Tədqiqat metodları (yun. methodos - tədqiqat yolu, idrak yolu, üsul) - hərəkət qaydası, fəaliyyət qaydası, gerçəkliyin praktik və nəzəri surətdə qavranılmasım təmin edən müxtəlif üsulların, tərzlərin, əməliyyatların məcmusu başa düşülür. Mövcud biliklərin əsasında yeni elmi faktlar, elmi məlumat və biliklər almaq üçün tətbiq edilən üsullardır.
Tədqiqatın metodikası - (yun. methodike, methodos - tədqiqat yolu) - 1) Bu və ya digər işin, tədqiqatın məqsədəmüvafiq, səmərəli surətdə aparılma qaydalarının məcmusu kimi başa düşülür.
Tədqiqatın metodologiyası - (yun. methodike, methodos - tədqiqat yolu, logos - söz, təlim) - Tədqiqatın, fəaliyyətin strukturu, məntiqi təşkili, prinsipləri, forma və yolları, vasitələri, üsulları haqqında təlimdir ki, ona əsaslanılır.
Hər hansı bir elmin, o cümlədən texniki elmlərin də əsas tədqiqat metodlarının məcmusu hesab olunur. Metodologiya elmi-tədqiqat qaydalarının geniş kompleksini özündə birləşdirir. Metodologiya texniki, pedaqoji, siyasi, idarəetmə və ümumiyyətlə insan fəaliyyətinin bütün növlərinin təşkilində və tənzimlənməsində öz əksini tapır. Metodologiya ümumi xarakter daşıyır, müxtəlif nəzəri və praktik fəaliyyətə tətbiq edilərkən konkretləşir.
Dostları ilə paylaş: |