Bildirişlər
1. Mühakimə yürüdərkən həm uğurları, həm də uğursuzluqları nəzərə alın. Təkcə Ühüddəki məğlubiyyəti yox, həm də Bədrdəki qələbəni yada salın.
2. Məğlubiyyət amillərini araşdırdıqda ilk öncə batininizə, ruhunuza və düşüncənizə aid amilləri nəzərdən keçirin. Yalnız bundan sonra başqa səbəbləri araşdırmaq olar.
3. Allah hər şeyə qadirdir. Amma biz zəruri şərtlərin ödənməsinə və nemətdən faydalanma şəraitinə layiq olmalıyıq.
4. Elə zənn etməyin ki, qələbə üçün yalnız müsəlman olmaq kifayətdir. Uğursuzluğa görə «nə üçün» ,«niyə» - deyə soruşmayın. İmandan əlavə əqidə əsaslarına, hərbi qanunlara və ilahi qaydalara riayət etmək lazımdır.
166. ﴿ وَمَا أَصَابَكُمْ يَوْمَ الْتَقَى الْجَمْعَانِ فَبِإِذْنِ اللّهِ وَلِيَعْلَمَ الْمُؤْمِنِينَ ﴾
“İki dəstənin qarşılaşdığı gün başınıza gələn hadisə Allahın izni ilə oldu ki, möminlər müəyyənləşdirilsin.”
Nöqtələr
◘Allah hər bir işin gerçəkləşməsi üçün səbəblər müəyyənləşdirmişdir. Hər bir məğlubiyyət və qələbənin dəlilləri var. Siz ona görə Ühüddə məğlub oldunuz ki, süstlük göstərdiniz, intizamı pozdunuz və qənimət toplamaq üçün hərislik göstərdiniz. Əvvəlki ayədə bildirilirdi ki, bunun səbəbkarı müsəlmanlar özləridir. Bu ayədə isə belə buyurulur: “Birlik və ya təfriqədə, ciddilik və ya süstlükdə hər bir seçiminiz ilahi iradə əsasındadır. Sizə seçim gücü verən Odur. Hansı yolu seçirsinizsə, ona uyğun nəticəyə çatırsınız.
Bildirişlər
1. Hər bir qələbə və uğursuzluq Allahın iradəsi əsasında gerçəkləşir və bu, Onun sünnəsidir.
2. Acı və şirin hadisələr sınaq və insanın tanınması meydanıdır.
167. ﴿وَلِيَعْلَمَ الَّذِينَ نَافَقُواْ وَقِيلَ لَهُمْ تَعَالَوْاْ قَاتِلُواْ فِي سَبِيلِ اللّهِ أَوِ ادْفَعُواْ قَالُواْ لَوْ نَعْلَمُ قِتَالاً لاَّتَّبَعْنَاكُمْ هُمْ لِلْكُفْرِ يَوْمَئِذٍ أَقْرَبُ مِنْهُمْ لِلإِيمَانِ يَقُولُونَ بِأَفْوَاهِهِم مَّا لَيْسَ فِي قُلُوبِهِمْ وَاللّهُ أَعْلَمُ بِمَا يَكْتُمُونَ﴾
“(Allah istədi ki,) münafiqlərin çöhrəsi məlum olsun.” Gəlin Allah yolunda döyüşün və ya (heç olmasa öz evlərinizi) müdafiə edin” deyənlərə belə cavab verdilər: “Əgər döyüş (yolunu) bilsəydik, hökmən, sizin kimi edərdik.” Onlar həmin gün imana nisbətən, küfrə daha yaxın idilər. Dillərində dedikləri qəlblərində yox idi. Allah onların gizlətdiklərindən agahdır.”
Nöqtələr
◘Ayədəki “əgər döyüş bilsəydik” (“Ləv nələmu qitalən”) cümləsi üç cür mənalandırılmışdır:
a) Sizin Ühüd üçün şəhərdən xaric olmağınız bərabər döyüş deyil, özünə qəsddir. Ona görə də biz bunu döyüş saymırıq və onda iştirak etmirik.
b) Əgər biz hərb elmini bilsəydik, iştirak edərdik.
v) Biz yəqin bilirik ki, döyüş olmayacaq, ona görə də cəbhədə iştirakı zəruri saymırıq.
Bildirişlər
1. Döyüş meydanı münafiqlərin iç üzünü açır.
2. Rəhbər xalqı düşmənə qarşı səfərbər etməlidir.
3. Cihad bəzən zalım hakimləri hakimiyyətdən uzaqlaşdırmaq üçün ibtidai (ilk addım), bəzən müsəlmanların canını və malını qorumaq üçün müdafiə məqsədi olur.
4. Onların səbəbləri, dərəcələri və dəyərləri fərqli olur.
5. Vətənin və canın müdafiəsi bir dəyərdir.
6. Münafiqlər öz məqsədlərinə don geydirirlər.
7. Cəbhədən boyun qaçırmaq küfr nişanəsidir.
8. İnsanın imanı müxtəlif şərait və zamanlarda fərqli olur.
9. Peyğəmbərin səhabələri arasında ədalətli olmayanlar da var idi.
10. Allah münafiqləri həm hədələyir, həm də ifşa edir.
11. Ühüddə aşkar olan şey nifaqın bir hissəsi idi. Nifaqdan tam şəkildə yalnız Allah xəbərdardır.
168. ﴿ الَّذِينَ قَالُواْ لإِخْوَانِهِمْ وَقَعَدُواْ لَوْ أَطَاعُونَا مَا قُتِلُوا قُلْ فَادْرَؤُوا عَنْ أَنفُسِكُمُ الْمَوْتَ إِن كُنتُمْ صَادِقِينَ ﴾
“Münafiqlər o kəslərdir ki, (Ühüd döyüşündən sonra bədbin əhval-ruhiyyə yaradan təbliğata başladılar,) özləri oturdular və qardaşları haqqında dedilər: “Əgər bizə qulaq assaydılar, öldürülməzdilər.” Onlara de ki, əgər düz deyirlərsə, ölümü özlərindən kənarlaşdırsınlar.”
Bildirişlər
1. Xalq cəbhəyə gedən vaxt münafiqlər evdə oturardılar.
2. Münafiqlər şəhid ailələrinin ruhiyyəsini zəiflədirlər.
3. Münafiqlər özlərini başqalarına ideoloji rəhbər sayırlar.
4. Münafiqlərin dünya görüşüncə, əsas məsələ maddi dünya həyatı və rifahlı yaşayışdır.
5. Ölüm yazısına iman şücaət və cəbhəyə dəvətin qəbul səbəbidir. Münafiqlərin nəzərində şəhadət və axirət səadəti boş şeydir.
6. Münafiqlərin zərərli təbliğatına qarşı çıxmaq lazımdır.
7. İnsan ölümü özündən uzaqlaşdıra bilməz.
8. Ölüm Allahın əlindədir. Cəbhədə və ya evdə olmağın ölümə heç bir təsiri yoxdur.
169. ﴿ وَلاَ تَحْسَبَنَّ الَّذِينَ قُتِلُواْ فِي سَبِيلِ اللّهِ أَمْوَاتًا بَلْ أَحْيَاء عِندَ رَبِّهِمْ يُرْزَقُونَ ﴾
“Heç vaxt güman etmə ki, Allah yolunda qətlə yetirilənlər ölülərdir. Onlar Rəbləri yanında ruzi verilmiş dirilərdir.”
Nöqtələr
◘Biz, şəhidləri diri sayan Quran əsasında İslam yolunun, xüsusi ilə Kərbəla hadisəsinin şəhidlərinə salam verir, onlarla danışır və onları vasitə qərar veririk.
