Мөһсин Гираәти



Yüklə 3,08 Mb.
səhifə13/81
tarix22.10.2017
ölçüsü3,08 Mb.
#11266
1   ...   9   10   11   12   13   14   15   16   ...   81

Bildirişlər


1. İslam bizim himayəmizə ehtiyaclı deyil. İslamın hamisi Allahdır. Belədirsə, öz qələbəmizlə qürrələnməyək.

2. Allah-təala müsəlmanların qələbəsini Təbukda təzmin etdi.

3. Müsəlmanların qələbələri ilahi qüdrət nümunələrindəndir.

4. Peyğəmbər mövcud vəziyyət və kafirlərin təzyiqlərinə xatir Məkkədən çıxdı.

5. Əgər Allah istəsə, yaranmışların əşrəfini (Peyğəmbəri (s)) ən zəif hörgü ilə (hörümçək toru ilə) hifz edər.

6. Aramlıq və arxayınlıq ilahi hədiyyədir və maddi vasitələrlə əldə olunmaz.

7. Mələklər Allahın əmri ilə möminlərə yardım göstərir.

8. Hicrət İslamın izzət və küfrün süqut səbəbidir.

9. Allahın iradəsi bütün istək və iradələrdən üstündür.

10. Zalımların qüdrəti qəlb aramlığına malik möminlərin qarşısında acizdir.1

11. Allah kəlməsinin qüvvəsi və kafirlərin qurğularının puça çıxması ilahi qüvvət və hikmət cilvəsidir.
Ayə 41:

﴿انْفِرُواْ خِفَافًا وَثِقَالاً وَجَاهِدُواْ بِأَمْوَالِكُمْ وَأَنفُسِكُمْ فِي سَبِيلِ اللّهِ ذَلِكُمْ خَيْرٌ لَّكُمْ إِن كُنتُمْ تَعْلَمُونَ﴾

Yüngül və ağır yüklə (cəbhə və cihada doğru) köç edin. Allah yolunda malınız və canınızla cihada qalxın. Əgər bilsəydiniz,bu sizin üçün daha yaxşıdır.”


Nöqtələr


◘“Xifaf” və “siqal” dedikdə, subay və ailəli, fəqir və varlı, piyada və süvari, kiçik ailəli və böyük ailəli, asudə və giriftar, ticarət və əkinçilik kimi əks mənalar anlaşılır.

İmam Sadiq (ə) buyurmuşdur: “Xifaf” və “siqal” deyərkən qoca və cavan nəzərdə tutulur.”2

◘“Fi zilalil-Quran” təfsirində deyilir: “Əbu-Əyyub Ənsari, Miqdad və Əbu-Təlhə kimi şəxslər qoca yaşlarında cəbhəyə gəlmişdilər. Yaşlı olduqları onların nəzərinə çatdırıldıqda bu ayəni tilavət etməklə cavab verərdilər.

Bildirişlər


1. Ümumi səfərbərlik zamanı bəhanə axtarmayın. (Dolanışıq çətinlikləri cihada getməmək üçün səbəb deyil.)

2. Bəzən hərbi təchizat zəif olsa da, bütün xalqın səfərbər edilməsi lazım gəlir.

3. Əqidə məktəbi maldan və candan dəyərlidir. Hər şey məktəbə fəda olmalıdır.

4. Fəqirlərə təkcə canla, varlılara həm mal, həm də canla cihad etmək vacibdir.

5. Dəyər ölçüsü ixlasdır.

6. İlahi hökmlər, eləcə də cihad göstərişi insanın gerçək ehtiyaclarının təmini üçündür.

7. Xalq öz həqiqi ehtiyacından xəbərsizdir.

8. Gerçək dəyərləri elm və mərifət sayəsində əldə etmək olar.


Ayə 42:

﴿لَوْ كَانَ عَرَضًا قَرِيبًا وَسَفَرًا قَاصِدًا لاَّتَّبَعُوكَ وَلَـكِن بَعُدَتْ عَلَيْهِمُ الشُّقَّةُ وَسَيَحْلِفُونَ بِاللّهِ لَوِ اسْتَطَعْنَا لَخَرَجْنَا مَعَكُمْ يُهْلِكُونَ أَنفُسَهُمْ وَاللّهُ يَعْلَمُ إِنَّهُمْ لَكَاذِبُونَ﴾

Əgər qənimət yaxın, səfər qısa olsaydı, şübhəsiz, (münafiqlər) sənin ardınca gələrdilər. Amma həmin yol onlara uzaq və çətin göründü. Allaha and içəcəklər ki, əgər bacarsaydıq sizinlə birlikdə (döyüşə) çıxardıq. Onlar bu yolla özlərini həlak edirlər. Allah bilir ki, onlar yalançıdırlar.”


Nöqtələr


◘Bu ayə Quranın qeybi xəbərlərindəndir. Ayədə Təbuk döyüşündə hələ ki, baş verməmiş hadisə bəyan olunur. Təbuk məntəqəsi ilə Mədinə arasında uzun bir məsafə vardı. Hazırda Təbuk Hicaz sərhədində yerləşir.

◘İmam Baqir (ə) buyurmuşdur: “Ərəzən qəribən” deyərkən yaxın qənimət nəzərdə tutulur.”1


Bildirişlər


1. Mal-mülk və dünyəvi qənimətlər həmişəlik deyil.

2. Döyüş insanların imtahana çəkilməsində gözəl meyardır.

3. Münafiqlərin içinin açılması zəruridir.

4. Münafiqlər maddi mənafe xatirinə bəzi döyüşlərdə iştirak edirlər.

5. Rahat və mənfəətli işləri öhdəyə götürmək kamillik və fədakarlıq nişanəsi deyil.

6. Müsəlmanlıq qarınqululuq və rahattələbliklə bir araya sığmır.

7. Yalan nifaqa, nifaq yalana aparır. Münafiqlər işdən boyun qaçırmaq üçün yalandan and içirdilər.

8. Yalan and münafiq işidir.

9. Bəhanə və yalanla cihadın acı sonluğu olan bədbəxtlik və fəlakətdən qaçmaq olmaz.

10. Cəbhədən fərariliyin acısı elə fərarilərə nəsib olur.




Ayə 43:

﴿عَفَا اللّهُ عَنكَ لِمَ أَذِنتَ لَهُمْ حَتَّى يَتَبَيَّنَ لَكَ الَّذِينَ صَدَقُواْ وَتَعْلَمَ الْكَاذِبِينَ﴾

Allah səni bağışladı. Nə üçün doğruçular müəyyənləşməmiş, yalançıları tanımamış onlara icazə verdin?”


Nöqtələr


◘Deyilənə görə, bəzi münafiqlər heç bir üzr olmadan Peyğəmbərin (s) yanına gəlib Təbuk cəbhəsinə getməmək üçün bəhanə gətirirdilər. Həzrət Peyğəmbər (s) də onlara icazə verirdi. Bu ayədə belə bir icazə məzəmmət olunur və bildirilir ki, yalnız gerçək üzrü olanlara icazə verilə bilər.

◘Növbəti ayədə bildirilir ki, Allah münafiqləri cəbhəyə getmək tövfiqindən məhrum etmişdir. Demək, Peyğəmbərin (s) izni münafiqlərin cəbhədə iştirakına Allahın ikrahı sayəsində mümkün olmuşdur. Məzəmmət isə daha tez ifşa xatirinədir. 47-ci ayədə də münafiqlərin cəbhədə iştirakının zərərli olması önə çəkilir. Demək, həzrət Peyğəmbərin (s) icazəsi nə günah, nə də idarəçiliyin zəiflik nişanəsidir.


Bildirişlər


1. Müdiriyyət və tədbiri tənqidi mərhəmətlə müşayiət olunan Allahdan öyrənmək lazımdır.

2. Hərbi əməliyyat gedişində məzuniyyətə icazə yoxdur.

3. Bəhanə yolunu münafiqlərin üzünə bağlayın.

4. Yalnız rəhbərin icazəsi ilə döyüşdə iştirak etməmək olar.

5. Döyüş zamanı fərdlərin şəxsiyyətini daha yaxşı tanımaq olur.

6. Bəzən eyb örtmək yox, ifşa zəruri olur.

7. Münafiqləri tanımaq üçün onların cəbhə və cihaddakı əməllərini araşdırmaq lazımdır.

8. İslam cəmiyyəti elə sadiq rəftar etməlidir ki, münafiqlər rüsvay olsun.

9. Münafiqlərin cəbhədə iştirakı faydalı deyil. Amma onlar cəbhədən qaçmaqla özlərini rüsvay edirlər.
Ayə 44:

﴿لاَ يَسْتَأْذِنُكَ الَّذِينَ يُؤْمِنُونَ بِاللّهِ وَالْيَوْمِ الآخِرِ أَن يُجَاهِدُواْ بِأَمْوَالِهِمْ وَأَنفُسِهِمْ وَاللّهُ عَلِيمٌ بِالْمُتَّقِينَ﴾

Allaha və qiyamət gününə iman gətirənlər mal və canları ilə cihaddan məzuniyyətə çıxmaq üçün heç vaxt icazə istəməzlər. Allah təqvalılardan agahdır.”



Yüklə 3,08 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin