbərinin gəlməsi ilə İslamdan qeyri dinlər qəbul olunmur.

◘Keçən ayələrdə İslam məktəbinin əsasları göstərilmişdir ki, onun ümumi prinsipləri aşağıdakılardır:

1.Keçmiş peyğəmbərlərin hamısından əhd-peyman alınmışdır ki, özündən sonrakı peyğəmbərə iman gətirsin.

2. Bütün varlıq aləmi Allaha təslimdir və ilahi dindən qeyri bir etiqad qəbulolunmazdır.

3. İslam dininin ardıcılları bütün ilahi peyğəmbərlərə və səmavi kitablara iman gətirmişlər.

Bu ayədə açıq-aşkar elan olunur: Hər kim bu dindən qeyrisinə imanlı olsa, qəbul olunmaz. Bəli, dəvətdən, isbatdan, mübahilə və digər səmavi əqidə və kitablarla həməqidə olmasını bildirdikdən sonra, növbə açıq-aşkar və kinayəsiz danışmağındır.

Bildirişlər


1.İslam dini keçmiş əqidəvi məktəblərin hamısına xitam verdi.

2. Hərtərəfli əqidəvi məktəbi tərk etmək əbədi ziyankarlığa düçar olmağa səbəb olur.

3. Axirət aləmi həqiqi zərər-ziyanların aşkar olduğu yerdir.

4. İslam dinini qəbul etmək insanın uzaqgörənlik əlamətidir.


86. ﴿كَيْفَ يَهْدِي اللّهُ قَوْمًا كَفَرُواْ بَعْدَ إِيمَانِهِمْ وَشَهِدُواْ أَنَّ الرَّسُولَ حَقٌّ وَجَاءهُمُ الْبَيِّنَاتُ وَاللّهُ لاَ يَهْدِي الْقَوْمَ الظَّالِمِينَ ﴾


«Allah necə hidayət etsin elə bir dəstəni ki, peyğəmbərin haqq olmasını, onun möcüzələrini və aydın sübutlarını görüb iman gətirdikdən sonra yenidən kafir oldular. Allah ziyankar qövmü hidayət etməz.»

Bildirişlər


1. Hidayət yolları geniş və aydın olan bir məktəbə laqeyid yanaşıb, ona kafir olmaq çox təhlükəlidir.

2. İlkin iman kifayət deyil, onu davam etdirib müsbət və yekun nöqtəyə çatdırmaq lazımdır. Çünki dindən yayınmaq təhlükəsi həmişə mövcuddur.

3. Müsəlmanlardan bir dəstəsi həzrət Peyğəmbərin (s) öz zamanında dindən çıxdı.

4. Haqqa, məntiqə, ağıla, ilahi elçiyə və aşkar dəlillərə arxa çevirmək zülümdür. Bu iş ilahi lütf mehvərindən xaric olmağa səbəb olar.

5. Allah-təalanın dəyişməz qaydalarından biri də budur ki, O, heç vaxt zalımları hidayət etməz.

6. Dindən xaric olan şəxslərin tövbə edib qayıtması çox müşküldür.

7. Məlumatsız kafirlər agah kafirlərlə müqayisədə hidayət olunmağa daha yaxındırlar.

8. İlahi hidayətə nail olmaq və ya ondan məhrum olmaq insanın öz əlindədir.


87. ﴿ أُوْلَـئِكَ جَزَآؤُهُمْ أَنَّ عَلَيْهِمْ لَعْنَةَ اللّهِ وَالْمَلآئِكَةِ وَالنَّاسِ أَجْمَعِينَ

Onların (aşkar dəlillərdən və iman gətirdikdən sonra mürtəd olanların) cəzası budur ki, Allahın, mələklərin və ümum camaatın lənətinə düçar olsunlar.”


88. ﴿ خَالِدِينَ فِيهَا لاَ يُخَفَّفُ عَنْهُمُ الْعَذَابُ وَلاَ هُمْ يُنظَرُونَ

Onlar daim (Allah, mələklər və xalqın) lənətinə düçardırlar. Onların nə əzabı azalar, nə də onlara möhlət verilər.”


Nöqtələr


◘Mürtədlərə bütün xalqın, hətta kafirlərin də nifrin səbəbi bu ola bilər ki, agah vicdanlar və sağlam fitrətlər agahanə etiraz və küfrü məhkum edir. Belə bir səbəb də ola bilər ki, agah küfrün təsiri nəsillər və əsirlərə sirayət edib bir çox insanların oda çəkilməsinə səbəb olur.

◘Allahın, mələklərin və xalqın bu lənətinin oxşarı “Bəqərə” surəsinin 159-cu ayəsində haqqı gizlədən alimlərə ünvanlanmışdır. Beləcə, haqqı gizlədən alimin günahı ilə agah şəkildə imana arxa çevirən mürtədin günahı eynidir.


Bildirişlər


1. Mələklər insanın çirkin düşüncə və əməllərinə qarşı öz etirazlarını bildirirlər.

2. Xalq mürtəd və azğın insanlara etiraz etməlidir.

3. İlahi əzabın keyfiyyət və kəmiyyəti haqqında məlumat insanda təsir qoyur.
89. ﴿ إِلاَّ الَّذِينَ تَابُواْ مِن بَعْدِ ذَلِكَ وَأَصْلَحُواْ فَإِنَّ الله غَفُورٌ رَّحِيمٌ

(Küfr və mürtədlikdən sonra) tövbə edən və islah olanlar istisnadır. Həqiqətən, Allah bağışlayan və mehribandır.”



Yüklə 7,05 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   94




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin