Mövzu 2: HÜquq sistemiNİn konstitusiya əsaslari


Vahid vətəndaşlıq prinsipi



Yüklə 408,06 Kb.
səhifə13/82
tarix26.11.2023
ölçüsü408,06 Kb.
#136505
1   ...   9   10   11   12   13   14   15   16   ...   82
H-QUQ-S-STEM-N-N-KONST-TUS-YA-SASLARI

Vahid vətəndaşlıq prinsipi. Bu prinsipin mahiyyəti ondan ibarətdir ki, Azərbaycan Respublikası öz vətəndaşının digər dövlətlər qarşısında vətəndaşlıqdan irəli gələn öhdəliklərini tanımır, amma digər dövlətlərin vətəndaşlığını əldə etmək hüququnu tanıyır. Böyük dövlətlər çox vaxt ikili vətəndaşlıq prinsipini tanıyır. Məsələn, Rusiya Federasiyasının vətəndaşlıq haqqında qanunvericiliyi ikili vətəndaşlığı tanıyır. Amma o şərtlə ki, həmin dövlətlə Rusiya arasında müqavilə bağlansın. Xırda dövlətlər isə ikili vətəndaşlığı tanımır. Çünki onlar ehtiyat edirlər ki, bu böyük dövlətlərə onların daxili işlərinə qarışmasına imkan yarada bilər.

  • Bərabər vətəndaşlıq prinsipi. Bu prinsipin mahiyyəti ondan ibarətdir ki, vətəndaşlığın əldə edilməsi üsulundan və əldə olunması müddətindən asılı olmayaraq, bütün vətəndaşlar bərabərhüquqludur.

  • Vətəndaşlıqdan məhrumetmənin yolverilməzliyi prinsipi. Vətəndaşlıqdan məhrumetmə əslində insan və vətəndaş hüquqlarının məhdudlaşdırılması deməkdir. SSRİ dövründə cinayət törədən şəxs həm məhkum olunur, həm də vətəndaşlıqdan məhrum edilirdi. Amma indi bu Azərbaycan Respublikası Konstitusiyasının 53-cü maddəsinə müvafiq olaraq yolverilməzdir.

  • Azərbaycan Respublikası vətəndaşlarının Azərbaycan Respublikası ərazisindən qovulmasının və ya xarici dövlətə verilməsinin yolverilməzliyi. Bu prinsip vətəndaşın dövlət hakimiyyətinin təzyiqindən qorunmasını ifadə edir. Heç kəs Azərbaycan Respublikası vətəndaşını dövlət ərazisindən qova bilməz.

  • Azərbaycan Respublikasının hüdudlarından kənarda yaşayan Azərbaycan Respublikası vətəndaşlarına Azərbaycan Respublikasının himayəçilik prinsipi. Bu prinsip qismən formal xarakter daşıyır. Çünki yalnız böyük dövlətlər bu imkana malikdirlər. Faktiki olaraq, xırda dövlətlər böyük dövlətlər ərazisində yaşayan vətəndaşlarına himayəçilik edə bilmir.


  • Yüklə 408,06 Kb.

    Dostları ilə paylaş:
  • 1   ...   9   10   11   12   13   14   15   16   ...   82




    Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
    rəhbərliyinə müraciət

    gir | qeydiyyatdan keç
        Ana səhifə


    yükləyin