Bildirişlər
1.Azğın alimlərə itaət küfr səbəbidir.
2. Əməlin əqidəyə təsiri var. Azğınlara itaət əqidə çaşqınlığı yaradır.
3. Kafirlərə itaət küfrlə nəticələndiyindən onlardan çəkinmək zəruridir.
4. Biganələrə ardıcıllığın nəticəsi küfr və pis aqibətdir.
101. ﴿ وَكَيْفَ تَكْفُرُونَ وَأَنتُمْ تُتْلَى عَلَيْكُمْ آيَاتُ اللّهِ وَفِيكُمْ رَسُولُهُ وَمَن يَعْتَصِم بِاللّهِ فَقَدْ هُدِيَ إِلَى صِرَاطٍ مُّسْتَقِيمٍ ﴾
“Allahın ayələri sizə oxunduğu və Onun rəsulu aranızda olduğu halda necə küfr edirsiniz?! Allaha (Onun dini və Kitabına) sığınan, şübhəsiz, doğru yola hidayət olmuşdur.”
Bildirişlər
1. Azğınlıq və küfrün zəminəsi ya yol, ya da rəhbərin olmamasıdır. Amma ilahi kitab və sünnə, eləcə də, ilahi rəhbər olan yerdə azğınlığa yer yoxdur.
2. Küfr və azğınlığın qarşısını təkcə qanunlar ala bilmir. Bu işdə rəhbərin də olması zəruridir.
3. Allaha sığınma və təvəkkül, eləcə də, Ondan yardım diləmə bütün vəsvəsələrdən və azğınlıqlardan amanda qalmaq rəmzidir.
4. Allaha sığınma yolu hər kəsin üzünə açıqdır.
5. Allahdan qeyri istənilən bir şəxsə və ya məqama üz tutmaq çaşqınlıqdır.
6. Hərəkətdən də mühüm olan şey doğru yolun tapılması və həmin yolda hərəkətdir.
7. Hidayət Allaha bağlanmağın qəti nəticəsidir.
8. Allaha bağlanmaq agahanə seçimlə müşayiət olunan ciddi bir hərəkətdir və bu hərəkətin şərti övliyalarla yoldaşlıqdır. (“Cameə-Kəbirə” ziyarətində imam Hadi (ə) buyurmuşdur: “Allahın övliyalarına pənah aparma və təvəssül əslində insanın özünü Allahın himayəsində qərar verməsidir.”)
102. ﴿ يَا أَيُّهَا الَّذِينَ آمَنُواْ اتَّقُواْ اللّهَ حَقَّ تُقَاتِهِ وَلاَ تَمُوتُنَّ إِلاَّ وَأَنتُم مُّسْلِمُونَ ﴾
“Ey iman gətirənlər! İlahi təqvaya layiq şəkildə Allahdan çəkinin və yalnız müsəlman olaraq ölün.”
Nöqtələr
◘İman, elm, təqva kimi kamilliklərin mərhələləri var. İbtidai, üstün, mütləq kamal mərhələləri mövcuddur. Quranda oxuyuruq: “Pərvərdigara! Mənim biliyimi artır.”1 “Məkarimul-əxlaq” duasında isə belə oxuyuruq: “Pərvərdigara! Mənim imanımı kamala çatdır.” Bu ayədə isə təqvanın ən ali dərəcəsini əxz etmək tövsiyə olunur.
Bildirişlər
1. Mömin hər gün bir mərtəbə yuxarı qalxmalıdır.
2. Gerçək təqva yaranış və məada iman sayəsində əldə olunur.
3. Təqva xeyir aqibət rəmzidir.
4. İman gətirmək kifayət deyil, imanlı qalmaq lazımdır. İşə başlamaq bir o qədər də mühüm deyil. Ən mühümü işi sona çatdırmaqdır.
5. İslam təkcə necə yaşamağı yox, həm də necə ölməyi bizə öyrədir.
6. İnsanın öz tale və aqibətində rolu var.
7. İslam həm təqvanın keyfiyyətinə əhəmiyyət verir, həm də onun ömrünün sonunadək davamını mühüm sayır.
103. ﴿وَاعْتَصِمُواْ بِحَبْلِ اللّهِ جَمِيعًا وَلاَ تَفَرَّقُواْ وَاذْكُرُواْ نِعْمَةَ اللّهِ عَلَيْكُمْ إِذْ كُنتُمْ أَعْدَاء فَأَلَّفَ بَيْنَ قُلُوبِكُمْ فَأَصْبَحْتُم بِنِعْمَتِهِ إِخْوَانًا وَكُنتُمْ عَلَىَ شَفَا حُفْرَةٍ مِّنَ النَّارِ فَأَنقَذَكُم مِّنْهَا كَذَلِكَ يُبَيِّنُ اللّهُ لَكُمْ آيَاتِهِ لَعَلَّكُمْ تَهْتَدُونَ﴾
“Hamılıqla Allahın ipinə sarılın və pərakəndə olmayın. Allahın nemətlərini xatırlayın. Bir-birinizin düşməni olduğunuz vaxt Allah qəlbləriniz arasına ülfət saldı və Onun neməti sayəsində bir-birinizin qardaşı oldunuz. Od dolu uçurumun qırağında ikən sizə ondan nicat verdi. Allah Öz ayələrini sizə belə bəyan edir. Bəlkə hidayət olasınız.
Nöqtələr
◘Həzrət Əli (ə) buyurmuşdur: “Quran “həblüllahdır (Allahın ipidir).”1 İmam Sadiq (ə) buyurmuşdur: “Biz əhli-beyt həblüllahıq.”2 Başqa bir rəvayətdə deyilir: “Əli ibn Əbu Talib (ə) həblüllahdır.”3
◘Qəlblərin dostluğu yalnız Allahın əlindədir. Quran peyğəmbərə xitabla buyurur: «Əgər yerin bütün var-yoxunu sərf etsən, Allahın istəyi olmadan qəlblər arasında ülfət yarada bilməzsən.»4
Bildirişlər
1. Vəhdət və təfriqədən uzaqlıq ilahi bir vəzifədir.
2. Vəhdət mehvəri irq, millət, dil yox, Allahın dini olmalıdır.
3. İslamın bərəkət və xidmətlərindən qəflətdə qalmayın.
4. Vəhdət qardaşlıq amilidir.
5. Birlik böyük ilahi nemətdir. Təfriqə göy və yer əzabları sırasında ilahi bir cəzadır. Hətta İslamda vəhdət xatirinə yalan danışmaq caiz, təfriqə törədən doğru söz isə haramdır.
6. Təfriqə və ədavət atəş dərəsidir.
7. Allahın nemətləri onun ayələridir.
8. İlahi nemətlərin xatırlanması eşq amilidir və hidayət üçün zəmin yaradır.
104. ﴿ وَلْتَكُن مِّنكُمْ أُمَّةٌ يَدْعُونَ إِلَى الْخَيْرِ وَيَأْمُرُونَ بِالْمَعْرُوفِ وَيَنْهَوْنَ عَنِ الْمُنكَرِ وَأُوْلَـئِكَ هُمُ الْمُفْلِحُونَ ﴾
“Aranızda (başqalarını) xeyirə dəvət edən, əmr be məruf və nəhy əz münkər edən bir dəstə olmalıdır. Onlar nicat tapmışlardır.”
Nöqtələr
◘Əmr be məruf və nəhy əz münkərlə bağlı ayənin vəhdət və birlik ayələri arasında yerləşməsinin səbəbi bu ola bilər ki, təfriqəyə düçar olmuş cəmiyyətdə ya xeyirə dəvət gücü yoxdur, ya da belə dəvətlər təsirsizdir.
◘Əmr be məruf və nəhy əz münkər iki şəkildə icra olunur:
1.Ümumi bir vəzifə olaraq hər kəs öz gücü həddində bu vəzifəni yerinə yetirir.
2. Bu vəzifəni təşkilatlanmış bir dəstə öhdəsinə götürüb yerinə yetirir. Necə ki, yol hərəkətini pozmuş sürücüyə həm digər sürücülər etiraz edir, həm də yol polisi onunla qanuni şəkildə davranır.
◘Əmr be məruf və nəhy əz münkər haqqında xeyli rəvayət nəql olunmuşdur. Uyğun mövzu ilə əlaqədar həzrət Əlinin (ə) bir buyruğunu xatırlamaqla kifayətlənirik. Həzrət buyurur: “Əgər əmr be məruf və nəhy əz münkər tərk olunsa, xeyir işlər dayanar və şər adamlar hakim olar.”1
Bildirişlər
1. İslam cəmiyyətində hakimiyyət tərəfindən təyin olunmuş nəzarətçi qrup xalqın ictimai rəftarlarını izləməlidir.
2. Cəmiyyətin islahı və günahın qarşısının alınması təşkilati güc və konkret məsul olmadan mümkünsüzdür.
3. Xeyir və yaxşılığa dəvət edən kəs islamşünas, xalqşünas və üsulşünas olmalıdır. Ona görə də bütün xalq yox, bəziləri bu vəzifəni öhdəsinə almışdır.
4. Xeyirə dəvət, əmr be məruf və nəhy əz münkər mövsümi və müvəqqəti yox, daimi olmalıdır.
5. Əmr be məruf (yaxşılığa əmr) nəhy əz münkərdən (pisliyin qadağasından) öndə gəlir. Yaxşılıq yolu açıq olsa, pisliyə aparan yol daralar.
6. Cəmiyyətin inkişaf və islahına ürək yandıranlar həqiqi nicat tapmışlardır. Biganə guşənişinlərin qurtuluşdan payı yoxdur.
7. Qurtuluş insanın yalnız özünün nicat tapmasından ibarət deyil. Başqalarının da nicatı və inkişafı qurtuluş şərtlərindəndir.
105. ﴿ وَلاَ تَكُونُواْ كَالَّذِينَ تَفَرَّقُواْ وَاخْتَلَفُواْ مِن بَعْدِ مَا جَاءهُمُ الْبَيِّنَاتُ وَأُوْلَـئِكَ لَهُمْ عَذَابٌ عَظِيمٌ ﴾
“Aydın dəlil gəldikdən sonra da ixtilaf salıb pərakəndə düşənlər kimi olmayın. Onlar üçün böyük əzab var.”
Dostları ilə paylaş: |