3. Eksperiment nəticələrinin təhlil və sintez edilməsi. Burada məqsəd müşahidədən analitik ümumiləşdirməyə keçməkdir. Yəni, sistemin vəziyyəti riyazi ifadə edilir, riyazi modelləşmənin köməyi ilə ayrı-ayrı faktorların prosesə təsir xarakteri müəyyən edilir.
4. Tədqiqat işinin nəticələrinin təhlil edilməsi irəli sürülən hipotezin doğruluğunun təsdiqi, tədqiqatın nəticələrinin iqtisadi səmərəsinin qiymətləndirilməsi və ümumi təklif və tövsiyələrin verilməsi. Elmi tədqiqatların çox hissəsi eksperimentlə (latınca təcrübə) bağlıdır. Eksperiment laboratoriyalarda, bilavasitə istehsalatda, təcrübə sahələrində və ərazilərdə, klinikalarda, şəhər yollarında, avtomobil magistrallarında və s. aparıla bilər.
Eksperiment fiziki, psixoloji və model üzrə növlərə ayrılır. Bəzən eksperimentlər elm sahələri üzrə, aparılma şəraitinə, təşkilinə, mürəkkəblik dərəcəsinə, xarici mühitə təsir dərəcəsinə, dəyişən faktorların sayına, dövlət əhəmiyyətinə görə növlərə bölünməklə təsnif edilir.
Lakin bütün hallarda eksperimentdən səmərəli istifadə, onun aparılmasında eksperimentin planlaşdırılması və riyazi metodlardan (modellərdən - modelləşdirmədən) istifadə edilməsi ilə bağlıdır.
Eksperimentin planlaşdırılması qarşıya qoyulan vəzifəni və ya məsələni tələb olunan dəqiqliklə həll etmək üçün vacib və kifayət sayda aparılmalı təcrübənin şəraitinin və sayının seçilməsi ilə əlaqədar olan prosesə deyilir.Eksperimentin planlaşdırılması və analizi riyazi metodlardan istifadə edilməklə tədqiqatın aparılmasının ənənəvi metodlarla aparılan tədqiqatlara xas olan çətinliklərindən uzaq olmağa imkan verir. Məhz ona görə də, elmi işin səmərəliliyi burada yüksək olur. Digər tərəfdən, tədqiqatçılar müəyyən etmişlər ki, eksperimentin planlaşdmlmasının riyazi metodlarından istifadə edilməsi tədqiqatçının intuisiyasını inkişaf etdirir, yeni düşüncə tərzi yaradır, daha dəqiq kriteriyalardan istifadə etməyə imkan verir, qoyulan məsələni asanlaşdırır və s.
Eksperimentin planlaşdırılmasında aşağıdakı şərtlərə xüsusi diqqət yetirilməlidir:
-təcrübələrin sayının minimuma endirilməsi;
-alqoritm (plan) üzrə tədqiq edilən prosesi təyin edən bütün faktorların eyni zamanda iştirakının təmin edilməsi; -riyazi aparatdan istifadə edilməsi;
-dəqiq strategiyanın seçilməsi.
Ən geniş yayılmış elmi-texniki məsələlərdən biri optimal şərait axtarışıdır. Məhz ona görə şəraitin hansı mənada optimal olması həmişə ifadə olunmalıdır. Bununla da tədqiqatın əsas məqsədi təyin edilir. Məqsədin dəqiq ifadə olunması tədqiqatın ən yüksək nailiyyətinin təmin olunmasının əsas şərtidir.
Məsələlərin yuxanda göstərildiyi kimi ifadə olunması optimallaşdırma adlanır. Onların həlli prosesinə isə optimallaşdırma prosesi deyilir. Optimallaşdırma məsələlərinə nümunə olaraq mövcud qurğunun məhsuldarlığının yüksəldilməsi, məhsulun və icra olunan işlərin keyfiyyətinin yüksəldilməsi, texniki xidmət və təmir xərclərinin və əmək tutumlarının azaldılması, hazırlıq əmsalının yüksəldilməsi, çatdırma sürətinin artırılması və s. göstərilə bilər.
Dostları ilə paylaş: |