Bildirişlər
1. Allah ədalətlidir. Onun cəzalarını doğuran bizim öz əməllərimizdir.
2. Allah günaha münasib cəza verirsə, yaxşı işin mükafatını qat-qat artıq əta edir.
3. Allah mükafatı artırmaqla yanaşı Öz tərəfindən də böyük bir əcr verir.
41. ﴿ فَكَيْفَ إِذَا جِئْنَا مِن كُلِّ أمَّةٍ بِشَهِيدٍ وَجِئْنَا بِكَ عَلَى هَـؤُلاء شَهِيدًا ﴾
“Bəs necə olacaq o zaman ki, hər bir ümmətdən şahid gətirərik və səni də onlara şahid edərik?!”
◘Həzrət Peyğəmbərin (s) ümmətə şahid olmasını bəyan edən bu ayənin məzmununa başqa yerlərdə də təsadüf olunur.1
◘İbn Məsud bu ayəni həzrət Peyğəmbər (s) üçün tilavət edərkən həzrətin gözlərindən yaş axdı.2
◘Allahın şahidə ehtiyacı olmasa da, şahdlərin çoxluğu insanın tərbiyə və təqvasına təsir göstərir. Mavi ekranda çıxış edən insan milyonlarla tamaşaçının qarşısında olduğundan, əgər asqırsa və ya bir səhvə yol versə, adi vaxtlardakından daha çox xəcalət çəkir.
◘Quran ayələrinə əsasən, qiyamətdə şahidlər çoxdur: Allah,1 peyğəmbərlər,2 məsum imamlar,3 mələklər,4 yer,5 zaman,6 bədən üzvləri.7 Bəli, qiyamət şahidlərin sıralandığı bir gündür.8
◘Allahın qanunu budur ki, hər bir peyğəmbər öz ümmətinə şahid olsun. Demək, İslam peyğəmbərinin vəfatından sonra da aramızda olan bir şəxs bizə şahid durmalıdır. İmam Sadiq (ə) buyurmuşdur: “Hər bir əsrdə (dövrdə) biz Əhli-beytdən (ə) olan imam xalqa şahiddir. Peyğəmbər isə bizə şahiddir.”9
◘Həzrət Əli (ə) bu ayəni oxuduqdan sonra həmin zümrə haqqında məlumat vermişdir.10
Bildirişlər
1. Peyğəmbərlər dünyada xalq üçün nümunə, axirətdə isə şahiddirlər.
2. Şahid durmaq üçün xəbərdarlıq lazımdır. Peyğəmbərlər bizim işlərimizdən xəbərdardırlar.
3. İslam peyğəmbəri peyğəmbərlərin şərəflisidir. Əgər başqa peyğəmbərlər öz ümmətlərinin əməllərindən xəbərdardırlarsa, İslam peyğəmbəri peyğəmbərlərin də əməllərinə şahiddir.
42. ﴿ يَوْمَئِذٍ يَوَدُّ الَّذِينَ كَفَرُواْ وَعَصَوُاْ الرَّسُولَ لَوْ تُسَوَّى بِهِمُ الأَرْضُ وَلاَ يَكْتُمُونَ اللّهَ حَدِيثًا ﴾
“Belə bir gündə küfrə batıb, peyğəmbərə itaətsizlik göstərən kəslər torpaqla bir olmağı arzu edərlər. Onlar Allahdan heç bir söz gizləyə bilməzlər.”
Nöqtələr
◘Günahkar kafirlər şahidlər gətirilməmişdən öz günahlarını və fəsadlarını inkar edərlər. Onlar etdikləri işləri boyunlarından atıb deyərlər: «And olsun Allaha biz müşrik deyildik.»11 Amma elə ki, şahidlər həqiqəti söyləyərlər, artıq qaçmağa yer qalmaz.
◘Quran ayələrində günahkarların həsrət dolu arzuları belə bəyan olunur: Kaş torpaq olaydım. Kaş torpağa qatılaydım. Kaş filankəslə dost olmayaydım. Kaş dünyada düşüncə sahiblərindən olaydım. Kaş həmin ölümlə yox olmuş olaydım...
Bildirişlər
1. Peyğəmbər göstərişlərinə itaətsizlik Allaha küfr cərgəsində dayanır.
2. Qiyamət günü həsrət və arzu günüdür.
3. Qiyamət günü heç bir söz və mətləb gizli qalmaz.
43. ﴿يَا أَيُّهَا الَّذِينَ آمَنُواْ لاَ تَقْرَبُواْ الصَّلاَةَ وَأَنتُمْ سُكَارَى حَتَّىَ تَعْلَمُواْ مَا تَقُولُونَ وَلاَ جُنُبًا إِلاَّ عَابِرِي سَبِيلٍ حَتَّىَ تَغْتَسِلُواْ وَإِن كُنتُم مَّرْضَى أَوْ عَلَى سَفَرٍ أَوْ جَاء أَحَدٌ مِّنكُم مِّن الْغَآئِطِ أَوْ لاَمَسْتُمُ النِّسَاء فَلَمْ تَجِدُواْ مَاء فَتَيَمَّمُواْ صَعِيدًا طَيِّبًا فَامْسَحُواْ بِوُجُوهِكُمْ وَأَيْدِيكُمْ إِنَّ اللّهَ كَانَ عَفُوًّا غَفُورًا﴾
“Ey iman gətirənlər! Məst halda namaza yaxınlaşmayın, o vaxta qədər ki, dediyinizi biləsiniz. Eləcə də, cünub halda (zəruri qüslü verməmiş) namaza yaxınlaşmayın. Qüsl edənədək yalnız (məsciddə dayanmadan) ötüb keçə bilərsiniz. Əgər xəstələnsəniz və ya səfərdə olsanız, ya da biriniz dərədən (ayaq yolundan) gəlsəniz, ya qadınlarla təmasda olsanız, (bu hallarda) su tapmasanız pak və xoşagələn yerə (torpağa) təyəmmüm edin. (İki ovcunuzu torpağa vurun), üzünüzə və əllərinizə məsh çəkin. Həqiqətən, Allah bağışlayan və mehribandır.”
Nöqtələr
◘Şərabın haram buyurulması İslamın əvvəllərində tədrici şəkildə həyata keçdi. Əvvəlcə şərab xoşagəlməz içki kimi tanıtdırıldı.1 Sonra ayə nazil oldu və məst halda namaz qılmaq qadağan edildi.2 Həmin vaxt şərabın ziyanının faydasından çox olduğu bildirildi.3 Daha sonra şərab çirkin və şeytani bir iş kimi qəti qadağan edildi.4
◘Rəvayətlərdə bildirilir ki, yuxulu, süst halda olarkən namazdan çəkinin.5 Digər ayələrdə süst halda qılınan namaz münafiqlik nişanələrindən sayılmışdır.6
◘“Ğait” çökək yerə deyilir. Qədimdə ayaqyolu kimi istifadə üçün dərələr qazıldığından “ğait” sözü ayaqyoluna getmək mənasında işlədilmişdir.
◘İmam Sadiq (ə) buyurmuşdur: “Səid” suyun axıb töküldüyü hündür yerə deyilir.”7
◘İmam Sadiq (ə) buyurmuşdur: “Laməstum” yaxınlıq mənasındadır. Amma Allah örtəndir və bu sayaq sözləri örtülü buyurmağı sevir.”8
Bildirişlər
1. Namaz məqamı o qədər ucadır ki, şərabxor ona yaxınlaşmamalıdır.
2. Namazda təkcə zikr və hərəkətlər kifayət deyil. Həm də diqqət və düşüncə lazımdır.
3. Vəzifə öhdədən götürülsə də, qəflət içində olan ibadət dəyərsizdir.
4. Məscidə cünub halda daxil olmaq olmaz.
5. Qüsldə bütün bədəni yumaq lazımdır. Çünki ayədə qüsl zamanı xüsusi üzvlərin adı çəkilməmişdir.
6. Təhlükə və zərər ehtimalı insanın öhdəsindən vəzifəni götürür. Bəzən də belə bir ehtimal vəzifənin yüngülləşməsinə səbəb olur.
7. Danışarkən ədəbi gözləmək lazımdır. (Dərədən qayıtmaq ayaqyoluna getmək, qadınlarla təmasda olmaq isə onlarla cinsi yaxınlıq mənasındadır. Şübhəsiz ki, qadına toxunmaqla qüsl vacib olmaz.)1
8. İlahi hökm yüngülləşdirilə bilər, aradan götürülə bilməz. Əgər su yoxdursa, təyəmmüm etmək lazımdır.
9. Namaz vasitəsi ilə Allahla rabitə yaratmaq üçün paklıq, dəstəmaz və ya təyəmmüm şərtdir.
10. Təyəmmüm pak torpağa edilməlidir.
11. İlahi hökmlərin yüngülləşdirilməsi Allahın rəhmət və bağışlama təcəssümlərindəndir.
44. ﴿ أَلَمْ تَرَ إِلَى الَّذِينَ أُوتُواْ نَصِيبًا مِّنَ الْكِتَابِ يَشْتَرُونَ الضَّلاَلَةَ وَيُرِيدُونَ أَن تَضِلُّواْ السَّبِيلَ ﴾
“Məgər Allahın Kitabından bəhrə verilmiş kəsləri görmədinmi?! Hidayət əldə etmək əvəzinə azğınlığı satın alırlar və sizin də yoldan azmağınızı istəyirlər.”
Dostları ilə paylaş: |