Мөһсин Гираәти



Yüklə 3,08 Mb.
səhifə44/81
tarix22.10.2017
ölçüsü3,08 Mb.
#11266
1   ...   40   41   42   43   44   45   46   47   ...   81

Nöqtələr


◘Qiyamət günü o qədər əzəmətlidir ki, ondan öncəki həyat olduqca qısa görünür. Bu həqiqət digər ayələrdə də bəyan olunmuşdur: “Sanki dünya və ya bərzəxdə bir gecədən artıq olmamışdılar.”1; “Güman edərsiniz ki, qiyamətdən öncə qısa bir müddət olmusunuz.”2; “On gündən artıq sakin olmadığınızı düşünərsiniz.”3; Dünya və ya Bərzəxdə bir gün və ya yarısı qədər olduğunuzu düşünərsiniz.”4; “Düşünərsiniz ki, bir saatdan artıq olmamısınız.”5

◘Dünya həyatının qısa görünməsinin səbəbi ya onun ötəriliyi, ya fürsətlərdən istifadə edilməməsi, ya axirətlə müqayisə, ya da insanların Bərzəxdə yuxuda olmasıdır. Onlar oyandıqdan sonra qısa bir müddətin ötdüyünü zənn edirlər.

Hər halda, həm axirətə münasibətdə dünya malı cüzidir, həm də zaman. İnsana elə gəlir ki, bir saatdan çox ötməmişdir.


Bildirişlər


1. Dünya həyatı qiyamət günü ilə müqayisədə çox qısadır.

2. Qiyamətdə insanlar bir-birlərini tanıyarlar.

3. Gerçək ziyankar o kəslərdir ki, qiyaməti inkar etməklə, əbədi axirət nemətlərindən məhrum olurlar. Belələri yalnız dünya ləzzətlərindən bəhrələndikləri halda, möminlər həm dünya nemətlərindən ləzzət alırlar, həm də axirət nemətlərindən.
Ayə 46:

﴿وَإِمَّا نُرِيَنَّكَ بَعْضَ الَّذِي نَعِدُهُمْ أَوْ نَتَوَفَّيَنَّكَ فَإِلَيْنَا مَرْجِعُهُمْ ثُمَّ اللّهُ شَهِيدٌ عَلَى مَا يَفْعَلُونَ﴾

(Ey peyğəmbər,) kafirlərə vəd etdiyimiz bəzi qəhr və cəzanı ya sənə göstərərik, ya da səni dünyadan apararıq. (Səndən sonra cəzaya çatarlar.) Onların dönüşü Bizə doğrudur. Allah onların sonrakı işlərinə şahiddir.”


Nöqtələr


◘Bəzi kafirlər Bədr, Hüneyn, Əhzab döyüşlərində və Məkkənin fəthində cəzalandırıldılar. Həzrət Peyğəmbər (s) dünyasını dəyişəndən sonra da Allah istədiyini cəzalandırır.

◘Müşriklərin cəzalandırılmasının təxiri Peyğəmbərdə (s) nigarançılıq yaratmışdı, bundan əlavə, müşriklər “vəd olunmuş əzab haradadır?” deyə bəhanə gətirirdilər. (Bu barədə növbəti iki ayədə danışılacaq.)

Bu ayə Peyğəmbərə (s) və xalqa təsəlli üçün əzabın təxirə salınmasının səbəbini bəyan edir. Bildirilir ki, hamı Allaha doğru qayıdasıdır. Allah müşriklərin əməllərindən agahdır, belə isə gətirdikləri bəhanələr onları məmnun etməsin.

◘Həzrət Əli (ə) buyurmuşdur: “Gizlində də Allaha itaətsizlikdən çəkinin. Çünki şahid özü hakimdir.”1


Bildirişlər


1. İstər indi, istərsə də başqa vaxtlarda Allah kafirlərlə hesab çəkib onları cəzalandırır. İlahi cəzanın təxirə salınması müsəlmanları narahat etməməlidir.

2. Həzrət Peyğəmbərin (s) vəfatı Allahın kafirlər haqqındakı hökmünə təsir göstərmir.

3. Hamı Allaha doğru qayıdasıdır. Kimsə Allahın ədalət mühakiməsindən canını qurtara bilməz.

4. Allah əməllərimizə şahiddir.


Ayə 47:

﴿وَلِكُلِّ أُمَّةٍ رَّسُولٌ فَإِذَا جَاء رَسُولُهُمْ قُضِيَ بَيْنَهُم بِالْقِسْطِ وَهُمْ لاَ يُظْلَمُونَ﴾

Hər bir ümmət üçün bir peyğəmbər var. Əgər peyğəmbərləri gəlsə, onlar arasında ədalətlə mühakimə aparar və onlara zülmü rəva bilməz.”


Ayə 48:

﴿وَيَقُولُونَ مَتَى هَـذَا الْوَعْدُ إِن كُنتُمْ صَادِقِينَ﴾

Kafirlər (istehza ilə) deyirlər: “Əgər düz deyirsinizsə, bu (əzab) vəd nə vaxtdır?”


Nöqtələr


◘Kafirlər dəfələrlə Peyğəmbərdən (s) istehza ilə soruşardılar ki, Allahın qəzəbi nə vaxtdır?! Onların bu təhqiramiz sualı təsir altına saldıqları fərdlərə ruh verirdi. Əslində isə bir işin həyata keçməsi üçün onun vaxtının bilinməsi şərt deyil.

Sual: Əgər hər bir qövm üçün rəsul varsa, nə üçün risalət silsiləsi kəsilmişdir?



Cavab: Rəsul dedikdə şəxsən peyğəmbər yox, peyğəmbərin gətirdikləri nəzərdə tutulur. Uyğun təbir belə anlaşılmamalıdır ki, hər məntəqənin öz peyğəmbəri var.

◘Peyğəmbərin xalq arasında olması və ədalətli mühakiməsi axirətə də aid ola bilər. Bu məsələyə “Zumər” surəsinin 69-cu ayəsində işarə olunmuşdur.

◘İmam Baqir (ə) buyurmuşdur: “İlahi peyğəmbərlər ədalət əsasında hökm edirlər.”1

Bildirişlər


1. Heç bir ümmətin peyğəmbərsiz olmaması ilahi sünnə, qanunlardandır.

2. Din tarixi bəşər tarixi ilə yanaşıdır.2

3. Ötən ayədə haqqında danışılan ilahi qəhr-qəzəb dəlillər tamamlandıqdan, peyğəmbərlər gəldikdən sonra gerçəkləşir.

4. Cəmiyyətdə ədalətin bərpası peyğəmbərlərin besəti sayəsində mümkün olur.

5. Qiyamətdə hər bir qövm öz peyğəmbəri ilə səhnəyə gəlir. Sonra onlar arasında ədalətlə mühakimə aparılır.3
Ayə 49:

﴿قُل لاَّ أَمْلِكُ لِنَفْسِي ضَرًّا وَلاَ نَفْعًا إِلاَّ مَا شَاء اللّهُ لِكُلِّ أُمَّةٍ أَجَلٌ إِذَا جَاء أَجَلُهُمْ فَلاَ يَسْتَأْخِرُونَ سَاعَةً وَلاَ يَسْتَقْدِمُونَ﴾

De ki, mən (hətta) özüm üçün Allahın istədiyindən savay bir zərər və xeyirə malik deyiləm. Hər bir ümmət üçün əcəl, son müəyyənləşmişdir. Əgər bu müddət yetişsə nə bir an təxirə salınar, nə də qabağa çəkilər.”


Nöqtələr


◘Ötən ayədə hər bir ümmət üçün rəsul olduğu bildirildi. Bu ayədə isə hər bir ümmətin öz əcəli olduğu bəyan olunur. Belə çıxır ki, bir qövmün bədbəxtlik və ya xoşbəxtlik zamanının yetişməsi onların peyğəmbərə itaətindən asılıdır.

Sual: Əgər hər bir ümmətin öz əcəli varsa, bəs İslam ümmətinin sonu nə vaxtdır?



Cavab: Ümmət dedikdə din yox, dəstə və cəmiyyət nəzərdə tutulur. Bu məsələ xatəmiyyət, peyğəmbərliyin sona çatması məsələsi ilə zidd deyil və hər zamanda dinin dəyişilməsi üçün dəlil ola bilməz.

Bildirişlər


1. Bir kimsənin, hətta Peyğəmbərin (s) müstəqil qüdrət və mülkiyyəti yoxdur.

2. Peyğəmbər və övliyaların qüdrəti ilahi qüdrət cilvəsidir. Təəssüf ki, təvəssül mövzusunu rədd edən Məraği öz təfsirində “illa maşaəllahu” cümləsini nəzərə almamışdır.

3. “Mən xeyir və ziyan sahibi deyiləm” təbiri peyğəmbərin sədaqətini göstərir.

4. Kafirlər üçün cəza zamanının təyini Allahın əlindədir.

5. Cəmiyyətin də fərdlər kimi əcəli, xoşbəxtlik və ya bədbəxtliyi, inkişaf və ya tənəzzülü var.

6. Dünyəvi hakimiyyət və qüdrət əbədi deyil və məğrurluq yaratmamalıdır.

7. Ümmətlərə möhlət verilməsi ilahi sünnə, qanunlardandır.

8. Ümmətlərin müqəddəratı, ilahi sünnə əsasında təyin olunur. Bu müqəddərata görə tələsməyək, onun vaxtı qətidir.




Ayə 50:

﴿قُلْ أَرَأَيْتُمْ إِنْ أَتَاكُمْ عَذَابُهُ بَيَاتًا أَوْ نَهَارًا مَّاذَا يَسْتَعْجِلُ مِنْهُ الْمُجْرِمُونَ﴾

(De ki,) gecə ya gündüz Allahın əzabı sorağınıza gəlsə, (nə edəcəyinizi) düşünmüsünüzmü? Günahkarlar ondan tələsərək nə istəyirlər?”


Ayə 51:

﴿أَثُمَّ إِذَا مَا وَقَعَ آمَنْتُم بِهِ آلآنَ وَقَدْ كُنتُم بِهِ تَسْتَعْجِلُونَ﴾

(Əzab) nazil olduqdan sonra Ona iman gətirərsiniz? İndicə? Halbuki əzabın tez gəlməsini daha çox istəyirdiniz.”



Yüklə 3,08 Mb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin