Mövzu 1: İnformatika fənni, predmeti və onun tərkib hissəLƏRI


İTM KURSUNUN İNKİŞAF PERSPEKTİVLƏRİ



Yüklə 1,09 Mb.
Pdf görüntüsü
səhifə87/94
tarix27.05.2022
ölçüsü1,09 Mb.
#116342
1   ...   83   84   85   86   87   88   89   90   ...   94
Informatika-Muhazireler-2

İTM KURSUNUN İNKİŞAF PERSPEKTİVLƏRİ
İTM tədris fənninin yaranması və formalaşması prosesini bir neçə mərhələyə
bölmək olar.
B i r i n c i m ə r h ə l ə, məqsədi kompüter savadı təmin edilməsindən ibarət
olan İTM kursu üzrə MTS-in formalaşdırılmasından ibarətdir. Fənnin yuxarı siniflərdə
öyrənilməsi, şagirdlərin burada aldığı biliklərdən başqa tədris fənnlərinin
öyrənilməsində istifadə etmələrinə demək olar ki, imkan vermir. Bu mərhələnin həyata
keçirilməsi yuxarı siniflərin fakultativ kurslarında şagirdlərə proqramlaşdırma
əsaslarının təlimi və müxtəlif yerlərdə təşkil olunan gənc proqrammistlərin yay
məktəblərinin təcrübəsinə əsaslanır. Bu mərhələnin xeyli hissəsi artıq keçilmişdir.
İ k i n c i m ə r h ə l ə d ə kursun aşağı siniflərə (güman ki, VI–IX siniflərə)
keçirilməsi gözlənilir. Bu da informatika dərslərində əldə edilən bacarıq və vərdişlər-
dən şagirdlərin başqa fənnlər üzrə tədris fəaliyyətində istifadə etmələrinə imkan
verəcəkdir. Kursun aşağı siniflərə keçirilməsi fənnin məzmununun aşağı sinif şa-
girdlərinin yaş xüsusiyyətlərinə və imkanlarına uyğunlaşdırılması ilə bərabər, həm də
kursun bütün metodik təchizatının əhəmiyyətli dərəcədə dəyişdirilməsini tələb edir.
Bu vəzifələrin həyata keçirilməsi üçün ilk növbədə bütün məktəblər uyğun hesablama
texnikası və tədris proqram təminatı ilə təchiz edilməlidir.
İkinci mərhələdə yuxarı siniflərdə İTM-nin tədris fənni kimi saxlanmasının
məqsədəuyğunluğu məsələsi də ortaya çıxacaqdır. Bu sahə üzrə nəzəri tədqiqatlar və
eksperimentlər həmin suala müsbət cavab verməyə imkan yaradır. Əlbəttə, bu zaman
yuxarı siniflərdə İTM təliminin məqsəd və vəzifələri əhəmiyyətli dərəcədə dəyişəcək-


 193
dir: hazırkı kursdan fərqli olaraq kompüter savadı formalaşdırmaq vəzifəsi deyil,
şagirdlərin informatika əsasları ilə fundamental elm sahəsi kimi tanış edilməsi vəzifəsi
irəli sürüləcəkdir.
Ü ç ü n c ü m ə r h ə l ə təlimdə HT vasitələrinin geniş tətbiqlərinə əsaslanan
yeni informasiya texnologiyasının formalaşdırılmasında növbəti addım olacaqdır. Bu
mərhələnin təkcə təlim metodikasının sadəcə dəyişdirilməsi ilə deyil, bütün tədris
prosesinin əsaslı şəkildə yenidən qurulması ilə xarakterizə olunacağı gözlənilir. Bu isə
TMS-də radikal dəyişikliklərə gətirəcək, o cümlədən müxtəlif təlim vasitələrinin
dərslik və pedaqoci proqram vasitələrinin, kompüter ilə ənənəvi texniki təlimin vasitə-
ləri və s. arasında uyğunluq yaradılması problemi aktuallaşacaqdır.
İTM üzrə TMS-in təkmilləşdirilməsi probleminin həlli onun aşağıdakı
kompanentlərinin dəyişdirilməsi ilə sıx əlaqədardır:
– İTM-nin tədrisi təcrübəsinin ümumiləşdirilməsi və aparılan tədqiqatlar
əsasında məqsədlər sisteminin dəyişdirilməsi;
– təlimin məqsədlərinin yeni travtovkasına uyğun olaraq İTM kursunun
məzmununun dəyişdirilməsi;
– (digər təlim vasitələrini inkar etmədən) kompüterdən təlim vasitəsi kimi
geniş istifadə olunması ilə əlaqədar olan təlim metodlarının dəyişdirilməsi;
– fənnin xarakterik xüsusiyyətlərini nəzərə almaqla məşğələlərin təşkili
formalarının dəyişdirilməsi.
Bütün bu dəyişikliklərə sıx qarşılıqlı əlaqədə, yeganə şəkildə
baxılmalıdır.

Yüklə 1,09 Mb.

Dostları ilə paylaş:
1   ...   83   84   85   86   87   88   89   90   ...   94




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin