Vətəndaşlıq məfhumu hələ qədim Afina və Romada tətbiq olunmuşdur. Burada vətəndaşlıq azad insanlara məxsus idi. Orta əsrlərdə isə vətəndaşlıq məfhumu təbəəliklə əvəz olundu.
Konstitusiyamızın 52-ci maddəsində və «Azərbaycan Respublikasının vətəndaşlığı haqqında» 1998-ci il 30 sentyabr qanununun 1-ci maddəsində göstərilir: «Azərbaycan dövlətinə mənsub olan, onunla siyasi və hüquqi bağlılığı, habelə qarşılıqlı hüquq və vəzifələri olan şəxs Azərbaycan Respublikasının vətəndaşıdır».
Qarşılıqlı hüquq və vəzifələr şəxs və dövlət arasındakı daimi siyasi və hüquqi əlaqədən irəli gəlir.
Siyasi əlaqə, siyasi hakimiyyətin təşkilində vətəndaşın iştirakı və onun siyasi hüquq və azadlıqlara malik olması ilə izah olunmalıdır.
Vətəndaşla dövlət arasında hüquqi əlaqə daimidir. Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər isə yalnız müvəqqəti hüquqi əlaqədə olur. Dövlət həm əcnəbiləri, həm də vətəndaşları müdafiə edir. Lakin vətəndaşları əcnəbilərdən onun dövlətlə siyasi əlaqəsinin olması fərqləndirir. Əcnəbilərin siyasi sahədə hüquqları məhdudlaşdırılır. Deməli, vətəndaşlıqdedikdə, şəxsin dövlətə mənsubiyyəti, şəxslə dövlət arasında onların qarşılıqlı hüquq vəvəzifələrindəifadəolunandaimi siyasi hüquqiəlaqəbaşa düşülür. Azərbaycan Respublikasında vətəndaşlıq Konstitusiyada və qanunda müəyyən olunmuş prinsiplərə əsaslanır. Bu prinsiplər vətəndaşlıqla bağlı münasibətləri tənzimləyən, qanunvericiliklə müəyyən olunan rəhbər müddəalardır.
Azərbaycan Respublikası vətəndaşlığının prinsiplərinə daxildir.
Vətəndaşlığın müstəqil müəyyən olunması.Bu prinsipin mahiyyəti ondan ibarətdir ki, şəxslər özləri öz vətəndaşlıqlarını müəyyən edirlər. Şəxs istənilən vaxt vətəndaşlıqdan imtina edə bilər. «Azərbaycan Respublikası vətəndaşlığı haqqında qanun»un V maddəsinə görə aşağıdakı şəxslər Azərbaycan Respublikası vətəndaşlarıdır:
bu qanunun qüvvəyə mindiyi günədək Azərbaycan Respublikasının qeydiyyatında olan vətəndaşlar;
1992-ci il yanvarın 1-dək vətəndaşlığı olmayan, lakin qeydiyyatda olan şəxslər. Burada şərt var. Həmin şəxslər qanun qüvvəyə mindiyi gündən bir il müddətində Azərbaycan Respublikası vətəndaşlığına qəbul edilmək haqqında ərizə ilə müraciət etsinlər;
1988-ci ildən 1992-ci ilədək Azərbaycan ərazisində məskunlaşmış qaçqınlar;