Mövzu 1: Fənnin predmeti və vəzifələri



Yüklə 248,44 Kb.
səhifə46/71
tarix10.01.2022
ölçüsü248,44 Kb.
#110593
1   ...   42   43   44   45   46   47   48   49   ...   71
1) Klassik rəhbərlik növü. Bu növdə iki pilləli idarəetmə mövcuddur:

a) Ümumi Yığıncaq



b)İnzibati Şura. İnzibati Şura təşkilati-sərəncamverici funksiyanı həyata keçirən Prezidentdən və nəzarət funksiyasını həyata keçirən müstəqil direktordan ibarətdir.

2) Yeni rəhbərlik növü. Bu növ isə Alman variantında olduğu kimi 3 pilləli idarəetməni ehtiva edir.

Yapon modeli alman-holland modelinə yaxındır. Fərqləndirici cəhət ondan ibarətdir ki, yapon modeli şirkət səviyyəsində "sosial birliyə ", sənaye qrupu səviyyəsində isə "işgüzar birliyə" istiqamətlənmişdir. Alman-holland modelindən fərqli olaraq bu birlik bərabərhüquqlu yox, iearxik xarakter - "böyüklərin" paternalizminə qarşılıq "kiçiklərin" maraqlarının qurban verilməsi – daşıyır. Fransada şuranın formal quruluşu o qədər az mahiyyət kəsb edir ki, hər kəs özü üçün istədiyi ya unitar və ya ikili şura sistemini seçir. Daha adi hal almış unitar şuranın tərkibində ən azı iki-üç müstəqil direktor olmalıdır. İkili şuranın müşahidə səviyyəsi yalnız müstəqil direktorlardan təşkil olunmalıdır. Buna baxmayaraq hər bir halda, sistem baş müdirə (Prezidentə – Baş Direktora) direktorlar şurası (şuraları) və səhmdarların ümumi iclası üzərində qeyri-məhdud hakimiyyət həvalə edir. Fransız siyasi ənənələrinin şübhəsiz inikası olan belə sistem ilə Almaniya və Amerikadakı sistemlərin müqayisəsi mənasızdır.


Yüklə 248,44 Kb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin