Мөһсин Гираәти



Yüklə 3,08 Mb.
səhifə77/81
tarix22.10.2017
ölçüsü3,08 Mb.
#11266
1   ...   73   74   75   76   77   78   79   80   81

Nöqtələr


◘“Səadət” sözü nemət səbəblərinin, “şəqavət” sözü bədbəxtlik səbəblərinin gerçəkləşməsidir.

Bildirişlər


1. Qiyamətin bərpa vaxtı və dünyanın sonu öncədən müəyyənləşdirilmişdir.

2. Qiyamətin bərpası üçün müəyyənləşdirilmiş fasilə də məqsədlidir.

3. Qiyamət günü icazəsi olmayanlardan savay hamı susar.

Ayə 106:

﴿فَأَمَّا الَّذِينَ شَقُواْ فَفِي النَّارِ لَهُمْ فِيهَا زَفِيرٌ وَشَهِيقٌ﴾

Amma bədbəxt olmuş kəslər oddadırlar. Orada nalə və fəryad çəkərlər.”


Ayə 107:

﴿خَالِدِينَ فِيهَا مَا دَامَتِ السَّمَاوَاتُ وَالأَرْضُ إِلاَّ مَا شَاء رَبُّكَ إِنَّ رَبَّكَ فَعَّالٌ لِّمَا يُرِيدُ﴾

qədər ki, göylər və yer var, onda (odda) əbədidirlər. Rəbbinin istəyi istisnadır. Həqiqətən, Rəbbin istədiyini edər.”


Nöqtələr


◘“Zəfir” dedikdə nəfəsin çölə çıxması ilə müşayiət olunan fəryad nəzərdə tutulur. “Şəhiq” isə elə uzun nalədir ki, nəfəs həm də içəri alınır. Bəziləri ulağın səsinin əvvəlinin “zəfir”, sonunun “şəhiq” adlandırıldığını bildirirlər.

◘Cəhənnəmə gedənlərin bir dəstəsi orada qısa bir müddət, digər bir dəstəsi uzun bir müddət, üçüncü bir dəstə isə əbədilik qalır.

◘Əgər “xülud” sözü “əbədi” sözü ilə yanaşı işlənsə (“xalidinə fiha əbəda”) əbədilik mənasını bildirir. Quran “nə qədər ki, göylər və yer var” təbirini işlətsə də, söhbət əbədilikdən gedir. Çünki ərəb dilində “nə qədər ki, göylər və yer var” təbiri əbədiliyə işarədir.

Bildirişlər


1. İnsan yanlış seçimi ilə öz bədbəxtliyinə səbəb olur.

2. Allah cəhənnəm əhlini istədiyi vaxt azad edə bilər. (Günahı az olanlar, bağışlananlar bir müddət sonra cəhənnəmdən qurtula bilərlər.)


Ayə 108:

﴿وَأَمَّا الَّذِينَ سُعِدُواْ فَفِي الْجَنَّةِ خَالِدِينَ فِيهَا مَا دَامَتِ السَّمَاوَاتُ وَالأَرْضُ إِلاَّ مَا شَاء رَبُّكَ عَطَاء غَيْرَ مَجْذُوذٍ﴾

Amma xoşbəxt olanlar göylər və yer durduqca behiştədirlər. Rəbbinin istəyi ilə bu əta qət olası deyil.”


Bildirişlər


1. İnsanların bədbəxtliyi onların öz istəyidir. Xoşbəxtlik isə yalnız Allahın tövfiqi ilə mümkündür.

2. Allah istədiyini edə bilsə də, bu ayənin son hissəsi və digər ayələrdəki vədinə görə, behişt əhlini oradan çıxarmır. Behiştə daxil olan insan həmişəlik orada qalır.


Ayə 109:

﴿فَلاَ تَكُ فِي مِرْيَةٍ مِّمَّا يَعْبُدُ هَـؤُلاء مَا يَعْبُدُونَ إِلاَّ كَمَا يَعْبُدُ آبَاؤُهُم مِّن قَبْلُ وَإِنَّا لَمُوَفُّوهُمْ نَصِيبَهُمْ غَيْرَ مَنقُوصٍ﴾

(Ey peyğəmbər,) bu kafirlərin pərəstiş etdiklərinə (onların batil olmasına) şəkk etmə. Onlar yalnız əvvəllər atalarının ibadət etdiyinə (bütlərə) ibadət edirlər. Həqiqətən, Biz onların qismətini əskiltmədən tam şəkildə verəcəyik.”


Bildirişlər


1. Rəhbər öz yolunda o qədər möhkəm və qətiyyətli olmalıdır ki, ümmətin azğınlığı onu süstləşdirməsin.

2. Şəxsiyyətlərə müraciət xalqa daha çox təsir edir.

3. Bütpərəstlərin və müşriklərin heç bir dəlil və məntiqi yoxdur.

4. Ata-babaların öz nəsillərinin əməl və rəftarına təsiri var.

5. Bəzən ata-babaların əqidəsinə inanc yanlış olur.

6. Allah kafir və müşriklərə də zülm etmir.


Ayə 110:

﴿وَلَقَدْ آتَيْنَا مُوسَى الْكِتَابَ فَاخْتُلِفَ فِيهِ وَلَوْلاَ كَلِمَةٌ سَبَقَتْ مِن رَّبِّكَ لَقُضِيَ بَيْنَهُمْ وَإِنَّهُمْ لَفِي شَكٍّ مِّنْهُ مُرِيبٍ﴾

Həqiqətən, Biz Musaya kitab (Tövrat) verdik. Onunla bağlı ixtilaf düşdü. Əgər Rəbbinin (əzabın təxiri ilə bağlı) sünnəsi öncədən müəyyənləşdirilməsəydi, hər halda (bu dünyadaca) onlar arasında mühakimə olardı (və cəzaya çatardılar.) Həqiqətən, onunla bağlı bədgümanlıqlarına səbəb olan bir şəkk içindədirlər.”


Bildirişlər


1.Tarixin heç bir dönəmində bir qövmün bütün fərdləri eyni əqidədə olmamışdır.

2. Dinlə bağlı ixtilaflar, bəzilərinin iman gətirməməsi bizi narahat etməsin. Bu yeni bir hadisə deyil.

3. Quranda Tövrat “Nur kitabı” adlandırılsa da,1 xalq yenə də bu nurla bağlı ixtilaf saldı.

4. Allah Öz sünnələrini qoruyur və ayaq altına düşməyə qoymur. Çünki hər kəsdən öncə qanunu verən kəs o qanuna hörmət etməlidir. (Allah dünyanı mühakimə yeri qərar verməmişdir.)

5. İlahi sünnələr Allahın rübubiyyət məqamına əsaslanır.

6. Səmavi kitabla bağlı ixtilaf edənlərə möhlət verilməsi ilahi sünnələrdəndir.


Ayə 111:

﴿وَإِنَّ كُـلاًّ لَّمَّا لَيُوَفِّيَنَّهُمْ رَبُّكَ أَعْمَالَهُمْ إِنَّهُ بِمَا يَعْمَلُونَ خَبِيرٌ﴾

Şübhəsiz, Rəbbin onların bütün əməllərini (əməllərinin cəzasını) tam şəkildə verəcək. Həqiqətən, O, xalqın bütün əməllərindən agahdır.”


Bildirişlər


1. İlahi dünyagörüşündə heç bir əməl cavabsız, əvəzsiz deyil.

2. Əməlin əvəzi əskildilmədən verilir.

3. Allahın kamil cəzası insanların əməllərindən tam xəbərdarlıq əsasındadır.
Ayə 112:

﴿فَاسْتَقِمْ كَمَا أُمِرْتَ وَمَن تَابَ مَعَكَ وَلاَ تَطْغَوْاْ إِنَّهُ بِمَا تَعْمَلُونَ بَصِيرٌ﴾

(Ey peyğəmbər,) sənə əmr edildiyi kimi möhkəm ol. Səninlə Allaha doğru gələnlər də (möhkəm olsunlar.) Həddi aşmayın, O, etdiyiniz işləri görəndir.”


Nöqtələr


◘Rəvayətdə həzrət Peyğəmbərin (s) belə buyurduğu nəql edilir: “Hud” surəsi məni qocaltdı.” Bildirirlər ki, həzrət Peyğəmbər (s) Hud surəsinin məhz bu ayəsini nəzərdə tutmuşdur.1 Bu ayənin ilk cümləsi eynən başqa bir surədə bəyan olunsa da2, məhz bu ayə uyğun xüsusiyyətlə tanınmışdır. Ola bilsin ki, bu ayəni tarixin burada bəyan olunmamış səhifələri ağırlaşdırmışdır. Həzrət Peyğəmbərin (s) ətrafındakılardan ona vəfalı olmayanlar da vardı. Həzrət onların vəfasızlığından əziyyət çəkirdi.

Bildirişlər


1. Əgər Allah hamının gördüyü işin əvəzini əskiltmədən verirsə, möhkəm ol!

2. Peyğəmbər tarixinin nəticəsi sabitqədəmlikdir.

3. Sabitqədəmlik və möhkəmlikdə rəhbər birinci olmalıdır. (İlkin İslam dövründə Məkkə şəraiti müsəlmanlar üçün ağır idi və möhkəmliyə ehtiyac vardı.)

4. Möhkəmlik bütün sahələri əhatə etdikdə dəyərli olur. İnsan ibadətdə, təbliğdə, çətinliklər qarşısında möhkəm olmalıdır.

5. İnsanın əməlləri ilahi göstərişə əsaslanmalıdır. Qiyasa (yersiz müqayisəyə), təxəyyülə əsaslanan əməl puçdur.

6. Ümmət möhkəm olmadıqda rəhbərin möhkəmliyi səmərə vermir.

7. Allaha doğru qayıdışın qiyməti ağırdır. Bu qiymət doğru yolda sabitqədəmlik və tövbədən öncəki yola qayıtmamaqdan ibarətdir.

8. Hər şey ilahi göstərişə əsaslanmalıdır və ifrata varmaq olmaz.

9. Rəhbər və ümmət düz yolla hərəkət etməlidir. İfrat və təfritdən çəkinmək lazımdır.

10. Dində sabitqədəmlik Allah tərəfindən mükafatlandırılır.


Ayə 113:

﴿وَلاَ تَرْكَنُواْ إِلَى الَّذِينَ ظَلَمُواْ فَتَمَسَّكُمُ النَّارُ وَمَا لَكُم مِّن دُونِ اللّهِ مِنْ أَوْلِيَاء ثُمَّ لاَ تُنصَرُونَ﴾

Zülmkarlara meyl etməyin, onlara sığınmayın. (Əzab alovu) sizi də bürüyər və bu halda sizin üçün Allah qarşısında heç bir yardımçı tapılmaz. (Heç bir tərəfdən) yardım almazsınız.”



Yüklə 3,08 Mb.

Dostları ilə paylaş:
1   ...   73   74   75   76   77   78   79   80   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin