TƏCRÜBƏ NƏTİCƏLƏRİNİN STATİSTİK HESABLANMASI
Təsadüfi kəmiyyət. Təsadüfi kəmiyyət ehtimal nəzəriyyəsində fundamental anlayış kimi böyük əhəmiyyətə malikdir. Bu anlayış təsadüfi hadisənin abstrakt ifadəsidir. Lakin təsadüfi hadisələrə nisbətən təsadüfi kəmiyyətlərdən istifadə etmək daha məqsədəuyğundur. Təsadüfi kəmiyyət elə kəmiyyətə deyilir ki, təcrübə nəticəsində bu və ya digər (bir və ya bir neçə) qiymətlər ala bilir.
Qeyd edək ki, təsadüfi kəmiyyətin bütün mümkün olan qiymətlərinin ehtimalının cəmi vahidə bərabərdir:
Təsadüfi kəmiyyət - təsadüfi təcrübənin, müşahidənin, ölçmənin qiymətinə deyilir. Eyni təsadüfi kəmiyyətin müxtəlif qiymətləri xi (i = 1, 2, ... k) ilə işarə edilir. Asılı olan və asılı olmayan dəyişənlər və eləcə də qiymətləndirici parametrlər (y) təsadüfi kəmiyyətlər hesab edilir. Bəzən bu kəmiyyətlər çıxış parametrləri və ya tərkib parametrləri də adlandırılır.
Qiymətləndirici parametrlərə mühərrikin gücü, faydalı iş əmsalı, titrəmə parametrləri, işin etibarlılığı və s., tərkib parametrlərinə isə həndəsi ölçülər, o cümlədən, ara boşluğu, keçid en kəsiklərinin sahəsi, oturtmalar, bərklik, temperatur, təzyiq, iş rejimləri, keyfiyyət və s. aid edilə bilər.
Təsadüfi kəmiyyətlər fasiləsiz və diskret növlərə bölünür. Təsadüfi kəmiyyətin dəyişmə diapazonu müəyyən edildikdən sonra R = Amax - Amin , həmin ölçü bərabər intervallara bölünür. Hər intervala düşən ölçmələrin mütləq sayı - mütləq tezlik adlanır. Hər intervala düşən mütləq tezliyin bütün ölçülərin sayma nisbəti nisbi tezlik adlanır. Bütün intervallar üzrə nisbi tezliklərin cəmi vahidə bərabər olur. Qeyd edək ki, histoqramın və paylanma əyrisinin qrafıkinin qurulmasında, absis oxu üzrə intervallar, ordinat oxu üzrə isə nisbi və ya mütləq tezliyin qiymətləri (bəzən paylanma ehtimalları) qeyd edilir.
Dostları ilə paylaş: |