◘Əbu-Süfyan Ühüd döyüşünün sonunda uca səslə belə fəryad çəkdi: ”Ühüddə öldürülmüş yetmiş müsəlman Bədrdə öldürülən yetmiş nəfərinizin əvəzidir.” Amma həzrət Peyğəmbər (s) belə buyurdu: “Bizim öldürülənlərimiz behiştdə, sizin öldürülənləriniz isə cəhənnəmdədirlər.”1
Şəhid və şəhadət haqqında bəzi nöqtələr:
1. Rəvayətdə bildirilir ki, şəhidə Allah tərəfindən yeddi xüsusiyyət əta olunmuşdur: şəhidin ilk damla qanı günahlarının bağışlanmasına səbəb olar. O, başını hurul-eynin ağuşuna qoyar. Şəhid behişt libasları ilə bəzənər. O, ən xoş qoxulu ətirlərlə ətirlənər. Şəhid behiştdə öz yerini müşahidə edər. Pərdələr kənara çəkilər və şəhid Allahın lütfünə nəzər salar.2
2. Peyğəmbər bir şəxsin belə dua etdiyini eşitdi: Pərvərdigara! Səndən istəniləsi ən yaxşı şeyi mənə əta et.” Həzrət buyurdu: "Əgər bu dua qəbul olunsa, o, Allah yolunda şəhid olar.”3
3. Rəvayətdə deyilir: “Hər bir yaxşılıqdan daha üstünü var. Yalnız şəhadətdən savay. Əgər bir şəxs şəhid olsa, ondan üstün xeyir təsəvvür olunmur.”4
4. Qiyamət günü şəhidin şəfaət məqamı var.5
5. İmam Sadiqin (ə) belə buyurduğu nəql olunmuşdur: “Şəhidin nöqsanları qiyamət günü onun özünə də göstərilməz.”6
6. Hücumda ön sıra şəhidlərinin məqamı daha yuxarıdır.7
7. Mücahidlər behiştə xüsusi qapıdan daxil olar.8 Onlar behiştə hamıdan qabaq gedər.9 Onların behiştdəki yeri xüsusidir.10
8. Yalnız şəhid dünyaya ikinci dəfə qayıdıb növbəti dəfə şəhid olmağı arzulayar.11
9. Ölümlərin ən üstünü şəhadətdir.12
10. Allah üçün ən məhbub damla Allah yolunda axan qan damlasıdır.13
11. Qiyamət günü şəhid əlində silah, hərbi geyimdə və xoş qoxu ilə səhnəyə gələr və mələklər ona salam göndərərlər.14
12. Bizim imamlarımız şəhid oldular. Peyğəmbərlərin və onların ardıcıllarının da bir çoxu şəhid oldu.15
13. Həzrət Əli (ə) bir sıra üstünlüklərə malik olmasına baxmayaraq, yalnız şəhadət astanasında olduğu vaxt izzətə çatdığını bildirir. O, həzrət ilk iman gətirmiş, təhlükəli məqamda peyğəmbərin yerində yatmış kəs idi. Yalnız peyğəmbərin qardaş adlandırdığı həzrət Əlinin (ə) qapısı peyğəmbər məscidinə açılırdı. O, imamların atası, həzrət Zəhranın (ə) əri idi. Əli (ə) bütsındıran idi. Onun Xəndək döyüşündə vurduğu zərbə Səqəleynin ibadətindən üstün sayılmışdı. Amma sadalanan məqamların heç birində izzətə çatdığını bildirməmişdi.
14. Əli (ə) buyururdu: “And olsun Əbu-Talib oğlunun canı əlində olan Allaha, Allah yolunda min qılınc zərbəsinə dözmək yorğan-döşəkdə ölməkdən daha asandır.10
15. Həzrət Əli (ə) Ühüd döyüşündə şəhid olmadığı üçün narahat idi. Yalnız peyğəmbərdən qarşıdakı şəhadət xəbərini eşitdikdə aram oldu.
16. Şəhid Mütəhhəri “Həmaseye-Hüseyni” kitabında yazır: “Səxavətli şəxs, sənətkar, alim öz vücudunun bir hissəsi olan malını, sənətini və elmini əbədiləşdirir. Şəhid isə özünü əbədiyyətə çevirir.”11
17. Oxşar hal heyvanlarda da müşahidə olunur. Ölü qoyun heç nəyə dəyməz. Üzü qibləyə, Allahın adı ilə kəsilmiş qoyun isə dəyərə malikdir.
18. Kor şəxs görüntülərin necəliyini anlamadığı kimi, dünya sakinləri də şəhidlərin həyatını anlamaz.
19. Əgər Allah yolunda verilmiş malın əvəzi yeddi yüz qat artıq olursa, Allah yolunda verilmiş canın və qanın əvəzini özünüz düşünün!
Dostları ilə paylaş: |