✓
İslami pul-kredit sistemi;
✓
İslam maliyyə, büdcə-vergi sistemi;
✓
İslami sosial müdafiə sistemi;
✓
İslami mülkiyyət sistemi;
✓
İslami bazar və biznes fəaliyyəti sistemi;
✓
İslami iqtisadi siyasət və dövlət idarəetməsi sistemi;
✓
İslami beynəlxalq iqtisadi münasibətlər sistemi.
Tədqiqatçılara görə islam iqtisadiyyatının əsasını təşkil edən üç təməl ünsür
aşağıdakılardır:
1 - Qarışıq mülkiyyət qanunu – islam iqtisadiyyatı nə kapitalizm kimi ancaq xüsusi
mülkiyyəti, nə də sosializm kimi ancaq ictimai mülkiyyəti müdafiə edir.
2 - Məhdud bir çərçivə içində iqtisadi azadlıq qanunu. İslama əsasən iqtisadi azadlığın
sərhədləri var. İslamda iqtisadi azadlığın məhdudlaşdırması iki yolla baş verir:
a-subyektiv məhdudlaşdırma: bu məhdudlaşdırma, islami şəxsin inanc və mənəviyyatından
qaynaqlanır. Məsələn, islam inanclı şəxs iqtisadi fəaliyyətdə çoxlu sərvət əldə etməkdən ötrü öz
inancından dolayı yalan danışmır, kiminsə haqqına girmir və beləliklə, öz fəaliyyət azadlığını özü
məhdudlaşdırır. Müsəlman oğurluq, fırıldaqçılıq, israfçılıq və ya tamahkarlıq etmir, çünki, onun
əsas məqsədi
sadəcə maddi nemətlər yox, daha yüksək şeylər əldə etmək - Allahın razılığını
qazanmaqdır.
b-obyektiv məhdudlaşdırma: bu məhdudlaşdırma, bir xarici gücün (dövlətin) təsiri ilə baş
verir. Bu güc, fərdin və firmaların sosial davranışını müəyyən edir və tənzimləyir.
Dostları ilə paylaş: