Мөһсин Гәраәти



Yüklə 7,05 Mb.
səhifə35/94
tarix24.05.2018
ölçüsü7,05 Mb.
#51312
1   ...   31   32   33   34   35   36   37   38   ...   94

Bildirişlər


1. Döyüş meydanından qaçmaqla ölümdən qaçmaq olmaz.

2. Ölüm bizim əlimizdə deyil. İradə və hədəf seçimi isə bizim əlimizdədir.

3. Bir halda ki, dünya və axirət qarşımızdadır, əbədiyyət və Allah razı olduğu yolu davam etdirək.

4. Hər növ təsir və əməlin xüsusi əks-təsiri var. Hansı yolda qədəm atsaq, xüsusi bir məqsədə çatacağıq.


146. ﴿ وَكَأَيِّن مِّن نَّبِيٍّ قَاتَلَ مَعَهُ رِبِّيُّونَ كَثِيرٌ فَمَا وَهَنُواْ لِمَا أَصَابَهُمْ فِي سَبِيلِ اللّهِ وَمَا ضَعُفُواْ وَمَا اسْتَكَانُواْ وَاللّهُ يُحِبُّ الصَّابِرِينَ

Nə çox peyğəmbərlər olmuşdur ki, onlarla birlikdə bir çox allahpərəstlər vuruşmuşlar. Allah yolunda onların başına nə gəlmişsə, süstləşməmiş, zəifləməmiş, zillətə boyun əyməmişlər. Allah səbir edənləri sevir.”


Nöqtələr


◘“Rəbiyyun” “rəbbi” sözünün cəm forması olub Allahla əlaqəsi möhkəm olan alim, müqavimətli, ixlaslı adama deyilir.1

Bildirişlər


1. Peyğəmbərlərin tarixi mübarizələrlə zəngindir.

2. Süstlük hiss etdikdə tarixin böyük insanlarının həyatından, onların müqavimətindən dərs götürək.

3. Yalnız ilahi rəhbərin nəzarəti altında olan döyüş və cihad haqdır.

4. Tarix alim və arif mücahidlərlə zəngindir.

5. Bütün mücahidlər əziz olsalar da, arif və alim mücahidlərin yeri başqadır.

6. Allaha iman müqavimət çeşməsidir.

7. Çətinliklər süstlük və zəiflik doğurmamalıdır. Əksinə, çətinliklər hərəkət amili olmalı və yeni səylər yaratmalıdır.

8. Əgər çətinliklər Allah yolunda olarsa, insan bundan ruh alar və həmin çətinliklərə asanlıqla sinə gərər.

9. İlahi insanları heç bir təzyiq təslim edə bilmir.

10. Bədr döyüşündə qalib gəlsəniz də, siz müsəlmanların gələcək yolu cihad və mübarizə yoludur. Ona görə də səbirli və möhkəm olun.

11. Bəsirətli mücahidlər nə ruhiyyələrini itirir, nə də döyüş güclərini əldən verirlər. Onlar təzyiqlər qarşısında təslim olmurlar.

12. Vəzifəni yerinə yetirmək və haqq yolda dayanmaq mühümdür. Qalib gəlib-gəlməməyin fərqi yoxdur. Allah buyurmur ki, O, fatehləri sevir. Buyurur ki, səbir edənlər Onun dostudurlar.


147. ﴿ وَمَا كَانَ قَوْلَهُمْ إِلاَّ أَن قَالُواْ ربَّنَا اغْفِرْ لَنَا ذُنُوبَنَا وَإِسْرَافَنَا فِي أَمْرِنَا وَثَبِّتْ أَقْدَامَنَا وانصُرْنَا عَلَى الْقَوْمِ الْكَافِرِينَ

Onların sözü yalnız bu idi ki, Pərvərdigara, günahlarımızı, işimizdə həddi aşmağımızı bağışla və addımlarımızı möhkəm et. Kafirlərə qarşı bizə yardım göstər.”


Bildirişlər


1. Döyüşdə məğlubiyyət amillərindən biri günah və israfdır. İxlaslı mücahidlər tövbə etməklə bu maneələri aradan qaldırırlar.

2. Öz məğlubiyyətinizi qəzavü-qədər və ya başqalarının günahı ilə əlaqələndirməyin. Öz qüsurlarınıza və təqsirlərinizə də nəzər salın.

3. Əvvəlcə tövbə, sonra isə qələbə, əvvəlcə bağışlanma istəyin, sonra qələbə diləyin.

4. Düşmən qarşısında təslim olmaq əvəzinə Allah hüzurunda bəndəliyinizi izhar edin.

5. Cihad və döyüş səhnələri insanı dua və tövbəyə sövq edir.

6. İlahi insanlar küfrü aradan qaldırmaq üçün Allahdan yardım diləyirlər. Onların məqsədi iftixar qazanmaq deyil.

7. Sayınızın çoxluğuna yox, ilahi lütfə arxalanın.
148. ﴿ فَآتَاهُمُ اللّهُ ثَوَابَ الدُّنْيَا وَحُسْنَ ثَوَابِ الآخِرَةِ وَاللّهُ يُحِبُّ الْمُحْسِنِينَ

Allah onlara dünya mükafatı və üstün axirət mükafatı əta etdi. Allah xeyir əməl sahiblərini sevir.”


Nöqtələr


◘Bəlkə də mücahidlərin dünyəvi mükafatı dedikdə onların sabitqədəmliyi və qələbəsi, axirət savabı dedikdə isə onların günahlarının bağışlanması nəzərdə tutulur.

Bildirişlər


1. Dünyəvi mükafatlarla axirət mükafatları arasında böyük fərq var.

Dünya bəhrələri arasında acılıqlar da olur. Axirət mükafatı isə başdan-başa xeyirdir.

2. Dua, cihad, səbir, tövbə, Allaha iman və təvəkkül Allah sevgisi amillərindəndir. Əvvəlki ayələrdə bu mövzuya toxunuldu.
149. ﴿ يَا أَيُّهَا الَّذِينَ آمَنُواْ إِن تُطِيعُواْ الَّذِينَ كَفَرُواْ يَرُدُّوكُمْ عَلَى أَعْقَابِكُمْ فَتَنقَلِبُواْ خَاسِرِينَ

Ey iman gətirənlər! Əgər kafirlərə itaət etsəniz, onlar sizi keçmişdəkilərinizin kafir ayinlərinə qaytararlar. Siz də yenidən ziyankarlığa qayıdarsınız.”


Nöqtələr


◘Bu ayənin nazil olma şənində bildirilir ki, Ühüd döyüşündə müsəlmanlar məğlub olduqları vaxt münafiqlərin rəhbəri Abdullah ibn Ubəyy fəryad çəkib dedi: “Öz müşrik qardaşlarınıza qoşulun və əvvəlki bütpərəstliyi davam etdirin.”1

Bildirişlər


1. Dindən çıxma və azğınlıq təhlükəsi möminlərə qarşı pusqudadır.

2. Eniş-yoxuşlarda düşmən təbliğatlarından və vəsvəsələrindən ehtiyatlı olun. Məbada tədricən onlara meyl edəsiniz.

3. İman gətirdikdən sonra küfrə uğrama irtica və süqutdur.

4. Əsl zərər iman və düşüncə sərmayəsini əldən vermək, behişti əldən buraxıb, cəhənnəmi götürməkdir.

5. Döyüş meydanında məğlubiyyət ziyan deyil. Etiqad məğlubiyyəti yetərincə böyük ziyandır.
150. ﴿ بَلِ اللّهُ مَوْلاَكُمْ وَهُوَ خَيْرُ النَّاصِرِينَ

(Sizi dost bilməyənlərə itaət etməyin.) Əslində Allah sizin himayədarınızdır və Odur yardımçıların ən yaxşısı.”


Nöqtələr


◘Əvvəlki ayədə kafirlərə itaətdən danışıldı. Bu ayədə isə belə buyurulur: “Allahdır sizin himayəçiniz.” Məlum olur ki, kafirlərə itaət edən kəs əslində onları özünə hami seçmişdir.

◘Şöhrət və qüdrət qazanmaq istəyi insanı kafirlərə itaətə, dindən çıxmağa vadar edir. Quran bu və bunun oxşarı olan ayələrdə uyğun puç xəyalı rədd edir və buyurur: “Özlərinə zülm edənlərin qarşıdakı əzabdan xəbərləri olsaydı, bütün qüvvə və qüdrətin Allaha məxsus olduğunu bilərdilər.”2 Qüvvə və izzət bütünlüklə yalnız Allaha məxsusdur.”3



Yüklə 7,05 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   94




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin